Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Mədəni irsin qorunması və öyrənilməsi vacib məsələdir.

21 sentyabr 2019 | 00:00

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin təşəbbüsü, Qəbələ Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Qəbələ Dövlət Tarix Bədii Qoruğunun ərazisində “Avropa İrs Günləri” nə həsr olunmuş tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə qoruğun direktoru Bəhruz Şərifov açmış, tədbirin keçirilməsinin məqsədi barədə məlumat vermişdir. Qəbələ Rayon İcra Hakimiyyəti başçısının müavini-ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ətayə Osmanova çıxışında bildirmişdir ki, ölkəmiz müstəqillik əldə etdikdən sonra mədəni irsin qorunmasına xüsusi diqqət yetirilir. Ulu öndər Heydər Əliyev tarix və mədəniyyət abidələrinin qorunması, bərpası və təbliğinə böyük önəm verirdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevdə bu sahədə ulu öndərin başlatdığı işi uğurla davam etdirir. Rayon təhsil şöbəsinin müdiri Arifə Bayramova çıxışında tarixi və mədəni irsimizi məktəblilərə daha dərindən öyrətməyin vacibliyindən, bu işdə təhsil ocaqlarında görülən tədbirlərdən danışmışdır. Tədbir bədii proqramla davam etdirilmişdir. Qəbələ Mədəniyyət Mərkəzinin “Muğam üçlüyü” nün, Qəbələ Uşaq Gənclər İnkişaf Mərkəzinin “Təbəssüm” rəqs qrupunun, rayon mədəniyyət mərkəzinin “Zopu-Zopu Folklor Etnoqrafik Rəqs Qrupunun, Mirzəbəyli kənd və Qəbələ şəhər 1 nömrəli uşaq bağçaları körpələrinin çıxışları alqışlarla qarşılanmışdır. Tədbirdə Qəbələ Rayon Dövlət Rəsm Qalareyasının fonduna daxil olan rəsm əsərlərindən, yerli sənətkarlara aid əl işləri və kitablardan ibarət sərgi nümayiş olunmuşdur.

Foto qalereya

Keçidlər