Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Rayon icra hakimiyyətində Qəbələnin sosial-iqtisadi inkişafına dair geniş müşavirə keçirilmişdir.

20 oktyabr 2015 | 15:00

Oktyabrın 20-də Qəbələ Rayon İcra Hakimiyyətində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclası ilə əlaqədar həmin dövrdə Qəbələ rayonunda görülmüş işlər və qarşıda duran vəzifələrə dair geniş müşavirə keçirilmişdir. Müşavirəyə rayon icra hakimiyyəti başçısı yanında şuranın üzvləri, şəhər, qəsəbə və kənd inzibati ərazi nümayəndələri, idarə, müəssisə və təşkilat rəhbərləri, bələdiyyə sədrləri və sahibkarlar dəvət olunmuşdular. Müşavirəni rayon icra hakimiyyətinin başçısı cənab Səbuhi Abdullayev açaraq, 2015-ci ilin 9 ayı ərzində Qəbələ rayonunda görülmüş işlər və qarşıda duran vəzifələrə dair geniş hesabat məruzəsi etmişdir. Hesabat məruzəsi ətrafında rayon təhsil şöbəsinin müdiri Oqtay Hacıyev və mərkəzi xəstəxananın baş həkimi Sabir Bayramov çıxış etmişlər. Müşavirənin sonunda 2015-ci ildə sosial-iqtisadi sahədə qarşıda duran vəzifələrə dair müvafiq qərar qəbul edilmişdir. Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı cənab Səbuhi Abdullayev müşavırəni yekunlaşdırmışdır.

Fəaliyyət

Keçidlər