Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

“Ölkəmizi tanıyaq” devizi altında cənub bölgəsinə səfər edən məktəblilər xoş təəsüratlarla Qəbələ rayonuna geri dönmüşlər.

17 noyabr 2019 | 05:00

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tövsiyəsinə əsasən keçirilən “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində bölgələrə təşkil edilmiş növbəti tur-aksiyanın birinci mərhələsi başa çatıb. Ümumtəhsil məktəblərinin şagirdləri və onların müəllimləri dörd gün ərzində cənub bölgəsinə səyahət zamanı şəhər və rayonların tarixini, mədəniyyətini, əhalinin həyat tərzini və məişətini əks etdirən abidələrlə, muzeylərlə, ərazinin turizm potensialı, regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının icrası istiqamətində görülən işlər və həyata keçirilən infrastruktur layihələri ilə yaxından tanış olublar. Noyabrın 16-da tur-aksiyanın Qəbələ rayonu ilə yanaşı digər 8 rayonlarının IX-XI sinif şagirdləri və onların müəllimləri Lənkəran-Masallı-Astara zonasına ekskursiyanı başa çatdıraraq yaşadıqları şəhər və rayonlara yola düşüblər. Maarifləndirici aksiyanın iştirakçılarını Lənkəran Şəhər İcra Hakimiyyətinin məsul işçiləri, müəllimlər və ictimaiyyətin nümayəndələri yola salıblar. Cənub bölgəsindən zəngin təəssüratlarla ayrılan məktəblilər ölkəmizi daha yaxından tanımaq üçün yaradılan şəraitə görə təşkilatçılara minnətdarlıqlarını bildiriblər.

Keçidlər