Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

İsveçrənin “İl Mosaico” Gənclər Orkestri Qəbələdə çıxış edib.

09 iyul 2019 | 16:00

Qəbələdə Azərbaycanla İsveçrə arasındakı texniki əməkdaşlığın 20 illiyinə həsr olunan birgə konsert keçirilib. Qəbələ Mədəniyyət Mərkəzində təşkil olunan konsertdə İsveçrənin “İl Mosaico” Gənclər Orkestri və violonçel ustası Orxan Hüseynov çıxış edib. Tədbirdə Qəbələ Rayon İcra Hakimiyyəti başçısının müavini Ətayə Osmanova və İsveçrə Konfederasiyasının Azərbaycandakı Səfirliyinin konsulu Yürq Noynşvander çıxış edərək belə tədbirlərin ölkələrimiz arasında əlaqələrin inkişafına töhfə verəcəyinə əminliyini vurğulayıblar. Musiqiçilərin ifaları qəbələli tamaşaçıların alqışları ilə qarşılanıb.

Keçidlər