Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

2016-cı ilin birinci rübü ərzində Qəbələ rayonunun sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş geniş müşavirə keçirilmişdir.

19 aprel 2016 | 16:00

Aprel ayının 19-da rayon icra hakimiyyətində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclası ilə əlaqədar həmin dövrdə Qəbələ rayonunda görülmüş işlər və qarşıda duran vəzifələrə dair geniş müşavirə keçirilmişdir.
Müşavirəyə rayon icra hakimiyyəti başçısı yanında şuranın üzvləri, şəhər, qəsəbə və kənd inzibati ərazi nümayəndələri, idarə, müəssisə və təşkilat rəhbərləri və bələdiyyə sədrləri dəvət olunmuşlar.
Müşavirəni rayon icra hakimiyyətinin başçısı cənab Səbuhi Abdullayev açaraq,  2016-cı ilin birinci rübündə Qəbələ rayonunda görülmüş işlər və qarşıda duran vəzifələrə dair  geniş hesabat məruzəsi ilə çıxış etmişdir.
Hesabat məruzəsi ətrafında Qəbələ Paylayıcı Şəbəkə Sahəsinin baş mühəndisi Nurməmməd Naibov,  Qəbələ rayon Məşğulluq Mərkəzinin direktoru Elxan Səlimov, Qəbələ rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru Arzu Hacıyev və  Qəbələ Peşə Məktəbinin müəllimi Əfsanə Xəlilova  çıxış etmişlər. Daha sonra müşavirədə iştirak edən Respublika Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov toplantı iştirakçılarını salamlayaraq 2016-ci ilin birinci rübü ərzində Qəbələ rayonunda görülmüş işlər və qarşıda duran vəzifələri müsbət qiymətləndirmiş, ölkədə gedən iqtisadi islahatlardan söz açmışdır.
Müşavirənin sonunda  2016-cı ildə sosial-iqtisadi sahədə  qarşıda duran vəzifələrə dair müvafiq qərar qəbul edilmişdir.
Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı cənab Səbuhi Abdullayev müşavırəni yekunlaşdırmışdır.

Hesabat məruzəsi

Foto qalereya

Keçidlər