Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

2017-cı ilin birinci rübü ərzində Qəbələ rayonunun sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş geniş müşavirə keçirilmişdir.

18 aprel 2017 | 16:00

Aprel ayının 18-də rayon icra hakimiyyətinin akt zalında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclası ilə əlaqədar həmin dövrdə Qəbələ rayonunda görülmüş işlər və qarşıda duran vəzifələrə dair geniş müşavirə keçirilmişdir.
Müşavirəyə rayon icra hakimiyyəti başçısı yanında şuranın üzvləri, şəhər, qəsəbə və kənd inzibati ərazi nümayəndələri, idarə, müəssisə və təşkilat rəhbərləri və bələdiyyə sədrləri dəvət olunmuşlar.
Müşavirəni rayon icra hakimiyyətinin başçısı cənab Səbuhi Abdullayev açaraq,  2017-ci ilin birinci rübü ərzində Qəbələ rayonunda görülmüş işlər və qarşıda duran vəzifələrə dair  geniş hesabat məruzəsi ilə çıxış etmişdir.
Hesabat məruzəsi ətrafında Qəbələ Suvarma Sistemləri İdarəsinin rəisi Qüdrət Həmidov, Qəbələ Rayon Kənd Təsərrüfatı İdarəsinin Heyvandarlıq sektorunun müdiri Şamil Osmanov, Qəbələ Rayon Gənclər və İdman İdarəsinin rəisi Fəxri Soltanov çıxış etmişlər. Müşavirənin sonunda  2017-ci ildə sosial-iqtisadi sahədə  qarşıda duran vəzifələrə dair müvafiq qərar qəbul edilmişdir.
Qəbələ Rayon İcra Hakimiyyətinin Başçısı cənab Səbuhi Abdullayev müşavırəni yekunlaşdırmışdır.

 

Hesabat məruzəsi

Keçidlər