Rayon haqqında
Qəbələ Uşaq Reabilitasiya Mərkəzi
25 çarpayılıq mərkəzdə müasir tələblərə uyğun şərait yaradılıb. Müəssisə müasir cihazlarla, tibbi-reabilitasiya avadanlıqları ilə təchiz edilib. Müəssisədə bölgədəki rayonlar üzrə il ərzində 1000-dən çox uşağa ambulator və stasionar formada səmərəli fizioterapevtik üsullar əsasında və müasir avadanlıqlardan istifadə edilməklə xidmətlər göstərilir. Tədris-peşə reabilitasiyası, müəyyən tədris metodikaları həyata keçirilir və musiqi, əmək terapiyaları əsasında sağlamlıq imkanları məhdud uşaqlara xüsusi vərdişlər aşılanir.