Qəbələ Turizm və otelçilik üzrə peşə tədris mərkəzi
Azərbaycan Respublikasının Nazirlər Kobinetinin 14 oktyabr 2008-ci il tarixli 241 N-li qərarına əsasən Qəbələ rayonunda Qəbələ Turizm və Otelçilik üzrə Peşə Tədris Mərkəzi yaradılmışdır . Tədris Mərkəzinin Nizamnaməsi və Tədbirlər Planı hazırlanaraq icra üçün təsdiq edilmişdir . Tədris Mərkəzində 47 nəfər fəaliyyət göstərir. Bunlardan 9 nəfərİstehsalat təlim ustası 7 nəfər müəllim , hərbi rəhbər, bədən tərbiyə rəhbəri, tərbiyəçi müəllim , kitabxana işçisi və 26 nəfər qeyri pedaqoji iş sahəsində çalışır . Tədris Mərkəzinin pedaqoji sahəsində işləyən hər bir işçi öz işini günün tələbləri səviyyəsində qurmaq həvəsindədir.
Ölkə Prezdenti cənab İlham Əliyev " Azərbaycan Respublikasında Texniki-peşə təhsilinin inkişafı üzrə Dövlət proqramından (2007-2012-ci illər)" imzaladıqdan sonra bu sahəyə dövlət qayğısının artması önplana çəkildi. Dövlət Proqramında irəli gələn müddəaları əsas tutaraq mərkəzimiz əmək bazarının işə götürənlərin tələbləri və regionun inkişaf xüsusiyyətlərini nəzərə alaraq işini qurur.
Tədris Mərkəzinin nəzdində müasir tələblərə cavab verən 3 mərtəbəli tədris korpusu , oğlanlar və qızlar üçün 2 mərtəbəli yataqxana , iclas zalı , yeməkxana, laboratoriya , şagirdlərin istehsalat təcrübəsi keçməsi üçün serviz otaqları mövcuddur. Bundan başqa mərkəzdə fəaliyyət göstərən emalatxana modern avadanlıqları ilə təmin edilmışdir.
Tədris korpusunun birinci mərtəbəsində serviz və bar otağı, ət və balıq təmizləmə sexi,un məmulatları hazırlana biləcək sex və böyük mətbəx yerləşir. İkinci və üçüncü mərtəbələrdə 20 - 22 yerlik 19 sinif otağı,kitabxana, müəllimlər otağı və fənn kobinetləri yerləşir.Tədris mərkəzimiz 22 ədəd kompyuterlə təmin olunmuşdur. Kompyuter avadanlıqlarından mərkəzin şagirdləri bilik və bacarıqlarını artırmaq üçün maksimum səviyyədə istifadə edirlər. Mərkəzin 2.58 hektar torpaq sahəsi mövcuddur. Ərazinin 1.85 hektar sahəsi yaşıllıqdır. Əlavə tikililərdən 10 çarpayılıq tibb məntəqəsi , iki qazanlı istilik sistemi qazanxanası, artezian quyusu və 400 KVA-lıq transformator yarimstansiyası vardır.
QəbələTurizm və Otelçilik üzrə PeşəTədris Mərkəzi Təhsil Nazirliyinin 2009-2010- cu ilə aid şagird qəbulu planı əsasında fəaliyyətə başlamışdır.Qəbul planına uyğun olaraq şagirdlər əsas təhsil bazasından 45-nəfər barmen-bufetçi,ofisiant peşələrində təhsil alırlar. 90 nəfər şagird 6 qrupa bölünmüşdür. Mərkəzdə qonşu rayonlardan şagirdlər də seçdikləri peşələr üzrə təhsil alırlar. Yatqxanaya ehtiyacı olan şagirdlər yataqla təmin olunmuşdur. 2010 - 2011-ci il tədris ilində mərkəzə 120 nəfər qəbul edilmişdir. Hal-hazırda mərkəzdə 160 nəfər şagird təhsil alır.Yeni ixtisaslar mehmanxana inzibatçısı və mühasib-fərdi kompyuter operatoru üzrə 2 qrup fəaliyyət göstərir.
Tədris mərkəzində işləyən istehsalat təlim ustaları , ixtisas müəllimləri və fənn müəllimləri ali təhsilli kadrlardır.Əsas vəzifəmiz gənclərin hərtərəfli inkişafını təmin etməklə yanaşı,onlara mükəmməl peşə hazırliğını, servis xidmətini öyrətməkdən ibarətdir.Bu baxımdan mərkəzin mühəndis-pedaqoji kollektivinin fəaliyyəti təqdirə layiqdir. Mərkəzimiz müasir tədris ocağı kimi nəfis tərtibata malikdir.Foyedə Ulu öndərimiz, ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən güşə hazırlanmışdır. Mərkəzin kitabxanası Təhsil Nazirliyi tərəfindən ayrılmış kitablarla təhciz edilmişdir. Şagirdlərimizin adsudə vaxtının təşkili də həmişə diqqətimizdədir.
Şagirdlər istehsalat təlimi günləri çox səmərəli keçirilir. Onlar mərkəzin emalatxanasında öz ixtisaslarına uyğun işləyirlər. Aşpaz-qənnadçı peşəsi üzrə təhsil alanlar müxtəlif yeməklər, şirniyyatlar hazırlayır ,barmen - bufetçi,ofisiant ixtisası üzrə oxuyanlar isə müxtəlif çeşidli içkilər hazırlayır, serviz xidməti üzrə biliklərini nümayiş etdirirlər .
Rayonumuzda fəaliyyət göstərən " Qafqaz Resort " hotel - in əməkdaşları daima tədris mərkəzi ilə əlaqə saxlayırlar. Bundan əlavə şagirdlərimiz istehsalat təlimi günlərində rayonda fəaliyyət göstərən istirahət mərkəzlərinə ,otellərə təcrübələrini artırmaq üçün yollanırlar. Tədris Mərkəzinin pedaqoji kollektivi çalışır ki,Turizm Otelçilik sahəsində kadrların hazırlanmasında müasir tələblərə cavab verən formada işini qursun.Ölkəmizdə turizm sektorunun inkişafını nəzərə alaraq yeni dərs ilində tədris mərkəzində bu sahəni əhatə edən ixtisaslar üzrə qrupların açılması nəzərdə tutulmuşdur.
Qəbələ Turizm və Otelçilik üzrə Peşə Tədris Mərkəzində yüksək səviyyəli xidmət persionalının hazırlanması üçün barmen,bufetçi -ofisiant peşəsi də tədris olunur.Bu ixtisasın verilməsində məqsəd respublikamızda sürətlə inkişaf edən turizm infrastrukturu və mədəni xidmət sahəsi üçün yüksək tələblərə cavab verən barmen, bufetçi və ofisiantların hazırlanmasıdır. Barmen, bufetçi, ofisiant peşəsinə yiyələnən şagirdlərə aşağıdakı ixtisas dərsləri də tədris olunur.
- Müştəriyə xidmətin təşkili
- Qəlyanaltıların kulinar xarakteristikası
- Bar və bufet avadanlığı
- Qida fiziologiyası
- İçkilərin hazırlanma texnologiyası
Bu ixtisasa yiyələnən şagirdlər nəzəri dərslərdə öyrəndiklərini praktiki dərslərdə tətbiq edir və dərinləşdirirlər.Tədris mərkəzində hazırlanan və müasir standartlara cavab verən barmen-bufetçi,ofisiantlar dünyada və Azərbaycanda tətbiq olunan xidmət üsulu və qaydalarını,o cümlədən istifadə olunan qab-qacağın növlərini və təyinatını menyunun və şərab kartlarının tərtib olunma üsullarını qonaqların qarşılanması, sifarişlərin alınması, masaların hazırlanması ,yeməklərin xüsusiyyətlərini, içkilərin növlərini və xüsusiyyətlərini, müxtəlif növ kakteyllərin hazırlanmasını qaydalarını bilməlidir.
Aşpaz qənnadçı-Bu ixtisası tədris etməkdə məqsəd ölkədə turizmin inkişafı ilə əlaqədar milli və dünya kulinariyyasını bilən, eləcə də əhaliyə yüksək xidmət göstərmək üçün isti və soyuq yeməklərin, içkilərin kulinarvə qənnadı məhsulların, yarımfabrikatların istehsalını bilən sənətkarları yetişdirməkdir.
Bu məqsədə nail olmaq üçün aşağıdakı ixtisas dərsləri tədris olunur
- Xüsusi texnalogiya
- Ərzaq mallarının əmtəəşurnaslığı
- İctimai-iaşə müəssələrinin avadanlıqları
- Qida fizialogiyası
- Kalkluyator və uçot
- İngilis dili
- Fiziki tərbiyə
- GÇH
- Estetika
- İnformatika
- İKT
- Elektrotexnika
- Azərbaycan qanununun əsasları
- Əməyin mühafizəsi
"Mühasib-fərdi kompyuter" ixtisasının verilməsində məqsəd şagirdlərə dünya iqtisadiyyatında baş verən dəyişiklikləri daha geniş şəkildə öyrətmək, ölkə iqtisadiyyatının inkişafında onun tutduğu mövqeyini aşılamaqdan ibarətdir. Bu ixtisası öyrənən şagirdlərə aşağıdakı ixtisas fənləri tədris olunur.
- Təsərüffat fəaliyyətinin təşkili
- Statistikanın əsasları
- Kalkulyasiya və uçot
- Maliyyə və kredit
- Mühasibat uçotu
- İnformatika
- Kompyuter texnalogiyasının əsasları
- Sistem proqram təminatı
- Tətbiqi proqramlar
"Mühasib-fərdi kompyuter operatoru" ixtisasını bitirən şagirdlər aşağıdakı biliklərə yiyələnməlidirlər.
- Bilməlidirlər:
- Nəzəri bilikləri o cümlədən müxtəlif mühasibat hesablarının, maliyyə əməliyyatlarının
- aparılmasına dair məlumatları .
- Mühasibat hesabatlarına dair məlumatları təsərrüfat balansının doldurulması qaydasını
- Kompyuter- informasiya komunikasiya avadanlıqlarının mühasibatlıq sahəsində
- tətbiqini.
- Dünya iqtisadiyyatında baş verən dəyişiklikləri informasiya komunikasiya texnalogi-
- yalarının köməyi ilə öyrənmək
- Bacarmalıdırlar:
- Praktiki işləri o cümlədən müəssələrdə əsas vəsaitlər və az qiymətli tez köhnələn
- əşyaların uçotunun aparılmasını.
Maliyyə planının tərtib olunmasını statistikməlumatların toplanması və verilməsini
Mehmanxana inzibatçısı-Tədris Mərkəzində tədris olunan ixtisaslardan biri də "Mehmanxana inzibatçısı" ixtisasıdır.Qəbələdə turizmin inkişafı baxımından bu ixtisasa
çox böyük tələb vardır.Burada mehmanxanalar üçün yüksək səviyyəli resepsionistlər hazırlanır.Şagirdlərə ixtisaslarına uyğun aşağıdakı fənnlər tədris olunur.
- Təsərrüfat fəaliyyətinin təhlili
- Hesablama və haqq-hesab işi
- Müştərilərə xidmətin təşkili
- Elektrotexnika
- İnformatika
- İKT proqramları
- İngilis dili
- GÇH
- Fiziki tərbiyə
- Estetika
- Əməyin mühafizəsi
- Bazar iqtisadiyyatı və sahibkarlığın əsasları
Bu ixtisasa yiyələnən şagirdlər bacarmalıdırlar:
- Qonaqları yüksək səviyyədə qarşılamaq
- Sifarişləri qəbul etmək
- Nömrələrin bronlaşdırılmasını və müştərilərə təqdim olunmasını təşkil etmək
- Meydana çıxan anlaşılmazlıqları həll etmək və ya həll edilməsi üçün müştəriləri istiqamətləndirmək
- Müştərilərlə ünsiyyət qurmaq və onların bütün təklif və iradlarını dinləmək