Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Rayonun Tövlə kəndində səyyar qəbul keçirilib.

03 oktyabr 2019 | 02:00

Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayevin Tövlə kənd sakinləri ilə növbəti səyyar qəbulu keçirilib. Tədbirdə rayonun hüquq mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə, təşkilatlarının rəhbərləri, kənd ictimaiyyətinin nümayəndələri və ağsaqqallar iştirak ediblər. Görüşdə RİH-nin başçısı kənd sakinlərinə respublikamızın sosial-iqtisadi inkişafından, ölkə başçısı tərəfindən aparılan sosial islahatlardan danışıb. Bildirilib ki, həyata keçirilən uğurlu siyasətin nəticəsidir ki, bu gün respublikanın hər bir bölgəsində, o cümlədən rayonumuzda geniş quruculuq işləri aparılır - yeni yollar çəkilir, təhsil, səhiyyə müəssisələri inşa olunur, uşaq bağçaları tikilir, sosial layihələr həyata keçirilir. RİH-nin başçısı Prezident İlham Əliyev tərəfindən aparılan islahatlar nəticəsində, ölkədə yeni-yeni istehsal və emal müəssisələrinin açıldığını, yeni iş yerlərinin yaradıldığını və görülən bütün bu işlərin, həyata keçirilən tədbirlərin yalnız bir amala - əhalimizin yaxşı yaşamasına, onların sosial rifahının və həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına xidmət etdiyini diqqətə çatdırıb. Qeyd olunub ki, rayonumuzun əhalisi özünüməşğulluğun təmini istiqamətində də səylərini genişləndirməli, xüsusilə strateji əhəmiyyətə malik kənd təsərrüfatı sahələrinin, o cümlədən baramaçılığın, tütünçülüyün və fındıqçılığın inkişafına diqqəti artırılmalıdır. Sonra sakinlər dinlənilib. Onlar rayonumuza göstərilən diqqət və qayğıya və ərazidə aparılan abadlıq və quruculuq işlərinə görə bütün əhalisi adından Prezident İlham Əliyevə öz dərin minnətdarlıqlarını bildiriblər. Çıxış edənlərdən Ədalət Tacəddinov, Nəhayət Abdusalamova, Rəfael Əzəmmədov, Fərman Quliyev və başqaları kəndə qaz xəttinin çəkilməsini, işıq xətlərinin təmiri işinin başa çatdırılmasını, Hacıalılı-Tövlə yolunun asfaltlaşdırılmasını və yaşayış məntəqəsinin internetlə təmin edilməsini xahiş ediblər. Görüş zamanı kənd sakinlərinin qaldırdıqları məslələlərin həlli ilə bağlı RİH-nin başçısı tərəfindən aidiyyəti təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

Keçidlər