Qəbələ Rayon İcra Hakimiyyəti yanında yaradılan ictimai şuraya seçkinin təşkil edilməsi haqqında
SƏRƏNCAM
Azərbaycan Respublikasının “İctimai iştirakçılıq haqqında” 22 noyabr 2013-cü il tarixli 816-IVQ nömrəli Qanununa, Azərbaycan Respublikası Prezidentinin “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının 2013-cü il 22 noyabr tarixli 816-IVQ nömrəli Qanunun tətbiqi barədə 16 yanvar 2014-cü il tarixli 89 nömrəli fərmanına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”nin təsdiq edilməsi haqqında 30 may 2014-cü il tarixli 171 nömrəli qərarına əsasən, “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 6.8-ci maddəsini rəhbər tutaraq qərara alıram:
I. Qəbələ Rayon İcra Hakimiyyəti yanında (rayon icra hakimiyyətinin əməkdaşlarından 4 üzv, vətəndaş cəmiyyəti institutu nümayəndələrindən isə 5 üzv) ictimai şuraya seçkinin təşkil edilməsi məqsədilə 9 nəfərdən ibarət aşağıdakı tərkibdə seçki komissiyası yaradılsın.
Seçki komissiyanın sədri
1. Ağasəfov Abil Adil oğlu Qəbələ RİH başçının birinci müavini, YAP Qəbələ Rayon Təşkilatının sədri
Seçki komissiyanın üzvləri
2. Cəfərov Zülfüqar Cəfər oğlu Qəbələ RİH başçısı aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri
3. Hüseynov Absalam Zahid oğlu Qəbələ RİH başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini –dini qurumlarla işin təşkilatçısı
4. Şirinov Anar Tofiq oğlu Qəbələ RİH başçısı aparatının böyük məsləhətçi - Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi ,YAP Qəbələ Rayon Gənclər Birliyinin sədri
5. Nəzirov Yaşar Sabir oğlu Qəbələ Rayon Təhsil Şöbəsinin müdir müavini
6. Bayramova Sədaqət Əflatun qızı Qızıl Aypara Cəmiyyətinin Qəbələ Rayon Bölməsinin sədri
7. Hacıyev Tahir İbrahim oğlu Qəbələ Rayon Ağsaqqallar Şurasının üzvü
8 Sabirli Pərviz Çingiz oğlu Dİ və İXİHİ-nın Qəbələ rayon şöbəsinin sədri
9. Səhrablı Mehrab Mirzə oğlu Qəbələ Regional QHT Resurs və Təlim Mərkəzinin İcraçı direktoru
II. Seçki Komissiyasına tapşırılsın ki, ictimai şuraya seçkini “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”nin tələblərinə uyğun təşkil etsin.
III. Bu sərəncam Qəbələ Rayon İcra Hakimiyyətinin rəsmi internet səhifəsində (qebele-ih.gov.az) yerləşdirilsin və “Qəbələ” qəzetində dərc edilsin.
IV. Rayon icra hakimiyyəti başçısı aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Fuad Zəkəriyyəzadə sərəncamı aidiyyəti üzrə çatdırılmasını təmin etsin.
V. Sərəncamın icrasına nəzarəti öz üzərimdə saxlayıram.
Qəbələ rayon icra hakimiyyətinin başçısı
Səbuhi Abdullayev.