Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Rayonun Nic qəsəbəsində səyyar görüş-qəbul keçirilib.

29 iyun 2019 | 02:00

Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayevin Nic qəsəbə sakinləri ilə görüş-qəbulu keçirilib. Rayonun hüquq mühafizə orqanlarının, xidmət təşkilatları rəhbərlərinin, və qəsəbə sakinlərinin iştirak etdikləri səyyar qəbulda çıxış edən RİH-nin başçısı bu cür görüşlərin ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə mütəmadi olaraq təşkil olunduğunu bildirib. O, dövlət başçısının bütün bölgələrə, o cümlədən Qəbələyə göstərdiyi diqqət və qayğıdan danışıb, rayonda həyata keçirilməsi nəzərdə tutulan layihələrdən bəhs edib.
Rayon icra hakimiyyətinin başçısı çıxışında digər yaşayış məntəqələri kimi, tolerantlığın nümunəvi modeli olan Nic qəsəbəsində də işıq, su, qaz, rabitə, yol və digər sosial qayğıların tam həll olunduğunu vurğulayıb. Görüş-qəbulda qəsəbədə fəaliyyət göstərən 5 məktəbin, 2 uşaq bağçasının, xəstəxananın, poçt şöbəsinin, mədəni-maarif müəssisələrinin və sair sosial obyektlərin maddi-texniki bazasının möhkəmləndirilməsi, avadanlıqlarla təchiz edilməsi sahəsində görülən işlər diqqətə çatdırılıb və bu istiqamətdə tədbirlərin davam etdiriləcəyi bildirilib.
Sonra sakinlər tərəfindən irəli sürülən müraciət, təklif və şikayətlərə baxılıb.
Qəsəbə sakinlərindən Rövşən Balayev, Rafik Danakari, Frans Vartanov, Yaqub Süleymanov, Venera Antonova, Rüstəm İslamov və başqaları çıxış edərək yaşayış məntəqəsində daxili yolların, elektrik xətlərinin, 4 və 5 nömrəli məktəblərin binalarının təmir olunmasını və ərazidə yeni bank terminalının qoyulmasını xahiş ediblər.
Qaldırılan məsələlərin həll edilməsi üçün RİH başçısı tərəfindən aidiyyəti üzrə müvafiq göstərişlər verilib və nəzarətə götürülüb.
Görüş-qəbul zamanı çıxış edən qəsəbə sakinləri onlara göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Keçidlər