2018-ci il ərzində Qəbələ rayonununsosial-iqtisadi inkişafı haqqında
Ölkənin bütün bölgələrində olduğu kimi, 2018-ci il Qəbələ rayonunun iqtisadiyyatında və sosial-mədəni həyatında nəzərəçarpacaq müvəffəqiyyətlər əldə edilmiş,iqtisadiyyatın bütün sahələrində istehsalın həcmi artmış,yeni təsərrüfat və sosial-mədəni obyektlər istifadəyə verilmiş,yeni iş yerləri açılmış,əhalinin sosial-iqtisadi vəziyyəti yaxşılaşmışdır.
Ərazi və əhali
Rayonun ərazisi 1550 kv km-dir. 01 Yanvar 2019-ci il tarixə rayonda mövcud əhalinin sayı 106660 nəfər olmuşdur. Əhalinin sıxlığı hər kv km-ə 68.0 nəfərdir.
Rayonda 1 şəhər, 3 qəsəbə, 60 kənd yaşayış məntəqəsi vardır. Rayon əhalisinin 14079 nəfəri yaxud 13,2 faizi şəhər, 22292 nəfəri yaxud 20,9 faizi qəsəbə, qalan 70289 nəfəri yaxud 65,9 faiz kənd yerlərində yaşayır.
Rayonda 691 məcburi köçkün ailəsi və bu ailələrdə 2351 nəfər məcburi köçkün vardır. Rayonda 1 şəhər, 3 qəsəbə, 60 kənd ərazi nümayəndəliyi və 29 bələdiyyə fəaliyyət göstərir. 2018-ci ilin və 2017-ci ilin həmin dövrü ilə müqayisədə əsas demoqrafik göstəricilər aşağıdakı kimi olmuşdur.
Göstəricilər |
Ümumi artım |
|||
Nəfərlə |
Əhalinin hər min nəfərinə düşən |
|||
2018-ci il |
2017-cı il |
2018-ci il |
2017-cı il |
|
Ümumi artım |
1140 |
1364 |
10.6 |
12.9 |
Təbii artım |
1101 |
1342 |
10.3 |
12.7 |
Doğulanlar |
1680 |
1847 |
15.7 |
17.5 |
Ölənlər |
579 |
505 |
5.4 |
4.8 |
O cümlədən 1-yaşa qədər ölən uşaqlar |
15 |
19 |
8.9 |
10.3 |
Miqrasiya saldosu |
39 |
22 |
0.4 |
0.2 |
Nikahlar |
776 |
752 |
7.3 |
7.1 |
Boşananlar |
122 |
90 |
1.1 |
0.8 |
2018-ci il ərzində Qəbələ rayonunda 1680 körpə doğulmuş və 579 nəfər ölən qeydə alınmışdır. Vəfat edənlərin 15 nəfəri 1 yaşa qədər ölən uşaqlar olmuşdur. 2018-ci ildə Qəbələ rayonunda 776 nikah və 122 boşanma qeydə alınmışdır ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə nikahların sayı 24 nəfər , boşananlar isə 32 nəfər artmışdır.
İqtisadiyyatın ayrı-ayrı sahələri üzrə məhsul buraxılışı
2018-ci il ərzində Qəbələ rayonunda iqtisadiyyatın əsas sahələri üzrə istehsal olunmuş məhsul və xidmətlərin ümumi həcmi 246101 min manat, adambaşına həcmi isə 2307 manat təşkil etmişdir.Məhsul və xidmətlərin 81.9 faizi istehsal sahələrinin, 18.1 faizi isə xidmət sahələrinin payına düşmüşdür. Məhsul və xidmətlərin 28.7 faizi tikinti-quraşdırma, 15.2 faizi ticarət və xidmətlər sahəsində, 25.0 faizi sənayedə, 28.9 faizi kənd təsərrüfatı və balıqcılıq təsərrüfatında, 1.6 faizi nəqliyyat və anbar təsərrüfatında, 0,6 faizi isə informasiya və rabitə xidmətləri sahəsində istehsal edilmişdir. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə sənayedə 82.6 faiz , kənd təsərrüfatı və balıqçılıqda 3,3 faiz, ticarət və xidmət sahəsində 16,5 faiz, nəqliyyat və anbar təsərrüfatında 4,9 faiz, informasiya və rabitədə 7,3 faiz, tikintidə isə 13 faiz azalma müşahidə edilmişdir. Qəbələ rayon iqtisadiyyatın ayrı-ayrı sahələri üzrə ümumi məhsul buraxılışının həcmini aşağıdakı cədvəldən daha aydın görmək olar.
(min manatla)
№ |
Iqtisadiyyat sahələri |
2018-ci il |
2017-cı il |
Fərq+,- |
Keçən ilin həmin dövrünə görə faizlə |
1 |
Sənaye |
61548 |
33707 |
+27841 |
182.6 |
2 |
Kənd təsərrüfatı |
71215 |
68921 |
+2294 |
103.3 |
3 |
Tikinti |
70692 |
81225 |
-10533 |
87.0 |
4 |
Nəqliyyat |
4013 |
3826 |
+187 |
104.9 |
5 |
Rabitə |
1181 |
1100 |
+81 |
107.4 |
6 |
Ticarət |
37452 |
32145 |
+5307 |
116.5 |
Rayon üzrə cəmi |
246101 |
220924 |
+25177 |
111.3 |
|
Adam başına düşən ümumi məhsul buraxılışı (manat) |
2307 |
2094 |
+213 |
110.2 |
Kənd təsərrüfatı
Qəbələ rayonunun iqtisadiyyatında taxılçılıq, meyvəçilik və heyvandarlıq aparıcı rol oynayır.Bununla yanaşı,təsərrüfatlarda bostan məhsulları,tərəvəz,üzüm və kartof da istehsal edilir. Rayonda keçən ilin payızında 20100 hektar sahədə payızlıq və yazlıq taxıl əkilmişdir. Əkilmiş taxıl sahələrinə payız –qış dövrlərində yüksək keyfiyyətli aqrotexniki qulluq göstərilmişdir. 2018-ci il ərzində 64646,1 ton taxıl, 8215,2 ton kartof, 5508 ton tərəvəz, 17726,4 ton meyvə, 1533 ton qarğıdalı, 73 ton bostan, 2115 ton şəkər çuğunduru, 101ton tütün və 2535.4 ton üzüm istehsal olunmuşdur. Heyvandarlıq məhsullarından 6265 ton diri çəkidə ət, 40472 ton süd,22956 min ədəd yumurta, 413 ton yun istehsal olunmuşdur. 2018-cü ilə nisbətən ət istehsalı 3 ton və ya 0,1 faiz, yun istehsalı 1 ton və ya 0.2 faiz, yumurta istehsalı 8822 min ədəd və ya 205 faiz, süd istehsalı isə 306 ton və ya 1.0 faiz artmışdır. Rayonun təsərrüfatlarında 2018-ci il yanvar ayının 1-vəziyyətinə 45511 baş iri buynuzlu mal-qara, o cümlədən 22550 baş inək və camış, 189919 baş qoyun və keçi və 750 baş donuz mövcud olmuşdur.
01 yanvar 2019-cü il tarixə kənd təsərrüfatı işlərinin gedişi haqqında məlumatlar
№ |
Görülmüş kənd təsərrüfatı işlərinin adı |
Ölçü vahidi |
Yığılacaq sahə
|
Faktiki yığılmışdır |
Faiz |
Keçən ilin həmin dövrünə |
Fərq +, - |
1 |
Taxıl yığılmışdır |
Hek |
20100 |
20100 |
100 |
21148 |
-1048 |
2 |
Taxıl istehsal edilmişdir |
Ton |
X |
64646,1 |
X |
67917 |
-3270.9 |
3 |
Bir hektardan məhsul |
Sent |
X |
32,2 |
X |
32,1 |
+0.1 |
4 |
Tərəvəz yığılmışdır |
Hek |
559 |
559 |
100 |
854 |
-295 |
5 |
Tərəvəz istehsal edilmişdir |
Ton |
X |
5508 |
X |
7601 |
-2093 |
6 |
Bir hektardan məhsul |
Sent |
X |
98,5 |
X |
89 |
+9.5 |
7 |
Kartof yığılmışdır |
Hek |
632 |
632 |
91 |
613 |
+19 |
8 |
Kartof istehsal edilmişdir |
Ton |
X |
8215,2 |
X |
12260 |
-4044.8 |
9 |
Bir hektardan məhsul |
Sent |
X |
130.0 |
X |
200 |
-70 |
10 |
Bostan məhsulları yığılmışdır |
Hek |
5 |
5 |
100 |
8 |
-3 |
11 |
Bostan məhsulları istehsal edilmişdir |
Ton |
X |
73 |
X |
116 |
-43 |
12 |
Bir hektardan məhsuldarlıq |
Sent |
X |
146.0 |
X |
145,5 |
+0.5 |
13 |
Dən üçün qarğıdalı yığılıb |
Hek |
288 |
288 |
60,4 |
598 |
-310 |
14 |
Qarğıdalı dəni istehsal edilib |
Ton |
X |
1533 |
X |
3064.6 |
-1531.6 |
15 |
Bir hektardan məhsuldarlıq |
Sent |
X |
53.2 |
X |
51.2 |
+2 |
16 |
Şəkərçuğunduru yığılmışdır |
Hek |
92 |
92 |
X |
X |
0 |
17 |
Şəkər çuğunduru istehsal edilmişdir |
Ton |
X |
2115 |
X |
X |
0 |
18 |
Bir hektardan məhsuldarlıq |
Sent |
X |
203.8 |
X |
X |
0 |
19 |
Üzüm istehsal edilib |
Ton |
X |
2535.4 |
X |
2065 |
+470.4 |
20 |
Meyvə yığılmışdır |
Ton |
X |
17726.4 |
X |
13526.8 |
+4199.6 |
21 |
Tütün yarpağı yığılmışdır |
ton |
X |
101 |
x |
70 |
+31 |
22 |
Payızliq şum sürülmüşdür |
Hek |
X |
20990 |
X |
20568.6 |
+421.4 |
|
Payızliq əkin əkilmişdir |
Hek |
X |
20100 |
X |
20100 |
x |
|
Q cümlədən buğda |
Hek |
X |
14600 |
X |
14600 |
x |
|
arpa |
Hek |
X |
5500 |
X |
5500 |
x |
Mal-qaranın sayı (baş)
|
|
01.01.19 |
01.01.18 |
Fərq |
|
1 |
Iri buynuzlu ma-qara |
45511 |
46326 |
-815 |
|
2 |
O cümlədən inək və camışlar |
22550 |
23183 |
-633 |
|
3 |
Qoyun və keçilər |
189919 |
190737 |
-818 |
|
4 |
Donuzlar |
750 |
1115 |
-365 |
|
5 |
Quşlar |
390358 |
390252 |
+106 |
Heyvandarliq məhsullarının istehsalı (ton)
1 |
Ət (diri çəkidə) |
6265 |
6264 |
+1 |
2 |
Süd |
40472 |
40313 |
+159 |
3 |
Yumurta (min ədəd) |
22956 |
10411 |
+12545 |
4 |
Yun |
413 |
412 |
+1 |
Sənaye
Rayonun sənayesi əsasən meyvə şirələrinin istehsalı, qida məhsullarının istehsalı, elektrik enerıisi, qaz və buxarın istehsalı, bölüşdürülməsi və suyun yığılması və paylanması sahələri ilə təmsil olunmuşdur. 2018-cü ildə Qəbələ rayon sənayesində fəaliyyət göstərən müəssisələr tərəfindən 61548 min manatlıq və ya əvvəlki ilin müvafiq dövründən 82.6 faiz çox sənaye məhsulu istehsal edilmiş və xidmətlər göstərilmişdir. Ümumi məhsul istehsalında və xidmətlərin göstərilməsində qeyri – dövlət bölməsinin xüsusi çəkisi 76,0 faiz təşkil etmişdir. 2018-cü il ərzində Qəbələ rayonunda 45945 min manatlıq qida məhsulları emal edilmişdir.Qəbələ rayonunda 2018-cü ildə 54351 min manatlıq məhsul istehsal edilmiş və 7197 min manatlıq sənaye xarakterli xidmətlər göstərilmişdir. 2018-ci il ərzində sənaye müəssisələrində çalışan 1397 nəfərin orta aylıq nominal əmək haqqı 336 manat təşkil etmiş və əvvəlki illə müqayisədə 0.1 faiz çox deməkdir.
Tikinti
2019-ci ilin yanvar ayın 1-vəziyyətinə rayonda əsas kapitala yönəldilmiş investisiyanın həcmi 74095,0 min manat,(47453,0 min manatı dövlət mülkiyyəti, 30342,0 min manatı isə qeyri dövlət mülkiyyəti) tikinti quraşdırma işlərinin həcmi isə 70692,0 min manat ( 45006,0 min manatı dövlət mülkiyyəti, 25686.0 min manatı qeyri dövlət mülkiyyəti ) təşkil etmişdir. 2019-ci ilin yanvar ayın 1-vəziyyətinə ümumi sahəsi 16968 kv metr olan 200 fərdi ev tikilib istifadəyə verilmişdir.İl ərzində 30996 min manatlıq əsas fondlar istifadəyə verilmiş bununda 17190.0 min manatı dövlət, 13806,0 min manatı isə qeyri dövlət mülkiyyəti təşkil etmişdir. Hazırda rayonda 15 min yerlik futbol stadionunun tikintisi üçün yer ayrılıb, “Raftinq” Mərkəzində tikinti işləri yekunlaşıb və “Cıdır” Atçılıq idman kompleksində, “Qafqaz Diamond Akvapark2 istirahət və əyləncə kompleksinin, “Qafqaz Aqua Land Hotel”-də tikinti işləri davam edir.
Mədəniyyət və turizm
Rayonda 2019-ci il yanvar ayının 1-i vəziyyətinə 1 mədəniyyət evi, 26 kitabxana, 1 xalq teatrı, 31 klub, 4 mədəniyyət və istirahət parkı, 3 muzey fəaliyyət göstərmişdir. Rayonda 93 mədəniyyət abidəsi və 1 dövlət qoruğu vardır. Abidələrin 61-i dövlət əhəmiyyətlidir. Qəbələ rayonunun turizim sektoru təbiət mənzərələri, tarixi abidələri, mədəniyyət ocaqları çox müasir turizim kompleksləri baxımından zəngin imkanlara malikdir. Rayonun tarixi yerləri rayona gələn turistləri özünə cəlb edir.Gözəl təbiəti heyran edici mənzərələri olan bu yer qonaqlarda böyük təsürat oyadır. 2018-ci il ərzində Qəbələ rayonu ərazisində 18 mehmanxana və mehmanxana tipli müəssisə fəaliyyət göstərmişdir. Həmin mehmanxana və mehmanxana tipli müəssisələrdə nömrələrin (otaqların) sayı 978- dir. 2018-ci ci il ərzində Qəbələ rayonunda mehmanxana və mehmanxana tipli müəssisələrdə bir gecə qalmaq üçün orta qiymət cəmi 106 manat təşkil etmişdir. Yerlərin ümumi sayı isə (birdəfəlik tutum) 2246 yer təşkil edilmişdir. Mehmanxana və mehmanxana tipli müəssisələrdə 8103 nömrə gün olmuşdur. 2018-ci il ərzində mehmanxana və mehmanxana tipli müəssisələrdə gecələmələrin sayı 311591 olmuşdur. Ondan Azərbaycan vətəndaşları üzrə 106590, əcnəbilər və vətəndaşlığı olmayan vətəndaşları üzrə 205001 gecə olmuşdur. 2018-ci il ərzində mehmanxana vətəndaşı mehmanxana tipli müəssisələrə 192529 nəfər, o cümlədən 55327 nəfər Azərbaycanlı, 137202 nəfər isə əcnəbilər və vətəndaşlığı olmayan vətəndaşları yerləşdirilmişdir. İl ərzində 32230.8 min manat gəlir əldə edilmişdir.Bunun 17037 min manatı yerləşdirmə xidmətlərindən,7361 min manatı iaşə xidmətindən,6438 min manatı müalicə-sağlamlıq xarakterli xidmətlərindən və 1394 min manatı digər xidmətlərindən əldə edilmişdir. Qəbələ rayonunda mehmanxana və mehmanxana tipli müəssisələrin ümumi sahəsi 82827m2, bunun da 35645m2-i yaşayış sahəsidir. Bu müddətdə işçilərin orta siyahı üzrə sayı 1176 nəfər, ondan qadınlar 214 nəfər olmuşdur. Turizm və otelçilik ixtisası üzrə təhsil almış işçilərin sayı 25, əcnəbi işçilərin sayı isə 9 nəfər olmuşdur. Mehmanxanada işçilərin orta aylıq əmək haqqı 249,9 manat hesablanır.
Təhsil
Rayonda 4 ibtidai, 11-əsas və 53 orta məktəb fəaliyyət göstərir. Qəbələ rayonunda cari dərs ilində fəaliyyət göstərən 68 ibtidai, əsas və orta məktəblərdə 16150 nəfər şagird təhsil alır. 2600 müəllim bu şagirdlərin təlim tərbiyyəsi ilə məşğul olur. Bu məktəblərdə şagirdlər 485 kompyuterdən istifadə edir. Rayonda 22 məktəbə qədər uşaq müəssisəsi vardır ki, bunlarda da uşaqların sayı 780 nəfərdir. Rayonda fəaliyyət göstərən Peşə təhsili məktəbində 408 nəfər gənc 8 ixtisas üzrə təhsil alır. Bu gənclərin təlim tərbiyyəsi ilə 15 nəfər müəllim və 13 nəfər usta məşğul olur.
Səhiyyə
2019-ci il yanvar ayının 1-i vəziyyətinə rayonda 6 xəstəxana, bu xəstəxanalarda 330 çarpayı, 36 tibb və feldşermama məntəqəsi, 9 ambulator poliklinika müəssisəsi, cəmi 51 tibb müəssisəsi fəaliyyət göstərir. Bu müəssisələrində 178 həkim, 461 orta tibb işçisi çalışır. Rayonda əhalinin hər 10000 nəfərinə 18,8 həkim, 48,6 nəfər tibb işçisi düşür. Rayon Mərkəzi xəstəxanası əsaslı şəkildə təmir edilmiş, bütün müasir avadanlıqlarla təmin edilmişdir. Rayonda müasir standartlara cavab verən böyük Regional müalicə Diaqnostika mərkəzi və onun ətrafında müasir standartlara cavab verən istirahət parkı fəaliyyət göstərir.
Nəliyyat və rabitə
Ölkə iqtisadiyyatının ən perespektivli infrastruktur sahələri olan informasiya və rabitə sektoru öz inkişaf surətinə görə digər sahələri qabaqlayaraq fəaliyyətini uğurla davam etdirir.Dövlət mülkiyyətində olan müəssisələrlə yanaşı,xüsusi və müştərək müəssisələr tərəfindən göstərilən rabitə xidmətlərinin həcmi artır,əsas rabitə xidmətləri üzrə tariflər azalır,rabitə infrastrukturunda innovasiya prosesləri sürətlənir. Müasir şəraitdə avtonəqliyyat vəsaitlərinin rolu əvəz olunmazdır. Onlardan səmərəli istifadə olunması əsas amillərdən biridir. Məlum olduğu kimi avtonəqliyyatdan xalq təsərrüfatının bütün sahələrində, yəni yaxın və uzaq məsafələrdə yük daşınmasında, əhaliyə sərnişin xidməti göstərilməsində və sair sahələrdə istifadə olunur. 2019-ci ilin yanvar ayın 1-vəziyyətinə avtomobil nəqliyyatı ilə 1306 min ton, əvvəlki illə müqayisədə 42 min və ya 3.3 faiz çox yük daşınmışdır. 2019-ci ilin yanvar ayın 1-vəziyyətinə rayonda 9256 min sərnişin daşınmış, bu da keçən illə müqayisədə 3.8 faiz və ya 345 min sərnişin çox deməkdir. 2019-ci ilin yanvar ayın 1-vəziyyətinə rayonun rabitə müəssisəsi tərəfindən 1100 min manatlıq rabitə xidməti göstərilmişdir. 2019-ci ilin yanvar ayın 1-vəziyyətinə Qəbələ rayonun Rabitə müəssisələrində 102 nəfər işçi çalışmışdır. Onların orta aylıq nominal əmək haqqı 346 manatdır. Nəqliyyat və rabitənin əsas göstəriciləri aşağıdakı cədvəldə göstərilmişdir.
Nəqliyyat və rabitənin əsas göstəriciləri
|
2018-ci il |
2017-cı il
|
Fərq +,- |
Yük daşinmişdir. min ton |
1306 |
1264 |
+42 |
Sərnişin daşınmışdır, min sərnişin |
9256 |
8911 |
+345 |
Avtomobillərin sayı |
10305 |
9384 |
+921 |
Yük |
1361 |
1245 |
+116 |
Minik |
8775 |
7989 |
+786 |
avtobus |
113 |
109 |
+4 |
Xüsusi təyinatlı |
56 |
41 |
+15 |
Rabitə xidmətlərinin həcmi. Min manat |
1181 |
1100 |
+81 |
ATS üzrə ümumi tutum, nömrə |
12050 |
11996 |
+54 |
Ondan: |
|
|
|
Elektron sistemli |
12050 |
11996 |
+54 |
əsas telefon aparatlarının sayı, nömrə |
10221 |
9901 |
+320 |
Evlərdə olan telefon aparatlarının sayı, cəmi nömrə |
9514 |
9153 |
+361 |
Hər yüz ailəyə düşən telefon aparatlarının sayı, ədəd |
50 |
50 |
0 |
Şəhərlərarası telefon danışıqlarının sayı, min danışıq |
465.5 |
675.2 |
-209.7 |
Poçt şöbələrinin cayı,ədəd |
31 |
30 |
+1 |
Rabitə müəssisələrində çalışan işçilərin orta illik sayı, nəfər |
102 |
102 |
0 |
Rabitə müəssisələrində çalışanların orta aylıq nominal əmək haqqı, manat |
343.5 |
346 |
-2.5 |
Internetə çıxışı olan müəssisələrin sayı, vahid |
415 |
412 |
+3 |
Internetə çıxışı olan kompyüterlərin sayı, ədəd |
4682 |
4678 |
+4 |
Internetdən istifadə edən işçilərin sayı, nəfər |
5325 |
5231 |
+94 |
İstehlak bazarı
2019-ci ilin yanvar ayın 1-vəziyyətinə rayonun istehlak bazarında əhaliyə 50121 min manatlıq pullu xidmət göstərilmişdir. Pərakəndə əmtəə dövriyyəsinin ümumi həcmi 188750 min manat olmuş bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 3.8 faiz və ya 6915 min manat çox olmuşdur. Pərakəndə əmtəə dövriyyəsinin ümumi həcmində iaşə dövriyyəsinin xüsusi çəkisi isə 7.4 faiz və ya 14054 min manat təşkil etmişdir. İctimai iaşə də daxil olmaqla pərakəndə əmtəə dövriyyəsinin və əhalliyə göstərilən pullu xidmətlərin ümumi həcmi aşağıdakı göstəricilərlə xarakterizə olunur
m i n m a n a t l a
Istehlak bazarı üzrə əsas göstəriciləri |
2018-ci il ərzində |
2017-cı il ərzində |
Fərq +.- |
Pərakəndə əmtəə dövriyyəsinin (iaşənin dövriyyəsini daxil edilmədən) həcmimin manat |
188750 |
181835 |
+6915 |
Pərakəndə əmtəə dövrüyyəsi üzrə ilin müvafiq dövrünə nisbətən fiziki həcm indeksləri faizlə |
101.6 |
101.4 |
+0.2 |
Pərakəndə əmtəə dövrüyyəsinin adam başına düşən həcmi manatla |
1769 |
1723 |
+46 |
Pərakəndə əmtəə dövrüyyəsinin Ümumi həcmindən iaşənin dövrüyyəsi min manatla |
14054 |
10179 |
+3875 |
İaşə dövrüyyəsinin əvvəlki ilin müvafiq dövrünə nisbətən fiziki həcmin indeksi |
134.8 |
106.4 |
+28.4 |
Əhaliyə göstərilən pullu xidmətlərin həcmi min manat |
50121 |
34490 |
+15631 |
Pullu xidmətin adambaşına düşən həcmi manat |
470 |
327 |
+143 |
Əmək haqqı, məşğulluq və işsizlik
2018-cı il ərzində rayon iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq əmək haqqı 355 manat təşkil etmiş və 2017-ci ilin həmin dövrünə nisbətən 22,0 faiz artmışdır. Yüksək orta aylıq əmək haqqı rayon iqtisadiyyatının elektrik enerjisi və qaz istismarında, rabitə, maliyyə vasitəçiliyində, dövlət idarəetməsi və müdafiə, məcburi sosial təminatda, təhsil sahəsində çalışan işçilərə məxsus olmuşdur. İqtisadiyyatın bazar münasibətlərinə doğru inamla addımladığı bir vaxda, əhalinin sosial müdafiəsini həll etmək, işçiləri qanuni müdafiə etmək, işçizlik hüququ olmayan uşaqlı analara, qarabağ əlilərinə digər az təminatlı tədbirlərin imtiyazlarını ödəmək, işsiz əhalinin bir hissəsinin iş yerinə və ictimai işlərə cəlb olunması, onların sosial müdafiəsinin gücləndirilməsi və digər vacib məsələlərin həlli məşğulu haqqında qanunların təmin etmək Qəbələ Məşğulluq mərkəzinin əsas iş pirinsipi olmuşdur. Qəbələ rayon Məşğulluq mərkəzinə 01 yanvar 2019-ci il tarixə 1530 nəfər işsiz vətandaş qeydiyyata alınmışdır. Qeydiyyata alınanlardan 239 nəfəri qadınlardır. Mərkəz tərəfindən işsiz kimi müraciət edən vətəndaşların öz arzusuna əsasən 541 nəfəri müxtəlif peşələr üzrə işə düzəldilmişdir. Onlardan 128 nəfəri qadındır. 2018-ci il vəziyyətinə Qəbələ rayonunda məşğul əhalinin sayı 50913 nəfər təşkil etmişdir. Məşğul əhalinin 12431 nəfəri muzdla işləyənlərdir. Muzdla işləyənlərin 7007 nəfəri yaxud 56.3 faizi dövlət mülkiyyətində 5424 nəfəri və ya 43.7 faizi isə qeyri dövlət mülkiyyətində fəaliyyət göstərir. Məşğul əhalinin 75.5 faizi və ya 38482 nəfəri muzdsuz işləyənlərdir. Muzdsuz işləyənlərin 28053 nəfəri və yaxud 72.9 faizi kəndli təsərrüfatlarda, 22.8 faizi yaxud 8774 nəfəri fiziki şəxslər, yerdə qalan 1655 nəfəri və ya 4.3 faizi isə digər sahələrdə çalışanlardır.
Yeni açılmış iş yerlərinin sayı
2003-cü ilin oktyabr ayının 1-dən 2019-ci il yanvar ayının 1-nə dək rayonda 18642 yeni iş yeri açılmışdır ki, onun da 16843 daimi iş yerləridir.
Aşağıdakı cədvəldə yeni iş yerlərinin açılması barədə illər üzrə məlumat verilmişdir.
|
2011 |
2012 |
2013 |
2014 |
2015 |
2016 |
2017 |
2018
|
Açılmış iş yerlərinin sayı cəmi |
1013 |
901 |
860 |
893 |
976 |
1393 |
1641 |
1936 |
Ondan daimi iş yerləri |
753 |
901 |
860 |
893 |
976 |
1393 |
1641 |
1936 |
Yeni yaradılmış müəssisə və təşkilatlarda |
28 |
71 |
231 |
62 |
21 |
52 |
71 |
84 |
Mövcud müəssisə və təşkilatlarda |
0 |
0 |
0 |
0 |
0 |
5 |
122 |
1012 |
Fəaliyyəti bərpa olunmuş müəssisə və təşkilatlarda |
0 |
0 |
0 |
0 |
0 |
0 |
0 |
0 |
Fiziki şəxslər |
725 |
830 |
629 |
831 |
955 |
1336 |
1448 |
840 |
Digər tədbirlər, mövsümü, müvəqqəti abadlıq və s. |
260 |
0 |
0 |
0 |
0 |
0 |
0 |
0 |
Əhalinin sosial müdafiəsi
2018- ci il ərzində üzrə 11226 pensiyaçıya işi üzrə 11289 nəfər əmək pensiyaçısı qeydiyyatda olmuşdur ki, onlardan 7476 nəfəri yaşa görə, 2951 nəfəri əlliliyə görə 799 ailə üzrə 862 nəfər isə ailə başçısını itirməsinə görə pensiyaçı olmuşdur. Pensiyaçılara təyin olunmuş aylıq ümumi pensiya məbləği 2093.7 min manat, 1 pensiya işi üzrə orta aylıq pensiya məbləği 186.51 manat təşkil etmişdir. 5491 ailə üzvünə aylıq 385.2 min manat sosial müavinət, 89 ailəyə ünvanlı sosial yardım ödənilmişdir.
Qeyd: Bölmədə olan məlumatlar rüblük olaraq yenilənir.