Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qeyri-formal iqtisadiyyatdan formal iqtisadiyyata keçid: nailiyyətlər və perspektivlər.

22 may 2020 | 16:00

Müstəqilliyimizin son illərində Prezident İlham Əliyevin ölkə iqtisadiyyatının daha da inkişaf etdirilməsi, idarəetmə strukturunun yenilənməsi sahəsində apardığı əsaslı islahatlar özünün müsbət nəticələrini verməkdədir. Qeyd etmək lazımdır ki, ölkəmizin əmək bazarında neçə illərdir ki, qeyri-formal məşğulluq problemi müşahidə edilməkdədir. Bəzi iş adamları sosial sığortadan yayınmaq məqsədilə işçilərlə əmək müqaviləsi bağlamır və nəticədə qeyri-leqal əmək bazarı formalaşır. Qeyri-formal məşğulluq ölkədə “kölgə” iqtisadiyyatının formalaşmasına və yayılmasına rəvac verərək rəqabət mühitinə mənfi təsir göstərməklə yanaşı, işçilərin əmək və sosial hüquqlarının pozulmasına, onların sosial sığorta sistemindən və nəticədə gələcək sosial təminatdan kənarda qalmasına, vergidən yayınmaqla dövlət büdcəsinə daxilolmaların azalmasına gətirib çıxarır. Bu səbəbdən qeyri-formal məşğulluğun qarşısının alınması istiqamətində tədbirlərin gücləndirilməsi dövlət üçün əsas prioritetlərdən biri olmuşdur. Qeyri-formal məşğulluğun qarşısının alınmasında müasir metod və texnologiyanın üstünlüklərindən istifadə olunması bu sahədə səmərəliliyin və effektivliyin artırılmasında mühüm rol oynayır. Bir sıra hallarda işəgötürən və işçilərin məsuliyyətsizliyi səbəbindən əmək müqaviləsinin bağlanması arxa plana keçirilir. Bununla da işəgötürənlərlə işçilər arasında əmək müqaviləsinin bağlanmaması səbəbindən sonrakı dövr üçün problemlər yaranır. Bəzi hallarda isə bağlanan müqavilərlərdə sahibkarlar öz mənafelərini daha üstün tuturlar. Məhz bu kimi halların nəticəsidir ki, işçilərin əmək haqlarının hesablanması məsələsində mütəmadi olaraq anlaşılmazlıqlar yaranır. Xüsusən, işəmuzdla çalışan işçilər belə hallarla tez-tez rastlaşırlar. Məhz bu kimi hallar meydana çıxan zaman əmək müqaviləsinin olmaması səbəbindən işçilər öz haqlarını tələb etməkdə problemlərlə üzləşirlər. Doğrudur, dövlət belə halların qarşısının alınması, xüsusən işçilərin əmək hüquqlarının qorunması məqsədilə qanunvericilik bazasının yaradılmasını təmin edib və bu məsələ daim nəzarətdədir. Etiraf edilməlidir ki, əmək müqaviləsinin olmaması daha çox işçilərin zərərinə olan məsələdir. Çünki, əmək müqaviləsi bağlamayan işçilər gəlir əldə etsələr də mülki münasibətlərdən məhrum olurlar. Belə ki, onların kredit götürməsi, pensiya hüququnun təmin olunması və icbari tibbi sığortadan yararlanmaq imkanları mümkünsüz olur. Məhz bu kimi halların aradan qaldırılması, konkret olaraq “kölgə” iqtisadiyyatı ilə mübarizənin aparılması dövlətin həlli vacib məsələlərindən hesab olunur. Bununla bağlı Prezident İlham Əliyevin “Qeyri-formal məşğulluğa nəzarət” vahid elektron informasiya ehtiyatına inteqrasiyası tələb olunan informasiya sistemlərinin və ehtiyatlarının Siyahısı”nın təsdiq edilməsi haqqında” 25 fevral 2020-ci il tarixli Fərmanı ölkəmizdə qeyri-formal məşğulluğun və “kölgə” iqtisadiyyatının qarşısının alınması istiqamətində həyata keçirilən kompleks tədbirlərin müasir texnologiyaların geniş tətbiqi şəraitində səmərəliliyinin artırılmasına xidmət edir. Çox şübhəsiz ki, qanunvericiliyə edilmiş bu cür dəyişikliklər qısa bir müddətdə əmək bazarında münasibətlərin yenidən formalaşmasına səbəb olacaqdır. Artıq işəgötürən mülki-hüquqi müqavilə bağlamağa maraqlı olmayacaq, çünki əmək müqaviləsi onun üçün daha sərfəlidir. Qeyri-formal məşğulluq öz mahiyyətinə görə həm iqtisadiyyat, həm də qeyri-formal məşğulluğa cəlb olunmuş şəxslər üçün olduqca ciddi təhlükə yaradır. Belə ki, qeyri-formal məşğulluq dövlət üçün “kölgə” iqtisadiyyatının yaranmasına, dövlət büdcəsinə vergi və digər məcburi ödəmələr üzrə yığımların azalmasına, habelə iqtisadiyyatın sabit və rəqabətli şəkildə inkişafına maneə törədir. Qeyri-formal məşğulluğa cəlb olunmuş şəxslər isə əmək və sosial hüquqlarından məhrum olurlar, nəticədə insanlar sosial risklərə məruz qaldıqda dövlətin pensiya, sosial sığorta və sosial sahədə digər müdafiə mexanizlərimdən kənar qalırlar. Qeyd etmək lazımdır ki, qeyri-formal məşğulluğa qarşı ölkəmizdə ən qabaqcıl beynəlxalq təcrübəyə uyğun olaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə sistemli və ardıcıl işlər görülür. Bunlardan ölkə vətəndaşları üçün ən əhəmiyyətlisi 600 min insana iki ay ərzində hər ay 190 manat birdəfəlik vəsaitin verilməsi oldu. Bu kateqoriyaya aid olanlar aztəminatlı ailələrin nümayəndələri və koronavirusla bağlı işini müvəqqəti itirən insanlar idi. Bu məsələ Qəbələ rayonunda da öz həllini tapmışdır. Pandemiya dövründə Qəbələ rayonu üzrə işsiz kimi qeydiyyata alınan 8845 vətəndaşa iki ay müddətində yaşayış minimumu həcmində (190 manat) birdəfəlik müavinət verilmişdir. Əmək qabiliyyətli ailə üzvünün formal sektorda işləməsi tələbi əsas şərtlərdən olan ünvanlı dövlət sosial yardım proqramının əhatə dairəsi post pandemiya dövründə genişlənmiş və keçən dövr ərzində çoxsaylı ailə üzvləri dövlət sosial yardımı ilə təmin edilmişlər. İşsiz və işaxtaranlarla yanaşı, dövlətimiz hətta qeyri-formal məşğulluq sahəsində fəaliyyət göstərən və “kölgədə” olan vətəndaşlarına belə ən çətin dövrdə sosial mövqedən çıxış edərək öz dəstəyini göstərdi. Bu kateqoriyadan olan insanlara dövlət başçısının tapşırığına uyğun olaraq sosial yardımlar edildi. Ölkə rəhbərinin bu istiqamətdə atdığı hər bir humanist addım dövlətçiliyin qorunub saxlanılmasına, insan amilinin və rifahının daha da yaxşılaşmasına xidmət edir.

Keçidlər