Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Koronavirus pandemiyası ilə mübarizə çərçivəsində tədbirlər davam etdirilir.

26 noyabr 2020 | 16:00

26 noyabr 2020-ci il tarixində  rayon ərazisində koronavirus infeksiyasının yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədi ilə reydlər davam etdirilmişdir. Operativ Qərargah tərəfindən yaradılmış mobil qruplar respublikada tətbiq olunmuş xüsusi karantin rejimi ilə bağlı rayonun ictimai iaşə, ticarət və digər obyektlərində müəyyən edilmiş qaydalara əməl olunması vəziyyətini öyrənmək və lazımi tədbirlər görmək üçün reydlər aparmışlar. Aparılmış reydlər zamanı vətəndaşlara tibbi maskadan istifadənin və sosial məsafənin saxlanılmasının vacibliyi bir daha diqqətə çatdırılmış, gün ərzində ümumilikdə 85 ticarət obyektinə və 70 digər obyektə baxış keçirilmişdir. 3 dünyasını dəyişmiş mərhumun ailələrinə yas mərasiminin keçirilməməsi ilə bağlı xəbərdarlıq edilib. Karantin qaydalarını pozduğu üçün 7 nəfər rayon sakini İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə hər biri 100 manat məbləğində cərimə olunmuşdur. Mobil qruplar tərəfindən reydlər və əhali arasında maarifləndirmə işləri gündəlik olaraq davam etdirilir.

Keçidlər