Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzində yeni dərs ilinin başlanması ilə bağlı tədbir keçirilib

21 sentyabr 2021 | 16:00

20.09.2021-ci il tarixində Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzinin təşkilatçılığı ilə yeni dərs ilinin başlanması ilə bağlı tədbir keçirilib. Qəbələ UADM-nin sosial iş üzrə mütəxəssisləri, Vətən müharibəsi şəhidlərinin, qazilərinin və aztəminatlı ailələrin övladlarının iştirak etdiyi tədbir Şəhidlərin bir dəqiqəlik sükutla yad edilməsilə başlayıb. Çıxış edənlər yeni tədris ilinin başlanması münasibətilə uşaqları təbrik edərək, onlara uğurlar arzulayıblar. Tədbirdə uşaqlara məktəbli çantası  və dərs ləvazimatları hədiyyə edilib.  Ailələr onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə öz  minnətdarlıqlarını bildiriblər. Tədbir şirin stol arxasında davam edib.

Keçidlər