Yeni Azərbaycan Partiyası Qəbələ Rayon Təşkilatını yaratmaq üçün ilk təşəbbüs qrupları 1992-ci ilin dekabrından fəaliyyətə başlamışdır.
1993-cü ilin yanvar ayından artıq bu qruplarda 150 nəfərdən çox təəssübkeş var idi. 15 sentaybr 1993-cü ildə partiyanın birinci təsis konfransı keçirildi. Bu zaman partiyanın təəssübkeşlərinin sayı 350 nəfərə qədər idi.
I konfransda 150 nəfər nümayəndə iştirak edirdi. I konfrans YAP Qəbələ Rayon Təşkilatının yaranması haqqında qərar qəbul etdi. 19 nəfərdən ibarət şura, 9 nəfərdən ibarət idarə heyəti seçildi.
I konfransda Əhmədiyyə Həşim oğlu Məmmədov YAP Qəbələ Rayon Təşkilatının sədri seçilmişdir. O, bu vəzifədə ömrünün sonunadək, noyabr 2007-ci ilədək çalışmışdır.
27 iyun 2008-ci ildə keçirilən VII konfransda Qüdrət Cəmaləddin oğlu Səmədov YAP Qəbələ Rayon Təşkilatının sədri seçilmişdir. Q.Səmədov bu vəzifədə 05 aprel 2012-ci il tarixədək çalışmışdır.
05 aprel 2012- ci ildə keçirilən VIII konfransında Abil Adil oğlu Ağasəfov YAP Qəbələ Rayon Təşkilatının sədri seçilmişdir.
YAP Qəbələ Rayon Təşkilatının sədr müavinləri
Tağıyev Elçin İsa oğlu
Soltanov Fəxri Elxan oğlu
İsayeva Xəyalə Rafiq qızı
YAP Qəbələ RT idarə heyyəti üzvləri
1. Abdullayev Səbuhi Məhəmməd oğlu
2. Ağasəfov Abil Adil oğlu
3. Tağıyev Elçin İsa oğlu
4. Rüstəmova Məhəbbət Nəbi qızı
5. Soltanov Fəxri Elxan oğlu
6. Bayramov Sabir Alyoşa oğlu
7. Ağayev Namiq Natiq oğlu
8. İsayeva Xəyalə Rafiq qızı
9. Qəribov Ramil Yaşar oğlu
10. Həmidov Qüdrət Fərəcullah oğlu
11. Qafarova Nargilə Məmmədyar qızı
12. Tağıyev Şahin Nadir oğlu
13. Məmmədov Oktay Əhmədiyyə oğlu
14. Dadaşova Məlahət Qara qızı
15. Şahverdiyeva Məlakə Daşdəmir qızı
01 yanvar 2015-ci il tarixə YAP Qəbələ Rayon Təşkilatının uçotunda 5894 nəfər üzv durur ki, onlar 76 ərazi ilk təşkilatında birləşmişlər.
Rayon Təşkilatında uçotda olan üzvlərin 2327 nəfəri ali təhsillidir. Partiya üzvlərinin 2388 nəfəri qadınlar, 2228 nəfəri isə gənclərdir.
Qəbələ şəhəri, Heydər Əliyev küç, 31
(024) 2051953
qebeleyap@box.az