İcra Hakimiyyəti
Fəaliyyət
2022-ci il
2022-ci il ərzində fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar tərəfindən iqtisadiyyatın əsas sahələri (sənaye, kənd təsərrüfatı, tikinti, nəqliyyat və anbar təsərrüfatı, informasiya və rabitə, ticarət və nəqliyyat vasitələrinin təmiri) üzrə məhsul buraxılışı və xidmətlərin göstərilməsi əvvəlki ilin eyni dövrünə nisbətən 16,3 faiz artaraq 391.924,7 min manat olmuşdur. İstehsal edilmiş məhsulun rayon əhalisinin hər nəfərinə düşən həcmi 3.555,3 manat təşkil etmişdir.
Keçən ilin müvafiq dövrü ilə müqayisədə 2022-ci il ərzində, kənd təsərrüfatı məhsulu istehsalı 26,3 faiz, informasiya və rabitə xidmətinin həcmi 4,8 faiz, ticarət xidmətinin həcmi 11,5 faiz, nəqliyyat və anbar təsərrüfatı xidmətinin həcmi isə 81,3 faiz, tikinti-quraşdırma işlərinin həcmi 19,9 faiz, sənaye məhsulu istehsalı isə 6,2 faiz artmışdır.
Hesabat dövründə kənd təsərrüfatında 132,6 milyon manatlıq və ya ümumi məhsul buraxılışının (33,8 faiz), ticarət sahəsində 82,7 milyon manatlıq (21,1 faiz), tikintidə 52,7 milyon manatlıq (13,4 faiz), sənayedə 115,3 milyon manatlıq (29,4 faiz), nəqliyyat və anbar təsərrüfatında 6,9 milyon manatlıq (1,8 faiz), informasiya və rabitə xidmətlərində 1,5 milyon manatlıq (0,5 faiz) məhsul və xidmətlər istehsal edilmişdir.
Məhsul və xidmətlərin 76,6 faizi istehsal sahələrinin, 23,4 faizi isə xidmət sahələrinin payına düşmüşdür.
İl ərzində sənaye müəssisələrində çalışan 1.590 nəfər işçinin orta aylıq nominal əmək haqqı 599,7 manat olmuşdur.
Əsas kapitala yönəlmiş investisiyanın həcmi 56.918,5 min manat, tikinti quraşdırma şlərinin həcmi isə 52.680,2 min manat təşkil etmişdir.
İl ərzində açılmış yeni iş yerlərinin sayı 958 olmuşdur ki, həmin iş yerlərinin hamısı daimi iş yeridir.
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Şəki-Zaqatala Regional Məşğulluq filialı Qəbələ rayonu üzrə 2022-cı il ərzində öz fəaliyyətini “Məşğulluq Haqqında” Azərbaycan Respublikası qanunun tələbləri səviyyəsində qurmağa çalışmış, ümumilikdə rayon əhalisinin sosial müdafiəsi sahəsində müəyyən işlərin görülməsinə nail olmuşdur.
2022-ci il üçün tərtib edilmiş Ərazi Məşğulluq Proqramının müddəalarına əsaslanaraq rayon ərazisində fəaliyyət göstərən sənaye və kənd təsərrüfatı istiqamətli idarə, müəssisə, təşkilat və təsərrüfatlarla sıx əlaqə saxlanılmışdır. Bunun üçün ilk növbədə vakant vəzifələrin və boş iş yerlərinin müəyyənləşdirilməsi Filialın iş posesinin əsas xəttini təşkil etmişdir. Nəticədə 2022-ci il ərzində rayonda fəaliyyət göstərən idarə, təşkilat və müəssisələrdən daxil olan boş iş yerləri haqqında məlumatlar Nazirliyin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Məşğulluq” altsistemində öz əksini tapmışdır.
İi ərzində rayon üzrə 534 nəfər işə düzəldilmişdir ki, onlardan 166 nəfəri qadınlardır. 97 nəfərə işsizlikdən sığorta ödənişi təyin edilmişdir, onların 24 nəfəri qadındır.
Əhalinin sosial müdafiəyə daha çox ehtiyacı olan təbəqəsinin sosial müdafiəsini təmin etmək məqsədilə rayonun təhsil, tikinti, mədəniyyət, sənaye və başqa sahələrində minimum iş yerlərinin yaradılması üçün Rayon İcra Hakimiyyəti Başçısının sərəncamına əsasən Qəbələ rayonu üzrə 2 kvota iş yeri müəyyən edilmişdir ki, həmin iş yerləri üzrə 1 nəfər əlil şəxs işlə təmin edilmişdir.
İşaxtaran və işsiz vətəndaşların ictimai işlərdə iştirak etmək istəyən hissəsininin artırılması əmək bazarında yaranmış gərginliyin xeyli azalmasına və işsiz əhalinin böyük hissəsinin sosial vəziyyətinin qismən də olsa yaxşılaşmasına səbəb olmuşdur.
Belə ki, 2022-ci il ərzində Nazirliyin “Əmək və Məşğulluq” altsistemində qeydiyyatda olan işaxtaran və işsiz vətəndaşlardan 59 nəfər “DOST İş Mərkəzi” MMC-də ictimai işlərə göndərilmişdir. 14 nəfər istehsal-xidmət sahəsi üzrə, 259 nəfər isə kənd təsərrüfatı sahəsi üzrə, ümumilikdə 273 nəfər özünüməşğulluq proqramına cəlb edilmiş, 80 nəfər işsiz vətəndaş peşə hazırlığı kurslarına cəlb olunmuşdur.
İşsiz və işaxtaran vətəndaşların əmək bazarına çıxışının dəstəklənməsi, habelə işəgötürənlərin qısa müddət ərzində zəruri peşəyə, ixtisasa və təcrübəyə malik olan kadrların seçiminə köməklik göstərilməsi məqsədi ilə 2022-ci il ərzində rayonda əmək yarmarkası təşkil olunmuşdur.Yarmarkada 8 müəssisə tərəfindən 200 vakansiya təqdim olunmuşdur.
Fəaliyyətin mütəşəkkilliyini artırmaq məqsədi ilə reklam və informasiya işlərinin inkişaf etdirilməsinə də diqqət ayrılmışdır. Belə ki, Filialın yerləşdiyi binada reklam və informasiya guşəsi yaradılmış və burada idarə və müəssisələrdən olan boş iş yerləri, Filialın nəzdində yaradılması nəzərdə tutulan peşə kursları və digər məlumatlar əks etdirilmişdir.
Əhalinin məşğulluğunu təmin etmək sahəsindəki işlərin səmərəliyini artırmaq məqsədi ilə geniş tədbirlər planı tərtib edilmiş və burada aktual məsələlərin əhatə edilməsinə diqqət yetirilmişdir.
Rayonun yerli gəlirləri ilin yekunlarına görə 22.700,0 min manat proqnoza qarşı 28.332,1 min manat (124,8 %) və ya 5.632,1 min manat çox, o cümlədən: “Avtomobil olları” Məqsədli Büdcə fonduna aid olan məbləği 22,0 min manat proqnoza qarşı 18,7 min manat (85,2 %) və ya 3,3 min manat az yerinə yetirilmişdir. Yerli gəlirlərə aid olan məbləğ 9.674,0 min manat proqnoza qarşı 12.076,4 min manat (124,8 %) və ya 2.402,4 min manat çox, yerli xərcləri 7.224,2 min manat proqnoza qarşı 6.435,6 min manat (89,1%) və ya 788,6 min manat az icra olunmuşdur. Gəlirlərin mərkəzləşdirilmiş gəlirlərə aid edilən hissəsi 13.004,0 min manat proqnoza qarşı 16.237,0 min manat (124,9 % ) və ya 3.233,0 min manat çox icra olunmuşdur.
Yerli gəlirlər üzrə proqnozlaşdırılmış 10 növ gəlirdən 5 növ vergi üzrə proqnoz tapşırıq kəsrlə yerinə yetirilərək qeyd olunan gəlirlər üzrə büdcəyə 759,7 min manat az vəsait daxil olmuşdur. Digər 5 növ gəlirlər üzrə 3.162,1 min manat çox vəsait daxil olaraq rayonun gəlirləri ümumilikdə 2.402,4 min manat çox yerinə yetirilmişdir.
Yerli gəlirlər üzrə ümumilikdə daxil olmuş 28.332,1 min manat vəsitdən 12.076,4 min manatı rayonun yerli gəlirlərinə, 18,7 min manatı qanunamüvafiq qaydada “Avtomobil yolları” Məqsədli Büdcə Fonduna, 16.237,0 min manatı isə mərkəzləşdirilmiş gəlirlərə aid edilmişdir.
Rayonun yerli xərcləri 7.224,2 min manat proqnoza qarşı 6.435,6 min manat (89,1%) və ya 788,6 min manat az icra olunmuşdur. Ümumilikdə xərclərin təyinatdan az icra olunmasının səbəbi yerli icra hakimiyyəti orqanları və digər sahələr üzrə bəzi ştat vahidlərinin vakant olması, tender və kotirovka prosedurlarının başa çatmaması və bəzi xərclər üzrə faktiki icranın olmadığı (ezamiyə xərci, yanacaq, elektrik enerjisi, qaz, su, rabitə və s.) üçün vasaitin ödənilməməsi olmuşdur.
Yerli büdcənin hesabında və təşkilatların ayrı-ayrı xərc maddələri üzrə limit qalığında 01yanvar 2023-cü il tarixə 5.640,8 min manat vəsait qalığı yaranmışdır.
Ötən müddət ərzində xidmət təşkilatları da qarşıya qoyulmuş vəzifələrin öhdəsindən əsasən gəlmişlər. Əhalinin elektrik enerjisi, təbii qaz, poçt, rabitə və digər kommunal xidmətləri ilə təminatının daha da yaxşılaşdırılması məqsədi ilə bu sahələr daim diqqət mərkəzində saxlanılmışdır.
İl ərzində 10 kV-luq hava xəttinin 53,7 km məsafəsində əsaslı və cari təmir işləri aparılmışdır. 10 kV-luq hava xəttinin Bum, Tüntül, Mıxlıqovaq, Zalam, Nic, laza elektrik verilişi hava xətlərində 234 ədəd fiziki köhnəlmiş ağac dayaq dəmir beton və metal dayaqlarla əvəz edilmiş, 48.820 metr məsafədə istismara yararsız, fiziki köhnəlmiş naqillər AS-50, AS-35 markalı naqillərlə əvəz edilmişdir.
10/0,4 kV-luq transformator yarımstansiyalarında TTQ və EQQQ qaydalarına əsasən 28 ədəd 250 A-lik, 18 ədəd 400 A-lik ayrıcı quraşdırılmışdır.
Qəbələ Paylayıcı Şəbəkə Sahəsinin xidməti ərazisində 63,0 km məsafədə 0,4 kV-luq fiziki köhnəlmiş 0,4 kV-luq ÖDİN (özünü daşıyan izolyasiyalı) naqillərlə əvəz edilmiş, 472 ədəd ağac dayaq dəmir beton və metal dayaqlarla əvəz edilmiş, 114 ədəd transformator yarımstansiyasının qoruq zonası alaq və yabanı otlardan təmizlənmiş, 54,8,0 km məsafədə 0,4 kV-luq hava xəttinin trassasında ağac kütlələrdən təmizlmə işləri aparılmışdır. 28 ədəd transformator yarımstansiyasının 0,4 kV-luq çıxışında zədəli kabellər yenisi ilə əvəz edilmişdir.
Əhali və qeyri əhali sektorunda 683 ədəd yeni, 154 ədəd 3 fazlı sayğac quraşdırılmışdır. 2.986 ədəd qüsurlu sayğac yenisi ilə əvəzlənmişdir.
Zaqatala Reğional Qaz İstismarı İdarəsinin Qəbələ Xidmət Sahəsi il ərzində 21.855 əhali, 303 qeyri-əhali istehlakçılarına xidmət göstərmişdir. İl ərzində istismar müddəti bitmiş 2362 ədəd qaz qaz sayğacı yenisi ilə əvəzlənmi, fərdi qazlaşmış 616, “Azəriqaz İB”-nin sifarişi ilə 1 əhali abonenti və 42 qeyri-əhali abonenti qazla təmin olunmuşdur.
“Təmiz Qaz” MMC və xidmət sahəsi tərəfindən aşkar olunmuş 5.303 ədəd sızma aşkar edilmiş və 5.145 sızma ləğv edilmiş, 7 ədəd RDUK çəpərlənmişdir. Kiçik Pirəli kəndində daxili imkanlar hesabına mövcud torpaq yollarda yeni asfalt örtüyün çəkilməsi ilə əlaqədar mövcud yollardan keçən yeraltı qaz xətlərində gələcəkdə baş verə biləcək sızmaların aradan qaldırılması üçün ümumilikdə 102 metr demontaj borularla gilizlər quraşdırılmışdır. Rayon ərazisində sayğacların həyətdən yola çıxarılması üçün müxtəlif diametrli borularla ümumilikdə 202 metr yeni qaz xətti çəkilmişdir. Payız-qış mövsümünə hazırlıqla əlaqədar Nəsimi küçəsində bir ədəd SQTM 500 tipli, 20 yanvar küçəsində bir ədəd SQTM 300 tipli, bir ədəd SQTM 500 tipli, Zarağan kəndində bir ədəd SQTM 500 tipli təzyiq tənzimləyiciləri quraşdırılmış, Zarağan kəndində d57 mm-lik qaz kəmərinin 290 metr hissəsi dayaq üzərinə qaldırılmışdır.
“Azəriqaz” İB-nin təmir tikinti idarəsi tərəfindən Yemişanlı kəndində 24.000 metr, Zarağan kəndində 710 metr müxtəlif diametrli borularla yeni qaz xətləri çəkilmişdir.
Rayon ərazisində ümumilikdə 6 nəfər müharibə veteranı və müharibə iştirakçılrının fərdi yaşayış evlərinin qazlaşdırılması üçün müxtəlif diametrli polad borularla 1.255 metr yeni qaz xətti çəkilmiş, həmin kateqoriyadan olan daha 5 nəfərin torpaq sahəsinin qarşısından keçən qaz xətlərinin yeri dəyişdirilmişdir.
İl ərzində 6 №-li Regional Sukanal idarəsinin Qəbələ Sukanal sahəsi 8.322 əhali, 228 qeyri-əhali abonenti olmaqla cəmi 8.550 abonentə xidmət göstərir. Xidmət göstərilən əhali abonentlərin 8.073-ü, qeyri-əhali abonentlərin 202-si sayğaclaşmışdır. Qəbələ şəhərinin içməli su təchizatının yaxşılaşdırılması sahəsində bir sıra işlər görülmüşdür. Küsnət su mənbəyində 2 ədəd 8-40-120 markalı nasos dəyişdirilmiş, hərbi şəhərcikdə 2 ədəd d=100 mm olan siyirtmə yenisi ilə əvəz olunmuşdur. İl ərzində su şəbəkəsində 163 kanalizasiya şəbəkəsində 93 qəza baş vermiş, baş vermiş qəzalar aradan qaldırılmışdır.
Qəbələ Rayon Mənzil İstismar və Kommunal Müəssisələr Kombinatı il ərzində şəhər təsərrüfatına 372,1 min manat, ictimai yaşayış binalarına 88,3 min manat, idarə və müəssisələrə 89,9 min manat, kommersiya obyektlərinə 8,4 min manat və fərdi təsərrüfatlara 5,0 min manat cəmi 563,7 min manat dəyəridə təmizlik və digər kommunal xidmətləri göstərmişdir.
Qəbələ Rayon “10 №-li Yol İstismarı” MMC tərəfindən rayon ərazisində il ərzində 1799,4min manatlıq cari təmir və yolların saxlanması işləri görülmüşdür. Yeddi min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən Ağdaş–Zarağan (40 km)–Böyük Pirəli–Kiçik Pirəli–Xırxatala–Cığatelli–Həmzəli avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 5,0 (beş) milyon manat, 2022-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 12,7 milyon manat ayrılmışdır. Avtomobil yolunda su ötürücü borular quraşdırılmış, yeni körpü tikilmiş, torpaq işləri tam yerinə yetirilmiş, əsasın tikilməsi işləri başa çatdırılmışdır. Yolun 16 km hissəsinə asfalt-beton örtük çəkilmişdir.
Ölkə ərazisində yol infrastrukturunun yenidən qurulması ilə bağlı tərtib edilmiş tədbirlər planına uyğun olaraq, Qəbələ rayonunda uzunluğu 5,5 kilometr olan yerli əhəmiyyətli Bunud-Həzrə avtomobil yolunun yenidən qurulması yekunlaşıb. Qeyd edək ki, analoji yenidənqurma işləri Qəbələ rayonu ərazisində Zarağan-Aydınqışlaq (3,8 kilometr), Hacıalılı-Ovcullu-Mamaylı-Bayramkoxalı (10,5 kilometr) və Hacıalılı-Şamlı-Tola (6,3 kilometr) avtomobil yollarında asfaltlanma işləri başa çatdırılmışdır. Beləliklə ümumi uzunluğu 26,1 kilometr olan və 13 min əhalinin yaşadığı 10 yaşayış məntəqəsini əhatə edən bu yolların yenidən qurulması gediş-gəlişin rahatlaşmasına, əhalinin yetişdirdiyi kənd təsərrüfatı məhsullarının tez və xarab olmadan bazarlara çatdırılmasını təmin etməklə kənd təsərrüfatının inkişafına gətirib çıxaracaq.
“Aztelekom” MMC-nin Dağlıq Şirvan regional filialının Qəbələ şöbəsi şəhər və kənd əhalisinə 572 ədəd telefon çəkilmiş, 523 ədəd internet qoşulması verilmişdir. Hazırda genişzolaqlı internet xidmətindən istifadə edən abunəçilərin sayı 9.869 nəfər təşkil edir. Telefon və internet xidmətinin keyfiyyətinin yüsəldilməsi üçün şəhər və kənd telefon şəbəkəsində 2.250 metr müxtəlif kabellər dəyişdirilərək yenisi ilə əvəz olunmuşdur. Şəhər telefon şəbəkəsində telefon, internet və digər multimedia xidmətlərinin keyfiyyətinin daha da yüksəldilməsi məqsədilə GPON texnologiyasının tətbiqinə başlanmışdır. Hal-hazırda şəhərin şimal, cənub və şərq hissələrində rabitə dirəklərinin və optik xətlərin çəkilişi işləri başa çatdırılmış və həmin ərazidə yaşayan 420 abunəçi telefon və 30 mb/s sürətli internet xidməti ilə təmin edilmişlər.Nic qəsəbəsində EATS-ə 1ədəd akkumulyator batareyası quraşdırılmışdır.Rayonun Vəndam və Bum qəsəbələrinin, Hacıalılı, Böyük Pirəli və Zalam kəndlərinin də GRON texnologiyasına keçidi ilə əlaqədar layihə sənədləri hazırlanmış və yaxın zamanlarda həmin qəsəbə və kəndlərdə işlərə başlanılacaqdır.
“Azərpoçt” MMC-nin Poçt Qəbələ filialının tarif gəliri il ərzində 473,3 min manat olmuşdur, 60,4 min manat mənfəət əldə edilmişdir.
Dövlər Sosial Müdafiə Fondunun 1 saylı Şəki-Zaqatala regional filialında Qəbələ rayonu üzrə 01 yanvar 2023-cü il vəziyyətinə 10.000 pensiya işi üzrə 10.045 nəfər əmək pensiyaçısı qeydiyyatda olmuşdur. Hesabat dövründə orta aylıq pensiya məbləği 3.024,4 min manat, bir pensiya işi üzrə isə orta aylıq pensiya məbləği 302,44 manat təşkil etmişdir. Hal-hazırda şöbədə əmək pensiyalarından əlavə 9.372 ədəd hərəkətdə olan sosial ödəniş işləri, o cümlədən 5.429 ədəd sosial müavinət 3.943 ədəd təqaüd işi vardır. 01.01.2023-cü il tarixə rayon üzrə 150 nəfər şəhid ailəsinin üzvünə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin olunaraq ödənilməkdədir. 01.10.2020-ci il tarixdən başlayaraq pensiya, müavinət və təqaüdlərin, həmçinin aparatın saxlanılması xərclərinin maliyyələşdirilməsi mərkəzləşdirilmiş qaydada həyata keçirildiyindən, filial tərəfindən maliyyələşmə aparılmamışdır.
Rayonun yaşayış məntəqələrinin kənd təsərrüfatının suvarma suyu ilə təminatı üçün suvarma kanalları 476 min kub/metr lildən, daşqın və selə qarşı mübarizə məqsədilə 636 min kub/metr çay məcrası daş və qumdan təmizlənmişdir. 851 kub/metr daş-beton bənd təmir edilmişdir.
Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması və əhalinin içməli su tələbatının ödənilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin 06.09.2021-ci il tarixli, 2.885 nömrəli sərəncamına əsasən investisiya xərclərindən rayonda 4 ədəd (Böyük Əmili, Həzrə, İmamlı və Nohurqışlaq kəndlərində) subartezian quyusunun qazılmasına Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nə ümumilikdə 280 min manat ayrılmışdır.Hazırda həmin quyularda qazma işləri başa çatmış, hazırda təhvil-təslim üçün sənədləşmə işləri aparılır.
Azərbaycan Respublikası Prezidentinin 28.10.2019-cu il tarixli Sərəncamına əsasən Qəbələ şəhərində istismar müddəti başa çatmış çoxmənzilli binaların sakinlərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə 48 mənzilli yeni yaşayış binasının tikintisi üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Qəbələ Rayon İcra Hakimiyyətinə 3,0 (üç) milyon manat ayrılmışdır. Obyektin layihə-smeta sənədləri hazırlanmış, torpaq sahəsi ayrılmış, layihə-smeta sənədləri dövlər ekspertizasından keçirilmiş, satınalmalar üzrə tender keçirilmişdir. Maliyə vəsaiti ayrılan kimi tikinti işlərinə başlanacaqdır.
İl ərzində rayonun Zarağan kəndində 528 şagird yerlik tam orta məktəb binalasında, Qəbələ şəhərində Rəhimov Arif Fazil oğlunun sifarişi ilə tikinti sahəsi 316 kvm olan yanacaqdoldurma məntəqəsində, Hüseynova Reyhanə Nürəddin qızının sifarişi ilə tikinti sahəsi 87 kvm olan mağaza binasında, Mirzəzadə Rüfət Nazim oğlunun sifarişi ilə tikinti sahəsi 277 kvm olan tibb obyektində tikinti işləri tamamlanmış, Nic qəsəbəsində Heydər Əliyev fondunun sifarişi ilə 240 şagird yerlik 1 saylı, Təhsil Nazirliyinin sifarişi ilə 360 şagird yerlik 4 saylı, Bum qəsəbəsində 624 şagird yerlik 1 saylı, Azərbaycan Respublikasının Baş prokurorluğunun sifarişi ilə Qəbələ Rayon Prokurorluğunun inzibati binasında, Qəbələ şəhərində Səhiyyə Nazirliyinin sifarişi ilə 160 çarpayılıq Xəstəxana Kompleksində, “Azərişıq” ASC-nin sifarişi ilə Hacıalılı kəndində 2x2.5 MVA 10/110/35/10 kv/luq yarımstansiyanın yenidənqurulması və interaktiv tədris idarəetmə mərkəzində tikinti, quraşdırma və yenidənqurma işləri davam etdirilmişdir.
Bununla yanaşı özəl sektora aid tikinti obyektlərində Vəndam qəsəbəsində “Vəndam-Azərbaycan Limited” MMC-nin sifarişi ilə turizm və istirahət obyektində, Zarağan kəndində Ağammədov Qəhrəman Sabir oğlunun sifarişi ilə tikinti sahəsi 565 kvm olan ticarət mərkəzində və Böyük Pirəli kəndində İsgəndərov Arif Yavər oğlunun sifarişi ilə tikinti sahəsi 1581 kvm olan tibb obyektində tikinti quraşdırma işləri davam etdirilmişdir.
28 may küçəsində yolun asfalt örtüyünün yenilənməsi ilə bərabər olaraq yol kənarı səkilər tikilmiş və üzərinə 2248,5 m2 asfalt örtük çəkilmişdir.
Qəbələ şəhəri Əlif Hacıyev küçəsi və 28 may küçələrinin kənarında avtomobillərin parklanması üçün yeni dayanacaqlar hazırlanaraq üzərinə asfalt örtük çəkilmişdir.
Həmçinin adları aşağıda qeyd edilən küçələrə yeni asfalt örtüyü çəkilmişdir.
Qəbələ şəhəri:Aqşin Ənvərli küçəsi – 789 m2, Möhsüm Sənani küçəsi – 507 m2, Babək küçəsi – 3424 m2, Ümnisə Musabəyova küçəsi – 1180 m2, İmadəddin Nəsimi küçəsi – 1740 m2, Həsən Əliyev küçəsi – 2630 m2, Nurəddin Tağızadə küçəsi – 1817 m2, Bəxtiyar Vahabzadə küçəsi – 1844 m2, Rəşid Behbudov küçəsi – 2852 m2, Səttar Bəhlulzadə küçəsi – 2899 m2, Müslüm Maqomayev küçəsi – 2180 m2, Ağamurad İsmayılov küçəsi – 2792 m2, Koroğlu küçəsi – 2870 m2, Zaur Süleymanov küçəsi – 1958 m2, Qara Əhmədov küçəsi – 2428 m2, Vəli Axundov küçəsi – 4199 m2, İsrafil Məmmədov küçəsi – 1300 m2, 28 may küçəsi – 25116 m2.
Qəbələ rayon ümumtəhsil məktəblərində 2022-2023-ci tədris ilinin birinci yarımilində (2022-ci il) şagirdlərin sayı - 18234 nəfər olmuşdur. Müvəfəqiyyət göstəricisi - 95 % Keyfiyyət göstəricisi- 75 %.Qəbələ Rayon Təhsil Sektoru rayon ərazisində təhsilin fasiləsizliyini təmin edərək, böyük uğurlara imza atmışdır.
Ümumi (9 illik) orta təhsil bazasında ümumtəhsil müəssisələrində təhsilalanların 6 imtahan mərkəzində təşkil olunan buraxılış imtahanında 1504 şagird iştirak etmiş, onlardan 5 nəfər 270-dən yuxarı bal toplamışdır. Tam (11 illik) orta təhsil səviyyəsi üzrə yekun qiymətləndirilmə (buraxılış) imtahanlarında isə 1100 nəfər imtahan vermişdir ki, onlardan da 5 şagird 280-dən yuxarı bal toplayaraq yüksək nəticə göstərmişdir. Həmçinin tədris ilinin nəticələrinə görə 7 nəfər Prezident təqaüdünə düşmüşdür.
2022-ci ildə keçirilən respublika fənn olimpiadasının final mərhələsinin nəticələrinə əsasən Qəbələ rayon ümumtəhsil məktəblərindən 4 nəfər şagird uğur qazanıb.
Ümumtəhsil müəssisələrində “Bilik günü” qarşıya qoyulmuş tələblər çərçivəsində qeyd edilmiş, şəhid ailələri, qazilərlə, müharibə iştirakçıları ilə görüşlər keçirilmişdir. Rayonun bütün təhsil müəssisələrində 8 Noyabr Şuşa şəhərinin işğaldan azad olunmasına həsr olunmuş silsilə tədbirlər keçirilmişdir. Onlayn formada 20 yanvar faciəsi, Xocalı soyqırımı, 2 Fevral - Azərbaycan Gəncləri Günü, “Qarabağ Azərbaycandır”, “Biz sənə qayıtdıq Şuşa”, “Gəncliyimizlə qürur duyuruq!” “Sən elə bir zirvəsən” “ İlham Əliyev –Müzəffər Ali Baş komandan” “Müstəqilliyimiz daimidir” “Şəhidlər ölməz, vətən bölünməz” “Tək millət iki dövlət” “Zərifə Əliyeva- unudulmayan insan” “Biz birlikdə güclüyük” və s mövzularında dəyirmi masalar, konfranslar, ədəbi –bədii kompozisiyalar təşkil edilmişdir. Tədbirlərdə fərqlənən məktəblilər və müəllimlər təhsil sektorunun fəxri fərmanı və qiymətli hədiyyələri ilə mükafatlandırılmışlar.
Qəbələ rayon mədəniyyət müəssisələrində 2022-ci il ərzində bayram, tarixi və anım günləri, maarifləndirici tədbirlər, təqdimat mərasimləri keçirilmişdir.
Qəbələ RMX PHŞ-da 2022-ci il ərzində xəstələrin sayı 3178 nəfər, cərrahi əməliyyatların sayı 1087, onlardan təcili 173, planlı 914, keysəriyyə əməliyyatı 121 olmuşdur. Bu müddət ərzində 934 doğuş baş vermiş, ev doğuşu olmamışdır. Körpə ölümünün sayı (0-1 yaş) 3, 1-5 yaş uşaq ölümü 0, ölü doğulan 13, erkən neonatal ölüm olmamışdır.
2019-cu ilin dekabr ayından bütün dünyanı cənginə alan, 2020-ci ilin fevral ayından isə ölkəmizdə yayılmağa başlayan yeni növ Koronovirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə 18 yanvar 2021-ci il tarixdən ölkəmizdə, 19 yanvar 2021-ci il tarixdən isə Qəbələ rayonunda başlanmış vaksinasiya prosesi bu gün də davam etdirilir. 19 yanvar 2021-ci il tarixdən 2022-ci ilin sonunadək Qəbələ rayonu üzrə əhalinin 58024 nəfəri vaksinasiya edilib ki, onlardan 54092 nəfərinə hər iki doza, 49942 nəfərə isə vaksinasiyanın gücləndirici dozası olan “ Booster” dozası tətbiq edilmişdir.
Qəbələ RMX PHŞ-ə xəstə gəlişlərinin sayı 341673 nəfər, EKQ müayinələrinin sayı 16519, stasionar şöbəyə daxil olan xəstələrin sayı 3178 nəfər, aparılmış cərrahiyyə əməliyyatlarının sayı 1087, şüa diaqnostika şöbəsində USM müayinələrinin sayı 7244, kompüter tomoqrafik müayinələrin sayı 1475, rentgen müayinələrin sayı 27119 fizioterapiya və tibbi bərpa şöbəsində prosedurların sayı 16340 olmuşdur. Kliniki laboratoriyada 713204 növ müayinə aparılmışdır.
Qəbələ Rayon Gigiyena və Epidemiologiya Mərkəzi ilin əvvəlindən yoluxucu xəstəliklərin qarşısının alınması, sanitar profilaktiki tədbirlərin həyata keçirilməsi məqsədi ilə ayrı-ayrı sahələr üzrə kompleks tədbirlər həyata keçirmişdir. 2022-ci il ərzində profilaktik peyvəndlərdən hepatit “B”-ə qarşı 920 peyvənd, Göyöskürək, Difteriya və Tetanusa qarşı 806 peyvənd, Qızılça, Parotit, Məxmərəyə qarşı 2014 peyvənd, Polimelitə qarşı 3522 peyvənd, 6 yaşlı uşaqlar arasında Difteriya və Tetanusa əleyhinə 1109 peyvənd, Pk 3522, İPV 1133, HİB 2351, doğumun 4-7 günlərində 946 uşağa BSJ peyvəndi edilmişdir. Aparılmış profilaktik tədbirlərin nəticəsidir ki, son 10 il ərzində rayonda uşaqlar arasında difteriya, göy öskürək, tetanus, qızılça, parotit, məxmərək kimi idarə oluna bilən yoluxucu xəstəliklər qeydə alınmamışdır.
Qəbələ rayon Gənclər və İdman İdarəsi tərəfindən cari il ərzində 66 tədbir keçirilmişdir. Bunlardan 40 tədbir gənclərlə iş sahəsini, 26 tədbir isə kütləvi bədən tərbiyəsi və idman sahəsini əhatə edir.
Hesabat dövrü ərzində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin xətti ilə keçirilən tədbirlərdə bir sıra nailiyyətlər əldə olunmuşdur.
14-16 yanvar 2022-ci il tarixlərdə sambo idman növü üzrə keçirilən ölkə birinciliyi və çempionatında Qismət Məmmədzadə, İbrahim İsayev və Murad Bəşirov III yeri tutmuşlar.
13-16 yanvar 2022-ci il tarixlərdə Bakı şəhərində keçirilən cüdo idman növü üzrə 18 yaşa qədər yeniyetmələr arasında Azərbaycan birinciliyində Tamerlan Cabbarov qızıl medal qazanaraq çempion olmuşdur.
25-27 fevral 2022-ci il tarixlərdə Bakı şəhərində keçirilən cüdo idman növü üzrə U-21 gənclər arasında Azərbaycan birinciliyində Gülşən Bəşirova gümüş medal qazanmışdır.
26-28 fevral tarixində Polşanın paytaxtı Varşavada keçirilən cüdo üzrə açıq Avropa turnirində İmran Yusifov bürünc medala sahib olmuşdur.
07-13 mart tarixlərdə boks idman növü üzrə yeniyetmələr arasında Bakı şəhərində keçirilən ölkə birinciliyində Devran Qafarov və Ramal Yolçuyev bürünc medal qazanmışdır.
09-10 aprel tarixdə stronqmen idman növü üzrə keçirilən ölkə çempionatında Sənan Şükürov I yeri, 18-22 aprel 2022-ci il tarixlərdə sərbəst güləş idman növü üzrə U-17 (yeniyetmələr arasında) keçirilən ölkə çempionatında isə Fariz Tahirov III yeri tutmuşdur.
03-05 iyun tarixdə MMA, pankration və qrapplinq idman növü üzrə keçirilən ölkə çempionatında Qəbələ idmançılarından Nurməhəmməd Sadıqov və Mətin Muradov II yer, Cəsur Xurşudov III yer tutmuşlar.
06-08 iyunda Bakı şəhərində sərbəst güləş idman növü üzrə U-15 ölkə çempionatında Rəşad Veysəlov I yeri tutmuşdur.
09-11 iyun tarixdə taekvondo idman növü üzrə yeniyetmələr və gənclər arasında keçirilən “Koreya səfiri kuboku” turnirində Toğrul Qafarlı II yerə layiq görülmüşdür.
14-22 iyunda şahmat məsələlərinin əyani həlli üzrə keçirilən Azərbaycan çempionatında Araz Alməmmədov II və Aydan Hüseynzadı III yeri tutmuşdur.
18-19 iyunda idmanın müxtəlif növləri üzrə keçirilən “Qələbə” idman festivalında nərd üzrə Aslan Dəmirov II yerə layiq görülmüşdür.
23-26 iyunda Stronqmen idman növü üzrə keçirilən İPSU Avrasiya çempionatında Sənan Şükürov I yeri tutmuşdur.
09 apreldə Nə? Harda? Nə vaxt? İntelektual oyunu üzrə keçirilən “Qalib Gəncliyimizin Zəfər Kuboku” layihəsinin final mərhələsində Qəbələ komandası II yerə, 28 apreldə keçirilən “Şahin” hərbi-idman oyununun zona birinciliyi9ndə komandamız I yerə layiq görülmüşdür.
13 mayda “Sərhəd” hərbi-idman oyununun zona birinciliyindı Qəbələ komandası II yeri, “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının zona birinciliyində isə komandamız I yeri tutmuşdur.
13-16 oktyabrda Strich Curi və Streetlifting idman növləri üzrə keçirilən Respublika kubokunda Sənan Şükürov I yeri tutmuşdur.
20-24 oktyabr tarixində Latviyanın paytaxtı Riqada keçirilən yeniyetmə cüdoçular arasında qitə kubokunda Tamerlan Cabbarov gümüş medala sahib olmuşdur.
20-27 noyabr 2022-ci il tarixdə Strongman-StricCurl idman növündə Qırğızıstan Respublikasının paytaxtı Bişkek şəhərində keçirilən dünya çempionatında 90 kq çəkidə Qəbələ idmançısı Sənan Şükürov I yeri tutmuşdur.
15-22 dekabr 2022-ci il tarixdə gənclər arasında boks idman növü üzrə keçirilən ölkə birinciliyində Ramal Yolçuyev gümüş medal qazanmış və məşqçi-müəllim Ramiz Mirekamalov “ən yaxşı məşqçi” adına layiq görülmüşdür.
“Qəbələ Olimpiya İdman Kompleksi” MMC öz işini 2022-ci il ərzində idmanın inkişaf etdirilməsi, olimpiya hərəkatının genişləndirilməsi, gənclərin müntəzəm şəkildə idmana cəlb olunması, əhalinin bütün təbəqələri arasında sağlam həyat tərzinin formalaşdırılması və s. ilə bağlı fəaliyyət istiqamətləri üzrə təşkil etmişdir. Hesabat dövrü ərzində kompleksin xidmətlərindən 1582 nəfər istifadə edmişdir.
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində 2022-ci ildə ( 2021-2022-ci il tədris ilində) 816 nəfər tələbə təhsil almışdır. Tədris ilini bitirən məzunların sayı 291 nəfər, keçid qruplarında tələbələrin sayı 289 nəfər olmuş, Mərkəzi tam orta təhsil almaqla 45 tələbə bitirmişdir.
Qəbələ Regional QHT-lərin Resurs və Təlim Mərkəzinin regiondakı fəaliyyət imkanlarından Milli QHT-lər faydalanmışlar. Mərkəzlə 2022-ci il ərzində 23 milli QHT əməkdaşlıq edərək vətəndaş cəmiyyətinin inkişafına xidmət edən layihələr həyata keçirmişlər.
Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzində ehtiyacı olan şəxslərlə aktiv terapiya məşğələsi, psixoloji konsultasiya, inkişafetdirici məşğələ, loqopedik məşğələ, dil məşğələsi, rəqs məşğələsi və s. xidmətlər göstərilmişdir.
2022-ci il ərzində Qəbələ Rayon İcra Hakimiyyəti başçısı aparatına daxil olan bütün müraciətlərə mövcud qanunvericiliyin tələblərinə uyğun baxılaraq icrasına ciddi nəzarət olunmuşdur.
Bu müddət ərzində rayon icra hakimiyyətinə ümumilikdə 1643 müraciət daxil olmuşdur. Onlardan 307-i Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına, 9-u Azərbaycan Respublikasının Milli Məclisinə, 14-ü Nazirlər Kabinetinə 55-i digər təşkilatlara, 1258-i isə birbaşa vətəndaşlar tərəfindən rayon icra hakimiyyətinə ünvanlanmışdır.
Müraciətlərin 949-u həll edilmiş, 61-i qismən təmin edilmiş, 602-nə müvafiq izahat verilmiş, 32-si isə icradadır. O cümlədən 19 müraciət təkrar, 53-ü isə kollektiv müraciət olmuşdur.
Daxil olan müraciətlər əsasən fərdi yaşayış evlərinin tikintisinə razılığın verilməsi, ictimai işlə təmin olunma, ünvanlı dövlət sosial yardımın təyin olunması, mənzillə təmin olunma, birdəfəlik maddi yardımın göstərilməsi, kənd təsərrüfatı üçün torpaq sahəsinin ayrılması, fərdi yaşayış evlərinin təmirinə və tikintisinə köməklik göstərilməsi, içməli və suvarma suyunun verilməsi, həyətyanı torpaq sahələrinin ayrılması, kənd və kəndarası yolların təmiri, odun yanacağının verilməsi, fərdi yaşayış evlərinin qazlaşdırlıması, elektrik xətlərinin yenilənməsi və digər məsələlərlə bağlı olmuşdur.
Qəbələ RİH başçısı aparatında bundan sonra da daxil olan bütün müraciətlərə həssaslıqla yanaşılaraq normativ-hüquqi aktların tələblərinə uyğun olaraq baxılması və cavablandırılması təmin ediləcəkdir.
F Ə A L İ Y Y Ə T
İNFORMASİYA TƏMİNATI VƏ TƏHLİL SEKTORU
Fəaliyyət istiqamətləri
Yerli İcra Hakimiyyətlərində informasiya təminatı və təhlili işlərinin təkmilləşdirilməsi sahəsində bu Əsasnamə ilə verilmiş səlahiyyətləri daxilində tədbirləri həyata keçirmək;
Yerli İcra Hakimiyyətlərində tətbiq edilən informasiya texnologiyaları və proqram təminatı ilə bağlı araşdırmalar və tədqiqatlar aparmaq;
İnformasiya proseslərinin əlaqələndirilməsini, bu sahədə təkliflərin hazırlanmasını, informasiya texnologiyaları və kommunikasiya sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin etmək;
Sektor fəaliyyətini Yerli İcra Hakimiyyətinin aidiyyəti struktur vahidləri və bölmələri, habelə digər yerli dövlət orqanları və təşkilatları ilə əlaqəli şəkildə qurur;
Rayon İcra Hakimiyyətinin rəsmi internet saytında məlumatların yerləşdirilməsini və daimi yenilənməsini təmin etmək;
Qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.
Vəzifələri
Yerli İcra Hakimiyyətlərində məlumat cədvəllərinin tərtib olunmasını, təhlil edilməsini, Prezident Administrasiyasının bazasına ötürülməsini və görülmüş işlər barədə hesabatın hazırlanmasını təmin etmək;
Yerli İcra Hakimiyyətlərində istifadə olunan digər proqram təminatlarının təkmilləşdirilməsini təmin etmək məqsədilə müvafiq qurumlarla qarşılıqlı işi təşkil etmək;
İnformasiya təminatı və təhlil sahəsində təkmilləşdirmə məqsədilə yeni meyarların müəyyən edilməsi ilə bağlı İcra başcısına təkliflər hazırlamaq;
Yerli İcra Hakimiyyətlərində mövcud olan proqram təminatının işlək vəziyyətdə olmasını təmin etmək, profilaktik tədbirlər həyata keçirmək məqsədilə müvafiq xidmətləri göstərən müvafiq qurumlarla qarşılıqlı işi qurmaq;
Müvafiq sahədə normativ tənzimləməni həyata keçirmək, informasiya təminatı və təhlil ilə bağlı beynəlxalq təcrübəni öyrənmək və onun tətbiqi ilə bağlı təkliflər hazırlamaq;
İnformasiya təminatı və təhlil sahəsi üzrə analoji olaraq müvafiq qurumlarla, digər struktur bölmələri və vahidləri arasında işi əlaqələndirmək;
Yerli icra hakimiyyətinin əhatə dairəsinə aid rayonun sosial-iqtisadi inkişafında rayon ərazisində fəaliyyət göstərən müəssisə və təşkilatların rolunu və onlarla koordinasiyalı işi təhlil etmək və onların nəticəsi barədə İcra başçısına təkliflər vermək; İnformasiya təminatı və təhlil işləri ilə bağlı aidiyyəti məlumatların təqdim edilməsi ilə məşğul olan müvafiq qurumlarla koordinasiyanı təmin etmək;
İnformasiya təminatı və təhlil sahəsində mövcud normativ hüquqi aktların icrasına nəzarət etmək, yeni metodik tövsiyyələri işləyib hazırlamaq;
Sektor əməkdaşlarının müasir informasiya təminatı və təhlili sahəsində müxtəlif qurumlar tərəfindən təşkil edilmiş konfrans, seminar və digər tədbirlərdə iştirakı barədə təkliflər hazırlamaq;
Qanunvericiliyə uyğun olaraq özündə dövlət sirrini ehtiva edən məlumatların qorunmasını təmin etmək;
Yerli İcra Hakimiyyətlərində informasiya təhlükəsizliyinin qorunmasının təmin edilməsi məqsədi ilə müvafiq tədbirlər görmək;
Rayon İcra Hakimiyyətinin rəsmi internet saytında məlumatların yerləşdirilməsini və daimi yenilənməsini təmin etmək, saytın təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək;
Fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.
ƏRAZİ İDARƏETMƏ VƏ YERLİ ÖZÜNÜİDARƏETMƏ ORQANLARI İLƏ İŞ ŞÖBƏSİ
Fəaliyyət istiqamətləri
Ərazidə fəaliyyət göstərən inzibati ərazi dairəsi və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərlə, bələdiyyələrlə, habelə dövlət orqanları və qeyri-hökümət təşkilatları ilə yerli icra hakimiyyətinin qarşılıqlı fəaliyyətini həyata keçirmək;
İnzibati ərazi və sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklərin fəaliyyətini istiqamətləndirmək;
Azərbaycan Respublikasının Seçki Məcəlləsi ilə yerli icra hakimiyyətlərinə həvalə edilmiş vəzifələrin həyata keçirilməsini təmin etmək;
“Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”yə əsasən yerli icra hakimiyyəti başçısı tərəfindən şöbəyə həvalə olunmuş digər vəzifələri həyata keçirmək.
Şöbə öz fəaliyyətini yerli icra hakimiyyətinin aidiyyatı struktur vahidləri və ərazidə fəaliyyət göstərən dövlət orqanları ilə əlaqəli şəkildə qurur.
Vəzifələri
Rayon ərazisində ona həvalə edilmiş vəzifələrə uyğun olaraq idarəetmə fəaliyyətini həyata keçirmək və icra hakimiyyəti başçısının tapşırıqlarını yerinə yetirmək;
Rayon ərazisində vətəndaşların hüquq və azadlıqlarının müdafiəsini və həyata keçirilməsini təmin etmək;
Rayon ərazisində fəaliyyət göstərən mərkəzi icra hakimiyyəti orqanlarının yerli qurumları və digər qurumlarla, habelə bələdiyyələr və qeyri-hökümət təşkilatları ilə və digər təşkilatlarla yerli icra hakimiyyətinin qarşılıqlı fəaliyyətini təmin etmək;
Azərbaycan Respublikasının Seçki Məcəlləsinin 35.2–ci, 46.4-cü, 46.5-ci, 46.15-ci, 87.6-cı və 98.1-ci maddələri ilə yerli icra hakimiyyətlərinə həvalə edilmiş vəzifələri yerinə yetirmək;
“Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, dövlət sirrinin, məxfilik rejiminin qorunması üçün zəruri tədbirlər görmək;
Rayon İcra Hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə nümayəndəlikləri və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin fəaliyyətinə nəzarəti həyata keçirmək;
İnzibati ərazi dairəsi üzrə nümayəndəliklərdə və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərdə vətəndaşların qəbulunu, onların ərizə, təklif və şikayətlərinə “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada və müddətlərdə baxılmasına və onlara cavab verilməsinə nəzarət etmək;
İnzibati və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərdə informasiyanın qorunması sahəsində tədbirlərin həyata keçirilməsinə nəzarəti həyata keçirmək;
Yerlərdə yerli icra hakimiyyəti başçısının səyyar qəbullarını təşkil etmək, icra hakimiyyətinin səlahiyyətlərinə aid məsələlərlə bağlı idarə, müəssisə və təşkilatların, yaşayış yeri üzrə nümayəndələrin qəbulunu təşkil etmək;
Rayon İcra Hakimiyyəti başçısı tərəfindən təsdiq edilmiş perspektiv iş planları əsasında şöbəyə aid məsələlərlə əlaqədar icra hakimiyyətinin fəaliyyətini təşkil etmək;
“İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş qaydada öz səlahiyyətləri daxilində informasiyanın əldə edilməsinə şərait yaratmaq;
İcra Hakimiyyətinin fəaliyyətinin təkmilləşdirilməsi ilə əlaqədar icra hakimiyyəti başçısına təkliflər vermək;
Mərkəzi icra hakimiyyətlərinin yerli qurumları, dövlətə məxsus müəsissələrin və səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan səhmdar cəmiyyətlərin rayon ərazisində fəaliyyət göstərən yerli qurumları, bələdiyyələr və ərazi nümayəndəlikləri ilə birlikdə ərazilərin sosial-iqtisadi vəziyyətini təhlilində, inkişaf meyllərinin müəyyənləşdirilməsində və proqnozlaşdırılmasında, sosial sifarişlərin öyrənilməsi işinin təşkilində iştirak etmək;
Ərazi dairələrində sanitar-epidomoloji şəraitin yaxşılaşdırılmasında, ətraf mühitin qorunmasında, ekoloji təhlükəsizliyin təmin edilməsində, məişət tullantılarının yığışdırılması və daşınması işinin təşkilində iştirak etmək;
Ərazi dairələrində kommunal təsərrüfatı və mənzil istismar sahələrinin idarə olunmasının təşkilində, dövlət mənzil fondunun və qeyri-yaşayış sahələrinin saxlanması və idarə olunmasında, yaşayış məntəqələrinin abadlaşdırılması və yaşıllaşdırılması işinin təşkilində iştirak etmək;
Rayonun qəsəbə və yaşayış məntəqələrinin baş planlarının hazırlanmasında iştirak etmək;
Təhsil sisteminin, səhiyyə və mədəniyyət sahələrinin, turizmin və idmanın inkişafı üzrə dövlət proqramlarının hazırlanmasında iştirak etmək və bu barədə icra hakimiyyəti başçısına təkliflər vermək;
Şöbə inzibati və sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklərdə korrupsiya hallarının qarşısının alınması üçün tədbirlər görmək;
“Hərbi çağırış və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq inzibati və sahə inzibati ərazi dairələrində ilkin hərbi qeydiyyata alınmalı olan vətəndaşların siyahılarının təqdim olunmasında və hərbi vəzifəlilərin çağırış üzrə vaxtında gəlməsinə köməklik göstərmək;
İnzibati və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərdə evakuasiya işinin təşkilində, baş vermiş təbii fəlakətlərin və fövqəladə halların nəticələrinin aradan qaldırılmasında iştirak edir, əhalinin təhlükəsizliyinin təmin olunması və zərər çəkmiş insanlara yardım göstərilməsi məqsədilə aidiyyatı üzrə təkliflər vermək;
Azərbaycan Respublikasının 2006-cı il 8 dekabr tarixli 195-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinin aparılması və onlara şəhadətnamənin verilməsi haqqında Əsasnamə”yə və Azərbaycan Respublikasının 2009-cu il 29 dekabr tarixli 936-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyələrin Dövlət reyestrinin aparılması və onlara şəhadətnamənin verilməsi haqqında Əsasnamə”yə uyğun olaraq, ərazi vahidlərinin Dövlət reyestrinin və bələdiyyələrin Dövlət reyestrinin formalaşdırılmasında, habelə ərazi vahidlərinin və bələdiyyələrin xəritələrinin hazırlanmasında iştirak etmək.
HÜQUQ ŞÖBƏSİ
Fəaliyyət istiqamətləri
- Azərbaycan Respublikasının Konstitusiyasının tələblərinin, qanunlarının, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri və bu Əsasnaməni, Yerli İcra Hakimiyyəti Başçısının sərəncamlarının yerinə yetirilməsini təmin etmək, Yerli İcra Hakimiyyətinin şöbə və digər strukturlarının, eləcə də rayon ərazisində fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların, vəzifəli şəxslərin, vətəndaşların həmin qanunlara və normativ aktlara əməl etmələri barədə məlumatlar almaq, hüquq qaydalarının, vətəndaşların hüquq və azadlıqlarının qanuni mənafelərinin qorunmasını təmin etmək, qanun pozuntularının qarşısını almaq sahəsində təkliflər hazırlamaq;
- Müvafiq ərazidə ictimai asayişin qorunması, kriminogen vəziyyət, habelə vətəndaşların hüquq və azadlıqlarının, qanuni mənafelərinin qorunmasının təmin olunması haqqında məhkəmə, ədliyyə, prokurorluq, polis orqanlarından və digər aidiyyəti qurumlardan məlumatlar almaq;
- Müvafiq ərazidə hüquqpozmaların profilaktikası, ictimai təhlükəsizliyin qorunması və əhalinin və həyat üçün mühüm obyektlərin təhlükəsizlik səviyyəsinin yüksəldilməsi sahəsində tədbirlərin həyata keçirməsinə təkliflər vermək və bununla əlaqədar müvafiq qurumlardan mütəmadi məlumatlar tələb etmək;
- Müvafiq ərazidə yerləşən mülki müdafiə obyektlərinin daim hazır vəziyyətdə saxlanılması vəziyyətini öyrənmək və nəticəsi barədə müvafiq tədbirləri həyata keçirmək;
- Yerli İcra Hakimiyyətinin başçısının hüquq mühafizə orqanları üzərində səlahiyyətinin keçirilməsini təmin etmək;
- Rayon hüquq mühafizə orqanları ilə birlikdə cinayətkarlığın və hüquq qaydalarının pozulması faktlarının qarşısının alınması üçün tədbirlər həyata keçirir və bu sahə ilə bağlı vacib məsələlərin Yerli İcra Hakimiyyətinin iclasında müzakirə edilməsi üçün təkliflər vermək;
- Öz səlahiyyəti daxilində vətəndaşların təkliflərinə, ərizə və şikayətlərinə baxmaq, idarə, müəssisə və təşkilatlarda qanunların icrasının vəziyyətini yoxlayır, yoxlamanın nəticələri barədə Aparatın iclasında müzakirə üçün təkliflər vermək;
- Pasport rejiminə əməl olunmasına, qanunla müəyyən edilmiş hallarda inzibati təsir tədbirləri görülməsini, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı barədə məlumatlar almaq və təhlil etmək, yanğına qarşı təhlükəsizliyin təmin edilməsi, hərbi çağırış kompaniyalarının təşkili sahəsində Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərinin həyata keçirilməsini təmin etmək.
Vəzifələri
- Yerli icra hakimiyyəti başçısının razılığı ilə qanunçuluğun və hüquq qaydalarının möhkəmlənməsi sahəsində tədbirlər hazırlamaq və onların həyata keçirilməsini təmin etmək;
- Cinayətkarlığa və ictimai qaydaların pozuntusu ilə mübarizədə hüquq-mühafizə orqanlarının işinə köməklik etmək;
- Yerli icra kakimiyyətinin şöbə və digər strukturlarında hazırlanmış sərəncam layihələrinin və digər hüquqi xarakterli sənədlərin qanunamüvafiq olmasını araşdırmaq və rəy vermək;
- Yerli İcra Hakimiyyətinin şöbə və digər strukturlarında qanunçuluğa əməl edilməsini təmin etmək üçün tədbirlər hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;
- Faktiki olaraq hüquqi qüvvəsini itirmiş sərəncamların və digər normativ aktların dəyişdirilməsi və ya ləğv edilməsi barədə müstəqil surətdə və yaxud başqa şöbələrlə birlikdə təkliflər hazırlamaq;
- Yerli icra hakimiyyətinin şöbə və digər strukturlarının işçilərinə hüquqi məsələlərə dair məsləhətlər vermək;
- Yerli İcra Hakimiyyətinin şöbə və digər strukturlarında normativ sənədlərin uçotu və saxlanması vəziyyətini araşdırır və bu işdə onlara metodiki yardım göstərmək;
- Yerli İcra Hakimiyyətinin şöbə və digər strukturları ilə birlikdə onların fəaliyyətinə aid olan normativ sənədlərin öyrənilməsini təşkil etmək;
- Yerli İcra Hakimiyyətinin şöbə və digər strukturlarında hüquq xidmətinə metodik rəhbərliyi həyata keçirmək, hüquqi işlərin təşkilində və görülməsində onlara yardım etmək;
- Məhkəmə prosesində aidiyyəti üzrə işlərə baxılarkən qanunda nəzərdə tutulmuş qaydada Rayon İcra Hakimiyyətinin mənafeyini müdafiə etmək.
İCTİMAİ-SİYASİ VƏ HUMANİTAR MƏSƏLƏLƏR ŞÖBƏSİ
Fəaliyyət istiqamətləri
- Müvafiq sahədə İctimai-siyasi və humanitar siyasətin formalaşmasında iştirak etmək və bu siyasətin həyata keçirilməsini təmin etmək;
- Qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.
Vəzifələri
Rayon ərazisində fəaliyyət göstərən kütləvi informasiya vasitələri, siyasi partiyalar, dini qurumlar və qeyri-hökumət təşkilatları ilə əlaqələr qurmaq və müvafiq işin aparılması, təhsil sisteminin inkişafını təmin edən dövlət proqramlarının layihələrinə dair rayon icra hakimiyyəti başçısına təkliflər vermək və proqramın həyata keçirilməsinə nəzarət etmək, rayonun ictimai-siyasi və humanitar vəziyyətini təhlil edərək müvafiq təkliflər hazırlamaq və aidiyyatı mərkəzi icra hakimiyyəti orqanlarına təqdim etmək;
Rayonun ərazisində vətəndaşların təhsil almaq hüquqlarının həyata keçirilməsi istiqamətində işlər aparmaq, məktəbdənkənar təhsil müəssisələrinin, uşaq evlərinin, uşaq, gənclər və elmi-maarifçilik təşkilatlarının işinə kömək göstərmək, məktəbəqədər (həmçinin uşaq evlərində), ümumi, məktəbdənkənar, ilk peşə-ixtisas, orta ixtisas, əlavə təhsilin inkişafı və icbari ümumi orta təhsilin təşkili üçün təkliflər vermək;
- Rayon ərazisində uşaqların təhsilə cəlb edilməsi haqqında məlumatların toplanması və təhlili işini təşkil etmək, əhalinin təhsil müəssisələrinə tələbatını müəyyənləşdirmək, təhsildən kənarda qalanların təhsilə cəlb edilməsi istiqamətində təkliflər hazırlamaq, təhsilin inkişaf səviyyəsi barədə əhalinin məlumatlandırılması işini təşkil etmək, dövlət təhsil müəssisələri şəbəkəsinin inkişafına dair təklifləri rayon icra hakimiyyətinin başçısına təqdim etmək;
- Rayon ərazisində uşaq və gənclərin ictimai birliklərinin fəaliyyətini dəstəkləmək, gənclər təşkilatları tərəfindən yaradıcılıq tədbirlərinin keçirilməsinə kömək göstərmək;
- Rayonun ərazisində mədəniyyət sahəsində dövlət siyasətinin həyata keçirilməsinə nəzarət etmək, mədəniyyət sahəsinin inkişafının təhlili və proqnozlaşdırılması işini təşkil etmək, mədəniyyət xidmətinin səviyyəsinin yüksəldilməsi istiqamətində tədbirlər görmək, mədəniyyət və incəsənətin inkişafına dair dövlət proqramlarının layihələrinə dair təkliflər vermək və həmin proqramların rayon ərazisində icrasını təmin etmək, müvafiq təklifləri rayon icra hakimiyyətinin başçısına təqdim etmək;
- Rayon ərazisində dövlət mədəniyyət müəssisələrinin inkişafına və digər mədəniyyət müəssisələrinin fəaliyyətinə kömək göstərmək, tarix, mədəniyyət, təbiət və mədəni irs obyektlərinin qorunması və mədəni-maarif idarələrinin işini təşkil etmək, kitabxana xidmətinin təşkilinə nəzarət etməyi həyata keçirmək;
- Rayon ərazisində turizm və istirahət obyektlərinin fəaliyyətinin dəstəklənməsi və turizmin inkişafı sahəsində dövlət siyasətinin həyat keçirilməsi sahəsində rayon icra hakimiyyəti başçısının tapşırıqlarına nəzarət etmək;
- Rayonda dini qurumların işini diqqət mərkəzində saxlamaq, dini durumun sabitliyini və dini etiqad azadlığı sahəsində Azərbaycan Respublikasının Konstitusiyası prinsiplərinin qorunmasının təmin edilməsi, qeyri-ənənəvi destruktiv təriqətlərə və dini cərəyanlara qarşı müvafiq qurumlarla birlikdə sistemli işin təşkil edilməsi, dini təyinatlı ədəbiyyatın, əşyaların və dini məzmunlu başqa məlumat materiallarının ixtisaslaşdırılmış satış məntəqələrindən kənarda satışının, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən dini təbliğat aparılmasının qarşısının alınması istiqamətində təklifləri rayon icra hakimiyyətinin başçısına təqdim etmək;
- Rayon ərazisində yaşayanların sağlamlığının qorunması hüququnun həyata keçirilməsinə kömək göstərmək, qanvermə hərəkatının və sağlam həyat tərzinin təbliği istiqamətində tədbirlər görmək, əhalinin sağlamlığının qorunması üzrə dövlət proqramlarının rayon ərazisində icrasına nəzarət etmək;
- Rayon ərazisində narkomanlığa qarşı profilaktik tədbirlərin həyata keçirilməsinə kömək göstərmək.
SOSİAL-İQTİSADİ İNKİŞAFIN TƏHLİLİ VƏ PROQNOZLAŞDIRILMASI ŞÖBƏSİ
Fəaliyyət istiqamətləri
- Rayonda sosial-iqtisadi siyasətin formalaşmasında iştirak etmək və bu siyasətin həyata keçirilməsinin icrasını təmin etmək;
- Rayonun inkişafı məqsədilə təhlillərin aparılmasını və proqnozlaşdırılması işini təmin etmək;
- Qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.
Vəzifələri
- Mərkəzi icra hakimiyyəti orqanlarının, dövlətə məxsus müəssisələrin və səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan səhmdar cəmiyyətlərinin müvafiq ərazidə fəaliyyət göstərən yerli qurumları ilə, habelə bələdiyyələr və digər təşkilatlarla birlikdə rayonun (şəhərin) sosial-iqtisadi vəziyyətini təhlil etmək, inkişaf meyillərinin müəyyənləşdirilməsi, sosial-iqtisadi inkişafın proqnozlaşdırılması və planlaşdırılması (bundan sonra - müvafiq sahədə), əhalinin sosial əhəmiyyətli sifarişlərinin öyrənilməsi işini təşkil etmək, ərazinin sosial-iqtisadi inkişafına dair təkliflər hazırlamaq və aidiyyəti mərkəzi icra hakimiyyəti orqanlarına təqdim etmək;
- Regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqram və konsepsiyalarının hazırlanmasına dair təkliflər verir, müvafiq ərazidə onların həyata keçirilməsini təmin edir, icrası barədə İcra başçısına məlumat vermək və illik hesabatlar təqdim etmək;
- Rayonun sosial-iqtisadi inkişafına dair göstəriciləri əks etdirən məlumat bazasının formalaşmasını və yeniləşdirilməsini təmin etmək;
- Şöbənin işi ilə bağlı aidiyyatı məlumatlar üzrə hesabat göstəricilərini hazırlamaq və hesabatların tərtib edilməsi qaydalarını müəyyənləşdirmək, izahat məktublarının və digər sənədlərin hazırlanmasında iştirak etmək, təqdim edilmiş hesabat məlumatları əsasında təhlillər aparmaq və nəticəsindən asılı olaraq qanunamüvafiq tədbirlər görmək;
- Zərurət yarandıqda yerli icra strukturlarının və digər müvafiq sahəyə aid bölmələrin fəaliyyətini müxtəlif parametrlər üzrə təhlilini aparmaq;
- Müvafiq dövlət strukturlarının və təsərrüfat subyektlərinin məlumatlarına əsasən müxtəlif informasiya bazalarını yaratmaq;
- Ölkənin makroiqtisadi göstəricilərinin təhlili əsasında inzibati-ərazi vahid üzrə sosial iqtisadi potensialı müəyyənləşdirmək, onları səciyyələndirən göstəricilər sistemini hazırlamaq, iqtisadi artım tempinin dəyişməsinə təsir edən amilləri müəyyən edən hesablamaları aparmaq, habelə iqtisadi proqnozlaşdırma üsullarını müəyyən etmək;
- Rayonun maliyyə, vergi və büdcə sahələrində dövlət siyasətinin həyata keçirilməsi üçün tədbirlər görmək;
- Rayonda istehlak bazarı, sahibkarlığın inkişafı və dəstəklənməsi sahələrində dövlət siyasətinin həyata keçirilməsi üçün tədbirlər görmək;
- Vətəndaşların hüquqlarının və qanuni mənafelərinin pozulmasını doğuran səbəb və şəraitin aradan qaldırılması üçün səlahiyyətləri daxilində tədbirlər görmək və yerli icra hakimiyyətinin başçısına təkliflər vermək;
- Qanunvericiliyə uyğun olaraq digər vəzifələri həyata keçirmək.
SƏNƏDLƏRLƏ VƏ VƏTƏNDAŞLARIN MÜRACİƏTLƏRİ İLƏ İŞ ŞÖBƏSİ
Fəaliyyət istiqamətləri
- Rayon İcra Hakimiyyətinin başçısı Aparatında, inzibati ərazi dairələri üzrə nümayəndəliklərdə, sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklərdə, yerli icra hakimiyyəti başçısının yanında olan qurumlarda və tabeliyində olan hüquqi şəxslərdə vətəndaşların qəbulunu, onların ərizə, təklif və şikayətlərinə “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada və müddətlərdə baxılmasını və onlara cavab verilməsini təmin etmək;
- Müvafiq ərazidə arxiv işi üzrə dövlət idarəetməsini həyata keçirmək, yerli icra hakimiyyəti başçısının aparatında, inzibati ərazi dairələri üzrə nümayəndəliklərində, sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklərində, yanında olan qurumlarda və tabeliyində olan hüquqi şəxslərdə arxiv işini təşkil etmək, o cümlədən sənədlərin saxlanmasını, qorunmasını, müəyyən olunmuş müddətlərdə nomenklatura uyğun seçilərək Dövlət Arxivinə təhvil verilməsini təmin etmək;
- “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, dövlət sirrinin və məxfilik rejiminin qorunması üçün zəruri tədbirlər görmək;
- İcra hakimiyyətinin fəaliyyəti nəticəsində əldə olunmuş məlumatların sərəncamçısı səlahiyyətini həyata keçirmək, həmçinin bu məlumatların səlahiyyət olmadan əldə edilmək, məhv edilmək, modifikasiyalaşdırılmaq, bloklaşdırılmaq, başqasına ötürülmək, yayılmaq, surəti çıxarılmaq kimi hallardan qorunmasını təşkil etmək;
- İcra hakimiyyətində istifadə edilən dövlət informasiya resurslarının və sistemlərinin təhlükəsizliyini təmin etmək, yanında olan qurumlarda və tabeliyində olan hüquqi şəxslərdə məlumatların qorunması ilə bağlı işin təşkilinə və həyata keçirilməsinə nəzarət etmək;
- Dövlət informasiya sisteminin istismarı, informasiya-telekommunikasiya şəbəkəsindən istifadə və yerli icra hakimiyyəti başçısının aparatında, inzibati ərazi dairələri üzrə nümayəndəliklərində, sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklərində, yanında olan qurumlarda və tabeliyində olan hüquqi şəxslərdə informasiyanın qorunması sahəsində tədbirlərin həyata keçirilməsini təmin etmək;
- İcra hakimiyyəti orqanları işçilərinin ixtisaslarının artırılması və ehtiyat kadrların hazırlanması üçün tədbirlər görmək;
- Dövlət Qulluğu Haqqında Azərbaycan Respublikasının Qanununa və Əmək Məcəlləsinə müvafiq olaraq kadr işlərini həyata keçirmək;
- Qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərmək.
Vəzifələri
- Vətəndaşlardan, dövlət hakimiyyəti orqanlarından, idarə, təşkialat və müəssisələr, siyasi partiya, ictimai birlik və mülkiyyət formasından asılı olmayaraq hüquqi şəxslərdən aparata daxil olan xidməti sənədlər, habelə başqa korrespondensiyalar qəbul etmək, qeydiyyatdan keçirmək;
- Daxil olmuş sənədlərin RİH başçısının dərkənarına uyğun olaraq aparatın müvafiq struktur bölmələrinə çatdırılmasını təmin və icrasına nəzarət etmək;
- İcra hakimiyyətinin başçısının müvafiq dərkənarı ilə icra edilmiş sənədi materiala aid olan sənədlərlə birlikdə işə tikmək;
- RİH başçısı yanında Şura iclaslarının və digər müşavirələrin keçirilməsinin təşkil edilməsi;
- RİH başçısı yanında Şuranın, RİH başçısı Aparatının İş planının şöbələrlə birlikdə hazırlanmasına rəhbərlik etmək;
- Məxfi qrifli sənədlərlə iş;
- Milli Arxiv Fondu Haqqında Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq sənədlərin Dövlət Arxivinə təhvil verilməsi;
- Qəbul qrafikinə uyğun olaraq vətəndaşların qəbulunun həyata keçirilməsinin təşkil edilməsi.
Memarlıq və tikinti şöbəsi
Fəaliyyət istiqamətləri
- Müvafiq ərazidə yerləşən, ümumi istifadədə və balansında olan avtomobil yollarının təmiri və saxlanılması işlərini təşkil etmək, ərazidə olan digər avtomobil yollarının təmiri və saxlanılması barədə aidiyyəti qurumlar qarşısında məsələ qaldırılması istiqamətində tədbirlər görmək;
- Müvafiq ərazidə mənzil-kommunal təsərrüfatı və mənzil istismarı sahəsində fəaliyyət göstərən, yaşıllaşdırma və işıqlandırma işlərini yerinə yetirən qurumlara (mənzil-kommunal istismarı və mənzil istismarı sahələri də daxil olmaqla) icrası məcburi olan tövsiyyələr vermək;
- Mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq, istifadəsində, idarəçiliyində və ya təsərrüfatında istilik təchizatı mənbələri olan istismar təşkilatları və müəssisələri tərəfindən əhaliyə xidmət edən mühəndis şəbəkəsinin və kommunikasiyaların fasiləsiz işinə və təmirinə nəzarəti həyata keçirmək;
- Müvafiq ərazidə dövlətə məxsus müəssisələrin və digər təşkilatların mühəndis-enerji komplekslərinin, mənzil fondunun və sosial-mədəni təyinatlı obyektlərin qış mövsümünə hazırlanması işlərini əlaqələndirmək və bu sahədə nəzarəti həyata keçirmək;
- Tabeliyində olan qazanxanaların müntəzəm olaraq işləməsinə, həmçinin, xüsusi mülkiyyətdə olan yaşayış evləri istisna olmaqla, müvafiq ərazidə olan digər istehlakçıların istilik şəbəkəsinə qoşulmasına kömək göstərmək və işlərin görülməsinə nəzarəti həyata keçirmək;
- Küçələrin işıqlandırılması sisteminin əsaslı təmiri üzrə ünvanlı proqramlar təsdiq etmək və onların icrasını təşkil etmək;
- İştirak etdiyi müvafiq komissiyanın rəyinə əsasən, dövlət büdcəsi hesabına təmir və yenidənqurma işləri aparılacaq binaları müəyyən etmək;
- Çoxmənzilli binaların dövlət büdcəsi və digər maliyyə mənbələri hesabına cari və əsaslı təmir olunması məqsədi ilə xüsusi proqramlar hazırlamaq və onların icrasını təşkil etmək;
- Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi barədə təklif hazırlamaq;
- Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada tikinti norma və qaydalarına riayət etməklə yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması barədə təklif hazırlamaq;
- Yaşayış məntəqələrində məhəllə ərazilərinin abadlaşdırılması üçün ünvanlı abadlaşdırma proqramlarını və müvafiq ərazilərin kompleks abadlaşdırılması proqramlarını hazırlamaq və icrasına nəzarəti həyata keçirmək;
- mülkiyyətçilərin üzərinə əlavə vəzifələrin qoyulmaması şərtilə müvafiq ərazidə bina, tikili və qurğuların mülkiyyətçiləri tərəfindən həmin bina, tikili və qurğuların xarici görkəminin abad vəziyyətdə saxlanması ilə bağlı görülən işləri əlaqələndirmək;
- Tikintisi layihələndirilən obyektlərə bitişik olan ərazilərdə istirahət guşəsinin, uşaq və idman meydançalarının qurulması, minik avtomobillərinin dayanacaq yerlərinin təşkili, yaşıllaşdırma işləri ilə bağlı görüləcək kompleks abadlaşdırma işlərinin həcmini razılaşdırılmasını təşkil etmək, həmin işlərin yerinə yetirilməsinə nəzarəti həyata keçirmək;
- Müvafiq ərazidə mövcud yaşıllıqların uçotunun aparılmasını təşkil etmək, yeni yaşıllıqlara olan tələbatı müəyyənləşdirmək və yaşıllıqların salınması barədə təkliflərini hazırlayaraq yuxarı orqanlar qarşısında məsələ qaldırmaq;
- Müvafiq ərazidə təmizlik, abadlaşdırma və yaşıllaşdırma aylıqlarının və iməciliklərin keçirilməsi işlərində müvafiq İcra Hakimiyyəti strukturları ilə birlikdə tədbirlər hazırlamaq və icrasını təmin etmək;
- Dövlət idarə və müəssisələrinin binalarının, otaqlarının əsaslı və cari təmirinə nəzarəti həyata keçirmək, həmçinin dövlət idarə və müəssisələrinin binalarının təmiri üzrə proqramların hazırlanmasını təşkil etmək və müvafiq təklifləri aidiyyəti mərkəzi icra hakimiyyəti orqanlarına təqdim edilməsi üçün hazırlamaq;
- Müvafiq ərazidə dövlət mülkiyyətində olan bina və tikililərin təmiri barədə aidiyyəti mərkəzi icra hakimiyyəti orqanları və təşkilatlar qarşısında məsələ qaldırılması tədbirlərini hazırlamaq;
- Dövlət mülkiyyətində olan torpaq ehtiyatlarından səmərəli istifadə üçün tədbirlər görmək;
- Ətraf ərazilərin çirklənməsi təhlükəsi doğura biləcək tikintilər aparılan meydançaların saxlanılmasına nəzarəti həyata keçirmək;
- Tikinti işləri başa çatmış ərazilərin həmin işləri aparmış şəxslər tərəfindən abadlaşdırılmasına və yaşıllaşdırılmasını tələb etmək və nəzarəti həyata keçirmək;
- Rayon İcra Hakimiyyətinin balansında olan qeyri-yaşayış fondunun əsaslı təmirini təşkil etmək;
- Məhəllədaxili ərazilərdə və meydanlarda mühəndis qurğularının quraşdırılması barədə təkliflərin və bu sahədə tərtib olunan layihələrin icrasına nəzarət etmək;
- Müvafiq ərazidə istehsal və qeyri-istehsal təyinatlı tikililərin, yenidən qurulan obyektlərin, həmçinin mühəndis və nəqliyyat infrastruktur obyektlərinin tikintisinə dair investisiya proqramları layihələri ilə bağlı təklifləri hazırlamaq;
- Dövlət büdcəsindən və digər mənbələrdən ayrılan vəsait hesabına sosial və infrastruktur obyektlərinin tikintisi barədə aidiyyəti mərkəzi icra hakimiyyəti orqanına təklifləri hazırlanması, sənədləşdirilməsi, görülən işlərə texniki nəzarətin aparılması;
- Tikinti layihələrinin, habelə tikilməkdə olan obyektlərin, torpağı, hava və su hövzələrini çirkləndirən müəssisələrin (təşkilatların) işinin ekoloji ekspertizasının keçirilməsini tələb etmək, ekspertizanın nəticələri mənfi olduqda, layihələrin yenidən işlənilməsi, müvafiq obyektlərin tikintisinin dayandırılması ilə bağlı aidiyyəti dövlət orqanları qarşısında məsələ qaldırılmasını təşkil etmək.
Vəzifələri
- Yerli İcra Hakimiyyəti Başçısının razılığı ilə təsərrüfat sahəsinin inkişafı barədə tədbirlər planı hazırlamaq və onların həyata keçirilməsini təmin etmək;
- Xidməti ərazilərdə əhali və qeyri əhali subyektlərinin fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin olunması istiqamnətində müvafiq xidmət təşkilatlarının işinə və göstərilən xidmətin keyfiyyətinin yaxşılaşdırılmasına nəzarət etmək;
- Xidməti ərazilərdə əhali və qeyri əhali subyektlərinin yerləşdiyi ərazidən asılı olaraq müəyyən olunmuş qrafikə uyğun və ya fasiləsiz içməli su ulə təmin olunması və çirkab suların ötürülməsi sahəsində müvafiq xidmət təşkilatlarının işinə və göstərilən xidmətin keyfiyyətinin yaxşılaşdırılmasına nəzarət nəzarət etmək;
- Xidməti ərazilərdə əhali və qeyri əhali subyektlərinin məişət qazı ilə təmin olunması istiqamətində müvafiq xidmət təşkilatlarının işinə nəzarət və göstərilən xidmətin keyfiyyətinin yaxşılaşdırılmasına nəzarət etmək;
- Xidməti ərazilərdə qeyri əhali subyektlərinin xidmət sahələrinin sanitariya normalarına uyğun istifadəsinə nəzarət etmək və normaların pozolması halları aşkar olundıqda müvafiq xidmət təşkilatları qarşısında məsələ qaldırılması işini təşkil etmək;
- Rayon ərazisində yaz-yay və payız-qış mövsümünün başlanması ilə əlaqədar hazırlıq dövrünə dair hesabtlar hazırlanması, aşkar olunmuş çatışmamazlıqlar barədə müvafiq xidmət təşkilatlarının rəhbər şəxslərinin məlumatlandırılması, aradan qaldırılması üçün tədbirlərin görülməsi və nəticələri barədə Rayon İcra Hakimiyyəti Başçısına məlumat verilməsi;
- Rayon İcra Hakimiyyətinin sifarişi ilə dövlət və yerli büdcə hesabına, habelə digər mənbələrdən maliyyələşən əsaslı tikinti, tikinti-təmir və abdlaşdırma işlərinin sənədləşdirilməsi, işlərin icrasına texniki nəzarəti və işlərin qəbul edilməsini təmin etmək;