Rayon haqqında
Qəbələ Dəmiryol Vağzalı
Bakıdan Qəbələyədək dəmir yolu xətti 309 km, qatarın yolda olma müddəti 3 saat 20 dəq. təşkil edir. Dəmir yolu xəttində İsveçrənin “Stadler Rail Group” şirkətinin istesalı olan dördvaqonlu ikimərtəbəli sürət sərnişin qatarından istifadə olunur. Qatarda standart (294), biznes (61) və birinci sinif (9) olmaqla ümumi 364 yer vardır.
Qəbələ dəmir yolu vağzalının ümumi sahəsi 2300 kvadratmetr olmaqla VİP zalı, gözləmə zalı, 2 sərnişin platforması, 200 yerlik parklama sahəsi, kassa otağı, tibb məntəqəsi, qatar heyəti üçün istirahət otağı, kafe, ana və uşaq otağını özündə birləşdirir.