Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

2019-cu ilin birinci yarısında Qəbələ rayonunda görülən işlər və qarşıda duran vəzifələrə həsr olunmuş geniş şura iclası keçirilmişdir.

09 avqust 2019 | 16:00

Avqustun 9-da Qəbələ Rayon İcra Hakimiyyətində 2019-cu ilin birinci yarımilinin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə dair şura iclası keçirilmişdir. Tədbirdə rayon icra hakimiyyəti yanında şuranın üzvləri, icra nümayəndələri, bələdiyyə sədrləri, idarə, müəssisə, təşkilat rəhbərləri və sahibkarlar iştirak etmişlər. İclasda rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayevin 2019-ci ilin birinci yarımilinin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə dair hesabat məruzəsi dinlənilmişdir. Hesabat məruzəsi ətrafında Qəbələ Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Rahib Əhmədov, Qəbələ Rayonu üzrə Maliyyə İdarəsinin rəisi Namiq Ağayev, DSMF-nin Qəbələ Rayon Şöbəsinin müdiri Arzu Hacıyev çıxış etmişlər. İclasda sosial-iqtisadi inkişaf sahəsindəki mövcud vəziyyət ətraflı müzakirə olunaraq qarşıda duran vəzifələr müəyyənləşdirilmiş və müvafiq qərar qəbul olunmuşdur. İclasda Azərbaycan Respublikası Prezidentinin 27 may 2019-cu il tarixli 1205 nömrəli Sərəncamı ilə «Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)» yubiley medalı ilə təltif edilən rayon sakinlərindən Nazim Mustafayevə, Sevil Talıbovaya və Səfər Səfərova həmin medallar təqdim olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 22 iyun 2019-cu il tarixli 1284 nömrəli Sərəncamı ilə təltif olunmuş Qəbələ Rayon İcra Hakimiyyətinin informasiya təminatı və təhlil sektorunun müdiri Zahir Kərimova isə «Dövlət qulluğunda fərqlənməyə görə» medalı təqdim edilmişdir. Şura iclasını rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayev yekunlaşdırmışdır.

Hesabat məruzəsi

Keçidlər