Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələ Rayon İcra Hakimiyyətində 9 ayın yekunları müzakirə olunmuşdur.

17 oktyabr 2018 | 16:00

Oktyabrın 17-də Qəbalə Rayon İcra Hakimiyyətində 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş şura iclası keçirilib.  Toplantıda RİH başçısı yanında şuranın üzvləri, idarə, müəssisə təşkilat rəhbərləri, inzibati ərazi nümayəndələri, bələdiyyə sədrləri və rayon iş adamları iştirak ediblər. Yığıncaqda oktyabrın 9-da Prezident cənab İlham Əliyevin Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr edilmiş iclasındakı nitqindən irəli gələn vəzifələr və bu ilin doqquz ayında Qəbələ rayonunda sosial-iqtisadi sahədə görülən işlər və qarşıda duran vəzifələr müzakirə olunub. İclasda Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev geniş hesabat məruzəsi edib. Müzakirələr zamanı 10 saylı Ərazi Vergilər İdarəsinin rəisi Cavid Kəngərli və Qəbələ Telekommunikasiya Qovşağının rəisi əvəzi Ehtibar İsayev məruzə ətrafında çıxış etmişlər. İclasda müzakirə edilən məsələ ilə bağlı müvafiq qərar qəbul olunub.  Yekunda Səbuhi Abdullayev dövlət qulluqçularının peşə bayramı ilə əlaqədar ölkə başçısının 31 iyul 2018-ci il tarixli 371 nömrəli Sərəncamı ilə təltif olunmuş rayon icra hakimiyyəti başçısı  aparatının sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin baş məsləhətçisi Məmmədov Namiq Mahmud oğluna “Dövlət qulluğunda fərqlənməyə görə” medalını təqdim etmişdir.

Hesabat məruzəsi

Keçidlər