Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Rayonun Çuxur Qəbələ kəndində səyyar görüş-qəbul keçirilib.

28 iyun 2019 | 02:00

Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayevin Çuxur Qəbələ kənd sakinləri ilə səyyar görüş-qəbulu keçirilmişdir. Görüşdə rayonun hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak edib. Qəbul zamanı RİH-nin başçısı ölkəmizdə qazanılan uğurlardan, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı ilə rayonumuzda aparılan quruculuq işlərindən və qarşıda duran vəzifələrdən ətraflı danışıb. Sonra kənd sakinləri dinlənilib. Müraciət edən vətəndaşlardan Elsevər Orucov, Əlihüseyn Şərifov, Müşfiq Əzizov və digərləri əhalinin rifahının daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən islahatlara görə ölkə başçısına dərin minnətdarlıqlarını bildiriblər. Onlar çıxışlarında kənd məktəbinin cari təmir olunmasını və yeni yaşayış massivinə qaz xəttinin çəkilməsini xahiş ediblər. Görüş-qəbulda sakinləri narahat edən sosial problemlər müzakirə edilib, həll olunması ilə bağlı RİH-nin başçısı tərəfindən əlaqədar təşkilatlarının rəhbərlərinə lazımi tapşırıq və göstərişlər verilib.

Keçidlər