Fəaliyyət
2023-cü il üzrə Fəaliyyət
2023-cü il ərzində fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar tərəfindən iqtisadiyyatın əsas sahələri (sənaye, kənd təsərrüfatı, tikinti, nəqliyyat və anbar təsərrüfatı, informasiya və rabitə, ticarət və nəqliyyat vasitələrinin təmiri) üzrə məhsul buraxılışı və xidmətlərin göstərilməsi əvvəlki ilin eyni dövrünə nisbətən 16,3 faiz artaraq 436.295,7 min manat olmuşdur. İstehsal edilmiş məhsulun rayon əhalisinin hər nəfərinə düşən həcmi 4.023,5 manat təşkil etmişdir.
Hesabat dövründə kənd təsərrüfatında 137,5 milyon manatlıq və ya ümumi məhsul buraxılışının (31,5 faiz), ticarət sahəsində 91,8 milyon manatlıq (21,0 faiz), tikintidə 66,6 milyon manatlıq (15,3 faiz), sənayedə 130,9 milyon manatlıq (30,0 faiz), nəqliyyat və anbar təsərrüfatında 7,4 milyon manatlıq (1,7 faiz), informasiya və rabitə xidmətlərində 2,0 milyon manatlıq (0,5 faiz) məhsul və xidmətlər istehsal edilmişdir.
Məhsul və xidmətlərin 76,8 faizi istehsal sahələrinin, 23,2 faizi isə xidmət sahələrinin payına düşmüşdür.
Əsas kapitala yönəlmiş investisiyanın həcmi 75896,2 min manat, tikinti quraşdırma şlərinin həcmi isə 66576,4 min manat təşkil etmişdir.
İl ərzində açılmış yeni iş yerlərinin sayı 658 olmuşdur ki, həmin iş yerlərinin hamısı daimi iş yeridir.
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Şəki-Zaqatala Regional Məşğulluq filialı Qəbələ rayonu üzrə öz fəaliyyətini “Məşğulluq Haqqında” Azərbaycan Respublikası qanunun tələbləri səviyyəsində qurmağa çalışmış, ümumilikdə rayon əhalisinin sosial müdafiəsi sahəsində müəyyən işlərin görülməsinə nail olmuşdur.
2023-cü ilin 9 ayı ərzində Qəbələ rayonu üzrə 1168 nəfər işə düzəldilmişdir ki, onlardan 354 nəfəri qadınlardır.
2023-cü ilin 9 ayı ərzində Qəbələ rayonu üzrə 20 nəfərə işsizlikdən sığorta ödənişi təyin edilmişdir, onların 6 nəfəri qadındır.
Əhalinin sosial müdafiəyə daha çox ehtiyacı olan təbəqəsinin sosial müdafiəsini təmin etmək məqsədilə 2023-cü ilin 9 ayı üçün rayonun təhsil, tikinti, mədəniyyət, sənaye və başqa sahələrində minimum iş yerlərinin yaradılması üçün Rayon İcra Hakimiyyəti Başçısının sərəncamına əsasən Qəbələ rayonu üzrə 63 kvota iş yeri müəyyən edilmişdir ki, həmin iş yerləri üzrə 36 nəfər işlə təmin edilmişdir ki, onlardan 21 nəfəri əlildir.
İşaxtaran və işsiz vətəndaşların ictimai işlərdə iştirak etmək istəyən hissəsininin artırılması əmək bazarında yaranmış gərginliyin xeyli azalmasına və işsiz əhalinin böyük hissəsinin sosial vəziyyətinin qismən də olsa yaxşılaşmasına səbəb olur.
Belə ki, 2023-cü ilin 9 ayı ərzində Nazirliyin “Əmək və Məşğulluq” altsistemində qeydiyyatda olan işaxtaran və işsiz vətəndaşlardan 49 nəfər “DOST İş Mərkəzi” MMC-də ictimai işlərə göndərilmişdir.
2023-cü ilin 9 ayı ərzində 161 nəfər istehsal-xidmət sahəsi üzrə özünüməşğulluq proqramına cəlb edilmiş, 118 nəfər işsiz vətəndaş peşə hazırlığı kurslarına cəlb olunmuşdur.
İşsiz və işaxtaran vətəndaşların əmək bazarına çıxışının dəstəklənməsi, habelə işəgötürənlərin qısa müddət ərzində zəruri peşəyə, ixtisasa və təcrübəyə malik olan kadrların seçiminə köməklik göstərilməsi məqsədi ilə 2023-cü ilin 9 ayı ərzində Qəbələ rayonunda 2 əmək yarmarkası təşkil olunmuşdur.Həmin yarmarkalardada 15 müəssisə tərəfindən 200 vakansiya təqdim olunmuşdur.
Fəaliyyətin mütəşəkkilliyini artırmaq məqsədi ilə reklam və informasiya işlərinin inkişaf etdirilməsinə də diqqət ayrılmışdır. Belə ki, Filialın yerləşdiyi binada reklam və informasiya guşəsi yaradılmış və burada idarə və müəssisələrdən olan boş iş yerləri, Filialın nəzdində yaradılması nəzərdə tutulan peşə kursları və digər məlumatlar əks etdirilmişdir.
Əhalinin məşğulluğunu təmin etmək sahəsindəki işlərin səmərəliyini artırmaq məqsədi ilə geniş tədbirlər planı tərtib edilmiş və burada aktual məsələlərin əhatə edilməsinə diqqət yetirilmişdir.
Rayonun yerli gəlirləri ilin yekunlarına görə 23.691,9 min manat proqnoza qarşı 31.184,9 min manat (131,6 %) və ya 7.493,0 min manat çox, o cümlədən: “Avtomobil yolları” Məqsədli Büdcə fonduna aid olan məbləği 22,0 min manat proqnoza qarşı 21,6 min manat (98,2 %) və ya 0,4 min manat az yerinə yetirilmişdir. Yerli gəlirlərə aid olan məbləğ 7.537,0 min manat proqnoza qarşı 9.922,4 min manat (131,6 %) və ya 2.385,4 min manat çox, gəlirlərin yerli xərclərdan artıq olan və mərkəzləşdirilmiş gəlirlərə aid edilən hissəsi 16.132,9 min manat proqnoza qarşı 21.240,9 min manat (131,7 % ) və ya 5.108,1 min manat çox, yerli xərcləri 7.324,8 min manat proqnoza qarşı 6.661,1 min manat (90,9%) və ya 633,7 min manat az icra olunmuşdur.
Yerli gəlirlər üzrə proqnozlaşdırılmış 10 növ gəlirdən 3 növ vergi üzrə proqnoz tapşırıq kəsrlə yerinə yetirilərək qeyd olunan gəlirlər üzrə büdcəyə 108,3 min manat az vəsait daxil olmuşdur. Digər 7 növ gəlirlər üzrə 2.493,7 min manat çox vəsait daxil olaraq rayonun gəlirləri ümumilikdə 2.385,4 min manat çox yerinə yetirilmişdir.
Yerli gəlirlər üzrə ümumilikdə daxil olmuş 31.184,9 min manat vəsitdən 9.922,4 min manatı rayonun yerli gəlirlərinə, 21,6 min manatı qanunamüvafiq qaydada “Avtomobil yolları” Məqsədli Büdcə Fonduna, 21.240,9 min manatı isə mərkəzləşdirilmiş gəlirlərə aid edilmişdir.
Yerli büdcənin hesabında və təşkilatların ayrı-ayrı xərc maddələri üzrə limit qalığında 01 yanvar 2024-cü il tarixə 3.261,3 min manat vəsait qalığı yaranmışdır.
Əsas bolmələrə aid edilməyən xidmətlər bölməsi üzrə 2023-cü il üçün büdcədənkənar vəsaitlər üzrə icmal xərclər smetası 1.413,7 min manat proqnoza qarşı 1.406,4 min manat (99,5 %) və ya 7,3 min manat az icra olunmuşdur.
Ötən müddət ərzində xidmət təşkilatları da qarşıya qoyulmuş vəzifələrin öhdəsindən əsasən gəlmişlər. Əhalinin elektrik enerjisi, təbii qaz, poçt, rabitə və digər kommunal xidmətləri ilə təminatının daha da yaxşılaşdırılması məqsədi ilə bu sahələr daim diqqət mərkəzində saxlanılmışdır.
İl ərzində 10 kV-luq hava xəttin in 16,2 km məsafəsində əsaslı və cari təmir işləri aparılmışdır. 10 kV-luq hava xəttinin Nic, Bum, Vəndam qəsəbə, Abrıx, Dızaxlı, Laza, Zalam, Qaradeyin, Kürd, Mirzəbəyli,Bayramkoxalı kəndləri ərazisində elektrik verilişi hava xətlərində 276 ədəd fiziki köhnəlmiş ağac dayaq dəmir beton və metal dayaqlarla əvəz edilmiş, 10.800 metr məsafədə istismara yararsız, fiziki köhnəlmiş naqillər AS-70, AS-50 və AS-35 markalı naqillərlə əvəz edilmişdir. 10/0,4 kV-luq transformator yarımstansiyalarında TTQ və EQQQ qaydalarına əsasən 12 ədəd 250 A-lik, 10 ədəd 400 A-lik ayrıcı quraşdırılmışdır. Qəbələ Paylayıcı Şəbəkə Sahəsinin xidməti ərazisində 30,4 km məsafədə 0,4 kV-luq fiziki köhnəlmiş açıq naqillər 0,4 kV-luq ÖDİN (özünü daşıyan izolyasiyalı) naqillərlə əvəz edilmiş, 522 ədəd ağac dayaq dəmir beton və metal dayaqlarla əvəz edilmiş, 108 ədəd transformator yarımstansiyasının qoruq zonası alaq və yabanı otlardan təmizlənmiş, 42,4 km məsafədə 0,4 kV-luq hava xəttinin trassasında ağac kütlələrdən təmizlmə işləri aparılmışdır. 27 ədəd transformator yarımstansiyasının 0,4 kV-luq çıxışında zədəli kabellər yenisi ilə əvəz edilmişdir. Əhali və qeyri əhali sektorunda 621 ədəd yeni, 114 ədəd 3 fazlı sayğac quraşdırılmışdır. 3542 ədəd qüsurlu sayğac yenisi ilə əvəzlənmişdir.
Zaqatala Reğional Qaz İstismarı İdarəsinin Qəbələ Xidmət Sahəsi il ərzində 22.333 əhali, 340 qeyri-əhali istehlakçılarına xidmət göstərmişdir. İl ərzində istismar müddəti bitmiş 1.484 ədəd qaz qaz sayğacı yenisi ilə əvəzlənmiş, sayğaclarda və qaz xətlərində 2.819 ədəd sızma aşkar edilmiş və ləğv edilmişdir. Rayon ərazisində abonentlərin qaz təchizatını yaxşılaşdırmaq məqsədilə 934 metr yeni qaz xətti çəkilmiş, 3000 metr qaz xətti rənglənmişdir. Payız- qış mövsümünə hazırlıqla əlaqədar mövcud qaz xəttinin 200 metr hissəsi dayaqlar üzərinə qaldırılmış, yol kənarı qaz xətlərinin 8680 metr hissəsinin üzəri kol-kosdan təmizlənib, həyətlərdə yerləşən 100 ədəd qaz sayğacı həyətdən küçəyə çıxarılmışdır. Bir şəhid ailəsinə, dörd müharibə iştirakçısına, bir qaziyə məxsus fərdi evlər qazlaşmış, altı vətəndaşa məxsus torpaq sahəsinin qarşısından keçən qaz xəttinin üzərində qapı keçidi qurqşdırılmış və qaz xəttinin yeri dəyişdirilmişdir.
İl ərzində 6 №-li Regional Sukanal idarəsinin Qəbələ Sukanal sahəsi 8.511 əhali, 257 qeyri-əhali abonenti olmaqla cəmi 8.768 abonentə xidmət göstərmişdir. Xidmət göstərilən əhali abonentlərin 8.437-i, qeyri-əhali abonentlərin 235-i sayğaclaşmışdır. 268 abonentə su xətti çəkilmiş və abonent bazasıda kod verilmişdir. Qəbələ şəhərinin içməli su təchizatının yaxşılaşdırılması sahəsində bir sıra işlər görülmüşdür. Hərbi şəhərcikdə 2 ədəd d=100 mm olan siyirtmə, nasosxanada 2 ədəd 7,5 kv-luq nasos dəyişdirilərək, yenisi ilə əvəz olunmuşdur. Su şəbəkəsində 140, kanalizasiya şəbəkəsində 67 qəza baş vermiş, baş vermiş qəzalar aradan qaldırılmışdır.
Qəbələ Rayon Mənzil İstismar və Kommunal Müəssisələr Kombinatı il ərzində şəhər təsərrüfatına 415,4 min manat, ictimai yaşayış binalarına 99,2 min manat, idarə və müəssisələrə 100,1 min manat, kommersiya obyektlərinə 6,9 min manat və fərdi təsərrüfatlara 3,0 min manat cəmi 624,6 min manat dəyəridə təmizlik və digər kommunal xidmətləri göstərmişdir.
Qəbələ Rayon “10 №-li Yol İstismarı” MMC tərəfindən rayon ərazisində il ərzində 3205,9 min manatlıq cari təmir və yolların saxlanması işləri görülmüşdür. Respublika və yerli əhəmiyyətli avtomobil yollarında körpü məhəccərlərinin, bardur daşlarının və təkər dəfedicilərinin rənglənməsi işləri, sel suları nəticəsində dağılmış çınqıl örtüklü yolların və su ötrücü boruların təmiri, respublika əhəmiyyətli yollarda çökmüş çiyinlərin təmiri və s. işlər yerinə yetirilmişdir.
Rabitə müəssisələri tərəfindən 2023-cü ildə əhaliyə, müəssisə və təşkilatlara faktiki qiymətlərlə 2.052,0 min manatlıq və ya əvvəlki il ilə müqayisədə 31,0 faiz və ya 485,4 min manat çox rabitə xidməti göstərilmişdir.
Hesabat dövründə rayon əhalisinə göstərilmiş poçt xidmətlərinin həcmi isə əvvəlki il ilə müqayisədə 30,3 faiz və ya 131,9 min manat azalaraq 304,3 min manat olmuşdur.
Dövlər Sosial Müdafiə Fondunun 1 saylı Şəki-Zaqatala regional filialında Qəbələ rayonu üzrə 01 yanvarr 2024-cü il vəziyyətinə 10.057 pensiya işi üzrə 10.105 nəfər əmək pensiyaçısı qeydiyyatda olmuşdur. Hesabat dövründə orta aylıq pensiya məbləği 3.483,33 min manat, bir pensiya işi üzrə isə orta aylıq pensiya məbləği 346,06 manat təşkil etmişdir. Hal-hazırda şöbədə əmək pensiyalarından əlavə 9.806 ədəd hərəkətdə olan sosial ödəniş işləri, o cümlədən 5.721 ədəd sosial müavinət 4.085 ədəd təqaüd işi vardır. 01.01.2024-cü il tarixə rayon üzrə 169 nəfər şəhid ailəsinin üzvünə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin olunaraq ödənilməkdədir. Rayon üzrə elektron qaydada təyin olunmuş 170 ədəd hərəkətdə olan ünvanlı sosial yardım işi mövgüddur. 01.10.2020-ci il tarixdən başlayaraq pensiya, müavinət və təqaüdlərin, həmçinin aparatın saxlanılması xərclərinin maliyyələşdirilməsi mərkəzləşdirilmiş qaydada həyata keçirildiyindən, filial tərəfindən maliyyələşmə aparılmamışdır.
Rayonun yaşayış məntəqələrinin kənd təsərrüfatının suvarma suyu ilə təminatı üçün suvarma kanalları 599 min kub/metr lildən, daşqın və selə qarşı mübarizə məqsədilə 574 min kub/metr çay məcrası daş və qumdan təmizlənmişdir. 2725 kub/metr daş-beton, 48 kub/metr şax-daş, 150 kub/metr qabion bənd, 30 ədəd hidrotexniki quğu təmir edilmiş, tənzimləmə və sahilbəkitmə işləri görülmüşdür.
Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması və əhalinin içməli su tələbatının ödənilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin 06.09.2021-ci il tarixli, 2.885 nömrəli sərəncamına əsasən investisiya xərclərindən rayonda 4 ədəd (Böyük Əmili, Həzrə, İmamlı və Nohurqışlaq kəndlərində) subartezian quyusunun qazılmasına Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nə ümumilikdə 280 min manat ayrılmışdır.Hazırda həmin quyularda qazma işləri başa çatmış, quyular istifadəyə verilmişdir.
Son illərdə ölkədə su ehtiyatlarından səmərəli istifadənin və su təsərrüfatı obyektlərinin idarə olunmasının təkmilləşdirilməsi, müasir tələblərə cavab verən meliorasiya və su təsərrüfatı obyektlərinin qurulması, eləcə də bu sahədə uçot və nəzarətin təkmilləşdirilməsi istiqamətində ardıcıl tədbirlər görülmüşdür. Bununla yanaşı, son dövrlərdə müşahidə edilən qlobal iqlim dəyişmələri, dünyada orta temperaturun yüksəlməsi, əsasən qonşu ölkələrdən daxil olan yerüstü su ehtiyatının azalması, digər tərəfdən, suya tələbatın artması məhdud su ehtiyatlarına malik olan ölkəmizdə su ehtiyatlarının artırılması və sudan səmərəli istifadə üçün təxirəsalınmaz tədbirlər görülməsini zəruri etmişdir. Bu istiqamətdə fəaliyyətin davamı olaraq, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 iyul tarixli 2178 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020–2022-ci illər üçün Tədbirlər Planı”nda nəzərdə tutulduğu kimi, Qəbələ rayonunun ərazisində Yengicə su anbarının tikintisi üzrə zəruri texniki-iqtisadi əsaslandırma və layihələndirmə işləri başa çatdırılmışdır. Azərbaycan Respublikası Prezidentinin 12.04.2023-cü il sərəcamına əsasən Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə Yengicə su anbarının tikintisi ilə bağlı müvafiq tədbirlər görülməsinin təmin edilməsi tapşırılmışdır.Hazırda anbarda tikinti işləri davam edir.
Azərbaycan Respublikası Prezidentinin 28.10.2019-cu il tarixli Sərəncamına əsasən Qəbələ şəhərində istismar müddəti başa çatmış çoxmənzilli binaların sakinlərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə 48 mənzilli yeni yaşayış binasının tikintisi üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Qəbələ Rayon İcra Hakimiyyətinə 3,0 (üç) milyon manat ayrılmışdır. Obyektin layihə-smeta sənədləri hazırlanmış, torpaq sahəsi ayrılmış, layihə-smeta sənədləri dövlər ekspertizasından keçirilmiş, satınalmalar üzrə tender keçirilmişdir. Maliyə vəsaiti ayrılan kimi tikinti işlərinə başlanacaqdır.
İl ərzində Nic qəsəbəsində Heydər Əliyev fondunun sifarişi ilə 225 şagird yerlik 1 saylı, Təhsil Nazirliyinin sifarişi ilə 360 şagird yerlik 4 saylı tam orta məktəblərində, Azərbaycan Respublikasının Baş prokurorluğunun sifarişi ilə Qəbələ Rayon Prokurorluğunun inzibati binasında tikinti işləri başa çatmış həmin obyektlər istifadəyə verilmişdir. Bum qəsəbəsində 624 şagird yerlik 1 saylı tam orta məktəbində, Qəbələ şəhərində Səhiyyə Nazirliyinin sifarişi ilə 160 çarpayılıq xəstəxana kompleksində tikinti-quraşdırma işləri başa çatdırılmış açılışa hazırdır.
Bununla yanaşı özəl sektora aid tikinti obyektlərində Qəbələ şəhərində Babayev Cəsarət Fizuli oğlunun sifarişi ilə tikinti sahəsi 2095,8 kvm. olan ticarət mərkəzi tikilib istifadəyə verilmiş, Vəndam qəsəbəsində “Vəndam-Azərbaycan Limited” MMC-nin sifarişi ilə turizm və istirahət obyektində, Zarağan kəndində Ağammədov Qəhrəman Sabir oğlunun sifarişi ilə tikinti sahəsi 565 kvm olan ticarət mərkəzində, Böyük Pirəli kəndində İsgəndərov Arif Yavər oğlunun sifarişi ilə tikinti sahəsi 1581 kvm olan tibb obyektində, Qəbələ şəhərində Tahirov Altay Nazim oğlunun sifarişi ilə tikinti sahəsi 549 kvm olan ofis binasında, Musayev Ramin Nurəli oğlunun sifarişi ilə tikinti sahəsi 364,7 kvm olan ticarət obyektində və Mərdanov Tural Babək oğlunun sifarişi ilə tikinti sahəsi 222,5 kvm olan ticarət obyektində tikinti quraşdırma işləri davam etdirilmişdir.
RİH-nin sifarişi ilə Qəbələ şəhərinin Mikayıl Abdullayev küçəsi və dalanlarında 6888 m2, Tofiq İsmayılov küçəsində 5129 m2 , Qalib Həmidov küçəsi və dalanlarında 3129 m2 , Heydər Əliyev Prospektinin 1,2,3,4,5,6 nömrəli dalanlarında 3152 m2 , S.Ə.Şirvani küçəsi və1,2,3,4,5,6,7 nömrəli dalanlarında 3810 m2 , Əhmədağa Bağırov küçəsi və dalanlarında 7159 m2 , Axundov küçəsi və 1, 2 nömrəli dalanlarında 466 m2 , M.P.Vaqif küçəsi və dalanlarında 6218 m2, Nizami küçəsi və 1, 2,3 nömrəli dalanlarda 758 m2, Elçin Kərimov küçəsi 1 nömrəli dalanda 222 m2, Hacıbaba Hüseyinov küçəsi və dalanlarda 2055 m2, Maqsud İbrahimbəyov küçəsi və dalanlarda 5208 m2 , Şaiq Qəribov küçəsində 7300 m2, Surə Kərimova küçəsi və dalanlarda 3370 m2 asfalt örtük vürülmuşdur.
Qəbələ rayon ümumtəhsil məktəblərində 2022-2023-ci tədris ilinin birinci yarımilində (2023-cü il) şagirdlərin sayı - 18141 nəfər olmuşdur. Müvəfəqiyyət göstəricisi - 98% Keyfiyyət göstəricisi- 64 %.Qəbələ Rayon Təhsil Sektoru rayon ərazisində təhsilin fasiləsizliyini təmin edərək, böyük uğurlara imza atmışdır.
Ümumi (9 illik) orta təhsil bazasında ümumtəhsil müəssisələrində təhsilalanların 6 imtahan mərkəzində təşkil olunan buraxılış imtahanında 1574 şagird iştirak etmiş, onlardan 5 nəfər 270-dən yuxarı bal toplamışdır. Tam (11 illik) orta təhsil səviyyəsi üzrə yekun qiymətləndirilmə (buraxılış) imtahanlarında isə 1100 nəfər imtahan vermişdir ki, onlardan da 5 şagird 270-dən yuxarı bal toplayaraq yüksək nəticə göstərmişdir.
2023-cü ildə keçirilən respublika fənn olimpiadasının final mərhələsinin nəticələrinə əsasən Qəbələ rayon ümumtəhsil məktəblərindən 4 nəfər şagird uğur qazanıb.
Rayonun bütün təhsil müəssisələrində 8 Noyabr Şuşa şəhərinin işğaldan azad olunmasına həsr olunmuş silsilə tədbirlər keçirilmişdir.
Ulu Öndər H.Əliyevin 100 illiyi münasibəti ilə Heydər Əliyev ili çərçivəsində bütün ümumitəhsil məktəblərində “Ulu Öndər – sənin adınla”,”Sən elə bir zirvəsən””Mən fəxr edirəm ki, azərbaycanlıyam” mövzularında silsilə tədbirlər; ədəbi-bədii kompozisiyalar, seminarlar, konfranslar, idman yarışları, ekskursiyalar ,gəzintilər təşkil edilmişdır.
Ümumtəhsil müəssisələrində 20 yanvar faciəsi, Xocalı soyqırımı, 2 Fevral - Azərbaycan Gəncləri Günü, “Qarabağ Azərbaycandır”, “Biz sənə qayıtdıq Şuşa”, “Gəncliyimizlə qürur duyuruq!” “Sən elə bir zirvəsən” “ İlham Əliyev –Müzəffər Ali Baş komandan” “Müstəqilliyimiz daimidir” “Şəhidlər ölməz, vətən bölünməz” “Tək millət iki dövlət” “Zərifə Əliyeva- unudulmayan insan” “Biz birlikdə güclüyük” və s mövzularında dəyirmi masalar, konfranslar, ədəbi –bədii kompozisiyalar təşkil edilmişdir. Tədbirlərdə fərqlənən məktəblilər və müəllimlər təhsil sektorunun fəxri fərmanı və qiymətli hədiyyələri ilə mükafatlandırılmışlar.
Qəbələ rayon mədəniyyət müəssisələrində 2023-cü il ərzində bayram, tarixi və anım günləri, maarifləndirici tədbirlər, təqdimat mərasimləri keçirilmişdir.
Qəbələ RMX PHŞ-da 2023-cü il ərzində xəstələrin sayı 3367 nəfər, cərrahi əməliyyatların sayı 1182, onlardan təcili 233, planlı 949, keysəriyyə əməliyyatı 137 olmuşdur. Bu müddət ərzində 855 doğuş baş vermiş, 3 nəfər ev doğuşu olmuşdır. Körpə ölümünün sayı (0-1 yaş) 3, 1-5 yaş uşaq ölümü 4, ölü doğulan 10, erkən neonatal ölüm 1 nəfər olmuşdur.
2019-cu ilin dekabr ayından bütün dünyanı cənginə alan, 2020-ci ilin fevral ayından isə ölkəmizdə yayılmağa başlayan yeni növ Koronovirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə 18 yanvar 2021-ci il tarixdən ölkəmizdə, 19 yanvar 2021-ci il tarixdən isə Qəbələ rayonunda başlanmış vaksinasiya prosesi bu gün də davam etdirilir. 19 yanvar 2021-ci il tarixdən 2023-cü ilin sonunadək Qəbələ rayonu üzrə əhalinin 58264 nəfəri vaksinasiya edilib ki, onlardan 54175 nəfərinə hər iki doza, 50013 nəfərə isə vaksinasiyanın gücləndirici dozası olan “ Booster” dozası tətbiq edilmişdir.
Qəbələ RMX PHŞ-ə xəstə gəlişlərinin sayı 623209 nəfər, EKQ müayinələrinin sayı 14098, stasionar şöbəyə daxil olan xəstələrin sayı 3367 nəfər, aparılmış cərrahiyyə əməliyyatlarının sayı 1182, şüa diaqnostika şöbəsində USM müayinələrinin sayı 5614, kompüter tomoqrafik müayinələrin sayı 2529, rentgen müayinələrin sayı 32550, fizioterapiya və tibbi bərpa şöbəsində prosedurların sayı 18530 olmuşdur. Kliniki laboratoriyada 1497232 növ müayinə aparılmışdır.
Qəbələ Rayon Gigiyena və Epidemiologiya Mərkəzi ilin əvvəlindən yoluxucu xəstəliklərin qarşısının alınması, sanitar profilaktiki tədbirlərin həyata keçirilməsi məqsədi ilə ayrı-ayrı sahələr üzrə kompleks tədbirlər həyata keçirmişdir. 2023-cü il ərzində profilaktik peyvəndlərdən hepatit “B”-ə qarşı 850 peyvənd, Göyöskürək, Difteriya və Tetanusa qarşı 852 peyvənd, Qızılça, Parotit, Məxmərəyə qarşı 2215 peyvənd, Polimelitə qarşı 3732 peyvənd, 6 yaşlı uşaqlar arasında Difteriya və Tetanusa əleyhinə 1288 peyvənd, Pk 2279, İPV 857, HİB 2570, doğumun 4-7 günlərində 912 uşağa BSJ peyvəndi edilmişdir. Aparılmış profilaktik tədbirlərin nəticəsidir ki, son 10 il ərzində rayonda uşaqlar arasında difteriya, göy öskürək, tetanus, parotit, məxmərək kimi idarə oluna bilən yoluxucu xəstəliklər qeydə alınmamışdır. Bu ilin aprel ayından başalayaraq respublikanın bir sıra ərazilərində olduğu kimi Qəbələ rayonunda da 63 qızılça xəstəliyi qeydə alınmışdır.
Qəbələ rayon Gənclər və İdman İdarəsi tərəfindən cari il ərzində 28 tədbir keçirilmişdir. Bunlardan 10 tədbir gənclərlə iş sahəsini, 18 tədbir isə kütləvi bədən tərbiyəsi və idman sahəsini əhatə edir.
“Qəbələ Olimpiya İdman Kompleksi” MMC öz işini 2023-cü il ərzində idmanın inkişaf etdirilməsi, olimpiya hərəkatının genişləndirilməsi, gənclərin müntəzəm şəkildə idmana cəlb olunması, əhalinin bütün təbəqələri arasında sağlam həyat tərzinin formalaşdırılması və s. ilə bağlı fəaliyyət istiqamətləri üzrə təşkil etmişdir. Hesabat dövrü ərzində kompleksin xidmətlərindən 1915 nəfər istifadə edmişdir.
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində 2023-cü ildə (2022-2023-cü il tədris ilində) 917 nəfər tələbə təhsil almışdır. Tədris ilini bitirən məzunların sayı 403 nəfər, keçid qruplarında tələbələrin sayı 315 nəfər olmuş, Mərkəzi tam orta təhsil almaqla 250 tələbə bitirmişdir.
Regional QHT-lərin Resurs və Təlim Mərkəzinin regiondakı fəaliyyət imkanlarından Milli QHT-lər faydalanmışlar. Mərkəzlə 2023-cü il ərzində 22 milli QHT əməkdaşlıq edərək vətəndaş cəmiyyətinin inkişafına xidmət edən layihələr həyata keçirmişlər.
Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzində ehtiyacı olan şəxslərlə aktiv terapiya məşğələsi, psixoloji konsultasiya, inkişafetdirici məşğələ, loqopedik məşğələ, dil məşğələsi, rəqs məşğələsi və s. xidmətlər göstərilmişdir.
2023-cü il ərzində Qəbələ Rayon İcra Hakimiyyəti başçısı aparatına daxil olan bütün müraciətlərə mövcud qanunvericiliyin tələblərinə uyğun baxılaraq icrası təmin edilmişdir.
Bu müddət ərzində rayon icra hakimiyyətinə ümumilikdə 2397 müraciət daxil olmuşdur. Onlardan 258-i Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına, 6-ı Azərbaycan Respublikasının Milli Məclisinə, 16-sı Nazirlər Kabinetinə, 38-i digər təşkilatlara, 2079-u isə birbaşa vətəndaşlar tərəfindən rayon icra hakimiyyətinə ünvanlanmışdır.
Müraciətlərin 1820-i həll edilmiş, 52-i qismən təmin edilmiş, 525-nə müvafiq izahat verilmişdir. O cümlədən 19 müraciət təkrar, 53-ü isə kollektiv müraciət olmuşdur.
Daxil olan müraciətlər əsasən fərdi yaşayış evlərinin tikintisinə razılığın verilməsi, ictimai işlə təmin olunma, ünvanlı dövlət sosial yardımın təyin olunması, mənzillə təmin olunma, birdəfəlik maddi yardımın göstərilməsi, kənd təsərrüfatı üçün torpaq sahəsinin ayrılması, fərdi yaşayış evlərinin təmirinə və tikintisinə köməklik göstərilməsi, içməli və suvarma suyunun verilməsi, həyətyanı torpaq sahələrinin ayrılması, kənd və kəndarası yolların təmiri, odun yanacağının verilməsi, fərdi yaşayış evlərinin qazlaşdırlıması, elektrik xətlərinin yenilənməsi və digər məsələlərlə bağlı olmuşdur.
Qəbələ RİH başçısı aparatında bundan sonra da daxil olan bütün müraciətlərə həssaslıqla yanaşılaraq normativ-hüquqi aktların tələblərinə uyğun olaraq baxılması və cavablandırılması təmin ediləcəkdir.
Qeyd: Bölmədə olan məlumatlar yenilənir.