Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Vətən müharibəsi şəhidi Aqşin Qədirzadənin doğum günü münasibətilə xatirəsi anılmışdır.

10 mart 2021 | 16:00

Bu gün torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canından, qanından keçən igid Vətən oğullarından biri - Seyidqışlaq kənd sakini, şəhid Qədirzadə Aqşin Elman oğlunun doğum günüdür.
Rayon icra hakimiyyətinin, təhsil şöbəsinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin əməkdaşları, şəhidin  təhsil aldığı kənd məktəbinin kollektivi və ailə üzvləri şəhid Aqşin Qədirzadənin məzarını ziyarət etmiş, xatirəsini böyük ehtiramla anaraq məzarı üzərinə gül dəstələri qoymuş, ruhuna dualar oxunmuşdur.
Şəhidin valideynləri şəhid  ailələrinə  göstərilən diqqət və qayğıya görə  ölkə rəhbərliyinə öz dərin minnətdarlıqlarını bildirmişlər.

Keçidlər