Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələ Fındıq emalı zavodu

Qəbələ Fındıq Emalı zavodu
Qəbələ fındıq emalı müəssisəsi 2005-ci ilin sentyabr ayında fəaliyyətə başlayıb. Tam müasir texnoloji avadanlıqlarla təchiz olunmuş və dünya-avropa standartlarına uyğun olan müəssisə Azərbaycanın əsas fındıq rayonlarından olan Qəbələ rayonunda yerləşir. Hazırda müəssisədə Təhlükəli Amillərin Təhlili və Nəzarəti Kritik Nöqtələri (HACCP) sistemi tətbiq olunmuşdur. Fındıq əsasən əhalidən tədarük olunur. Müəssisə əsasən aşağıdakı sahələrdən ibarətdir:

1. Qəbul məntəqəsi və mexaniki təmizləmə sahəsi 1300 kv/.m
2. Qurutma sahəsi. 15 saat ərzində 250 ton qabıqlı fındıq qurudur.
3. Qabıqlı fındığın ələmə sahəsi. (16 xətli ələk sistemi)
4. İki sındırma və dörd ləpəni qabıqdan təmizləmə qurğusundan ibarət sındırma sahəsi.
5. Ləpənin ələnmə sahəsi. (8 xətli ələk sistemi)
6. Dörd lentalı seçim sahəsi.
7. Qablaşdırma sahəsi.
8. Hazır məhsul anbarı 750 kv.m qurğusundan.

Müəssisə tam gücü ilə işləyəndə müəssisədə 250 nəfər işçi çalışır. Müəssisənin emal etdiyi məhsul aşağıdakı göstəricilərdən ibarətdir:

1. Xarici görünüşü – normal inkişaf etmiş, zədəsiz ləpə.
2. Dadı və iyi – spessifiq fındıq ləpəsinə uyğun.
3. Ləpənin orta kütləsi – 0,8 qramdan az olmamaqla
4. Nəmliyi – 4%-dən az 6%-dən çox olmamaqla
5. Ləpənin ölçüləri – dairəvi formalı, diametri 9-11: 11-13: 13-15 mm.
6. Ləpədə olan büzüşmüş, tam inkişaf etməmiş ləpələrin miqdarı – 1%-ə qədər.
7. Sınmış və mexaniki zədələnmiş ləpələrin miqdarı – 2%-ə qədər.
8. Acı dad verən, kiflənmiş, daxili saralmış ləpələrin miqdarı – 1%-ə qədər
9. Ləpədə olan fındıq qabığı və digər qatqıların miqdarı – 0,2%-ə qədər
10. Canlı həşəratların olması – buraxılmazdır.

Hazır məhsul 1 tonluq, xüsusi fındıq ləpəsi üçün toxunulmuş 30 kq-lıq polipropilen, 80 kq-lıq parça kisələrə və 25 kq-lıq polietilen vakuum paketlərə (vakuum paketlər karton qutulara qoyulur) qablaşdırılır. Emal olunmuş məhsullar əsasən Almaniya, İtaliya, İspaniya və digər Avropa ölkələrinə, həmçinin Rusiya və Ukrainaya ixrac edilir.

Keçidlər