Qəbələ Rayon İcra Hakimiyyətində 9 ayın yekunları müzakirə olunmuşdur.
Oktyabrın 14-də Qəbələ Rayon İcra Hakimiyyətində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclası ilə əlaqədar həmin dövürdə Qəbələ rayonunda görülmüş işlər və qarşıda duran vəzifələr dair geniş müşavirə keçirilmişdir. Müşavirəyə rayon icra hakimiyyəti başçısı yanında şuranın üzvləri, şəhər, qəsəbə və kənd inzibati ərazi nümayəndələri, idarə, müəssisə və təşkilat rəhbərləri, bələdiyyə sədrləri və sahibkarlar dəvət olunmuşlar. Müşavirəni rayon icra hakimiyyətinin başçısı cənab Səbuhi Abdullayev açaraq, 2016-cı ilin 9 ayı ərzində Qəbələ rayonunda görülmüş işlər və qarşıda duran vəzifələrə dair geniş hesabat məruzəsi ilə çıxış etmişdir. Daha sonra hesabat məruzəsi ətrafında rayon mərkəzi xəstəxananın baş həkimi Sabir Bayramov və Rayon Təhsil Şöbəsinin Metodik Kabinetinin müdiri Arifə Bayramova çıxış etmişlər. Müşavirədə rayonda sosial-iqtisadi sahədə qarşıda duran vəzifələrə dair müvafiq qərar qəbul edilmişdir. İclasın yekununda təltiflərin təqdimatı olmuşdur. Dövlət qulluqçularının peşə bayramı ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 22 iyun 2016-cı il tarixdə imzalanmış 2131 nömrəli Sərəncama əsasən rayon icra hakimiyyəti başçısı aparatının memarlıq və tikinti şöbəsinin müdiri Təbriz Abdulxalıqov “Dövlət qulluğunda fərqlənməyə görə” medalı, bir qrup şəxs isə rayon icra hakimiyyətinin fəxri fərmanları ilə təltif olunmuşlar. Müşavirəni Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı cənab Səbuhi Abdullayev yekunlaşdırmışdır.