Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələ rayonunda ticarət və digər obyektlərdə reydlər davam etdirilir.

09 noyabr 2020 | 16:00

09 noyabr 2020-ci il tarixində rayonda fəaliyyət göstərən mobil qruplar tərəfindən respublika ərazisində tətbiq olunmuş xüsusi karantin rejimi ilə bağlı rayonun ticarət, ictimai iaşə və digər əhalinin daha çox müraciət etdiyi obyektlərdə müəyyən edilmiş qaydalara əməl olunması vəziyyətini öyrənmək və lazımi tədbirlər görmək üçün reydlər aparılıb. Gün ərzində ümumilikdə 71 ticarət obyektinə və 76 digər obyektlərə baxış keçirilib. Karantin qaydalarını pozduğu üçün 2 nəfər ictimai iaşə obyektinin, 1 bərbər salonunun və 1 yanacaqdoldurma məntəqəsinin işçisi İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə hər biri 100 manat məbləğində cərimə olunmuşdur. Reydlər və əhali arasında maarifləndirmə işləri müntəzəm olaraq davam etdirilir.

 

Keçidlər