Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələ Rayon İcra Hakimiyyətində 9 ayın yekunları müzakirə olunmuşdur.

17 oktyabr 2017 | 16:00

Oktyabrın 17-də Qəbələ Rayon İcra Hakimiyyətində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclası ilə əlaqədar həmin dövürdə Qəbələ rayonunda görülmüş işlər və qarşıda duran vəzifələr dair geniş müşavirə keçirilmişdir. Müşavirəyə rayon icra hakimiyyəti başçısı yanında şuranın üzvləri, şəhər, qəsəbə və kənd inzibati ərazi nümayəndələri, idarə, müəssisə və təşkilat rəhbərləri, bələdiyyə sədrləri və sahibkarlar dəvət olunmuşlar. Müşavirəni rayon icra hakimiyyətinin başçısı cənab Səbuhi Abdullayev açaraq, 2017-ci ilin 9 ayı ərzində Qəbələ rayonunda görülmüş işlər və qarşıda duran vəzifələrə dair geniş hesabat məruzəsi ilə çıxış etmişdir.  Daha sonra hesabat məruzəsi ətrafında Qəbələ Rayon Təhsil şöbəsinin müdiri əvəzi Yaşar Nəzirov, 10 saylı Yol İstismarı MMC-nin  rəisi Naməddin Qədirov və Qəbələ Paylayıcı Şəbəkə Sahəsinin baş mühəndisi Nurməmməd Naibov çıxış etmişlər. Müşavirədə rayonda sosial-iqtisadi sahədə qarşıda duran vəzifələrə dair müvafiq qərar qəbul edilmişdir. İclasın yekununda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 21 iyun 2016-ci il tarixdə imzalanmış 3015 nömrəli Sərəncama əsasən rayon icra hakimiyyəti başçısının Kürd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Alıyev Eyyub Hüseyn oğluna verilmiş “Tərəqqi” medalının təqdimatı olmuşdur. Müşavirəni Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı cənab Səbuhi Abdullayev yekunlaşdırmışdır.

Hesabat məruzəsi

Keçidlər