2018-cı ilin birinci rübü ərzində Qəbələ rayonunun sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş geniş müşavirə keçirilmişdir.
Aprel ayının 18-də rayon icra hakimiyyətində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclası ilə əlaqədar həmin dövrdə Qəbələ rayonunda görülmüş işlər və qarşıda duran vəzifələrə dair geniş müşavirə keçirilmişdir. Müşavirəyə rayon icra hakimiyyəti başçısı yanında şuranın üzvləri, şəhər, qəsəbə və kənd inzibati ərazi nümayəndələri, idarə, müəssisə və təşkilat rəhbərləri və bələdiyyə sədrləri dəvət olunmuşlar. Müşavirəni rayon icra hakimiyyətinin başçısı cənab Səbuhi Abdullayev açaraq, 2018-ci ilin birinci rübündə Qəbələ rayonunda görülmüş işlər və qarşıda duran vəzifələrə dair geniş hesabat məruzəsi ilə çıxış etmişdir. Hesabat məruzəsi ətrafında Qəbələ Paylayıcı Şəbəkə Sahəsinin baş mühəndisi Nurməmməd Naibov və Qəbələ Sukanal İdarəsinin rəisi Tamerlan Həsənov çıxış etmişlər. Müşavirənin sonunda 2018-ci ildə sosial-iqtisadi sahədə qarşıda duran vəzifələrə dair müvafiq qərar qəbul edilmişdir. Müşavırəni Qəbələ Rayon İcra Hakimiyyətinin Başçısı cənab Səbuhi Abdullayev yekunlaşdırmışdır.