İnfrastruktur
Qəbələ Süd emalı zavodu
Regionlarda yaşayan əhalinin işlə təmin edilməsi və kənd təsərrüfatının inkişaf etdirilməsi məqsədi ilə Qəbələ rayonunda süd emalı zavodu 2007– ci ilin sonlarında inşa olunmağa başlamış, 20 sentyabr 2008-ci ildə ölkə başçısı cənab İlham Əliyev tərəfindən açılışı həyata keçirilmişdir. Qəbələ rayonunda istifadəyə verilən süd zavodunda pendir, kərə yağı, ayran, kəsmik və digər süd məhsulları istehsal olunur. Zavod 1,0 ha sahədə qurulmuşdur. Zavod günlük 10 ton süd istehsalı gücünə malikdir. Zavodda 35-40 nəfər işlə təmin olunub. Zavodun xammal tələbatını ödəmək məqsədi ilə heyvandarlıq sahəsi yaratmışdır. Süd emalı zavodlarımızda avropa standartlarına cavab verən, Türkiyədə istehsal olunmuş avadanlıqlar quraşdırılmışdır. Süd emalı müəssisəsində son dərəcə güclü təmizləmə gücünə malik olan, Türkiyədə istehsal olunmuş təmizləyici qurğulardan istifadə olunur Hal-hazırda zavodda “Jalə” adı altında süd və süd məhsulları istehsal olunur.