Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Hot line: (+994 24) 205-42-20

“Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksi

Böyük Qafqaz dağlarının ətəyində il boyu istirahət üçün bütün əlverişli şəraitə malik olan “Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksi 2014-cü ildən fəaliyyət göstərir. Qəbələ şəhərinin ən səfalı yerində qərar tutmuş turizm obyekti dağ xizəyi başda olmaqla əsas qış və müxtəlif yay idman-əyləncələri təklif edir. Kompleksin daxilində kanat yolları, yeni başlayan xizəkçilər üçün xizək məktəbi, xizək avadanlıqlarının icarəsi, xizək mağazası fəaliyyət göstərir.

Ölkənin ilk beş ulduzlu hotellər şəbəkəsi “Qafqaz Hotels & Resorts”-a daxil olan “Qafqaz Tufandag” Hotel də kompleksin önəmli infrastruktur elementidir. Bu hotel Azərbaycan Turizm Bürosu və Azərbaycan Hotel Assosiasiyası tərəfindən keçirilən milli ulduz təsnifatından keçərək beş ulduzla təltif olunmuş və müvafiq sertifikatı qazanmışdır.  Qafqaz  Tufandag  Hotel  hər  fəsildə  qonaqların  istirahət  amalına mükəmməl şəkildə xidmət göstərərək dağların qoynunda, unikal aktiv istirahətə - qış-yay dağ fəaliyyətlərinə yaxın qonaqlama vəd edir. Hotel qonaqlara xüsusi spa və sağlamlıq mərkəzi xidmətləri, dağlara açılan mənzərələrlə bəzənmiş premium otaqlarda qonaqlama, kanatla qalxma şəraitində Qəbələyə açılan füsunkar mənzərələrə baxan lüks dağüstü villalarda gecələmə və ekslüziv iaşə xidmətləri təklif edir.

“Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksinin məqsədi ölkəmizdə il boyu dağ turizmini inkişaf etdirmək, yerli və xarici turistlərin yüksək səviyyəli istirahətini təmin etməkdir. Kompleks turistlərə il boyu kanat gəzintisi, dağ fəaliyyətləri – dağ yelləncəyi, kvadrosikl turları, haykinq və ekskursiyalar, qış mövsümündə isə bütün çətinlik dərəclərində olan yamaclarda xizək və snoubord sürmə, qarda tübinq, kirşələr,  “sunkid”  tübinq  və  avtoxizək  kimi  müxtəlif  dağ  fəaliyyətlərini  təklif  edir. Tufandağda    sıx    meşələrin    bəzədiyi    sıra    dağlar    qış    mövsümündə    həm xizəksevərlərə, həm də təbiət aşiqlərinə çox fərqli təcrübə yaşadır.

“Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksi həmçinin qış mövsümü boyunca qonaqlara gecə də davam edən əyləncə təklif edir. Ölkədə yeganə gecə xizəyi mövsüm boyunca həftəsonları qonaqların xidmətinə açılır, bununla yanaşı gecə tübinqi, toboqqan kimi digər macəralar da təklif edilir.

Kompleksin   bazasında   həmçinin   xizək   məktəbi   fəaliyyət   göstərir.   Peşəkar təlimatçılar tərəfindən təmin edilən dərslərdə xizək həvəskarları ən aşağı çətinlik dərəcəsindən başlayaraq yamaclarda sürüşmə sənətinə yiyələnirlər. Xizək mərkəzində xizək və xizək vasitələrinin münasib qiymətlərlə icarəsi xizək sürməyi hərkəs üçün əlçatan edir.

Kompleksin ərazisində fəaliyyət göstərən iaşə obkeytləri (kafe, restoran) və digər xidmətlər aktiv istirahət imkanlarını unikal təcrübəyə çevirir. Dəniz səviyyəsindən 1920 metr hündürlükdə yerləşən “Chalet Steak and Wine House”-da əsl dağ mətbəxindən dada, “Burger Station” restoranında xizəyə ləziz fasilə edə, “Panorama” restoranında Aralıq dənizi mətbəxindən dada, “Qəbələ” kafedə içki fasiləsi edə və ölkədə yeganə apres-ski bar olan “Chilldag” barda gecə xizəyi sonrası əylənə bilərsiniz.

“Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksinin ərazisində il boyu 4 kanat xətti ilə gəzinti və qış mövsümündə bütün çətinlik dərəcələrinə (yaşıl, göy, qırmızı və qara) tabe xizək zolaqları qonaqların xidmətindədir. Xizək yollarının ümumi uzunluğu 12 km-dən artıqdır. Kompleks Avropanın qabaqcıl istehsalçılarından olan kanat sistemləri və xizək mövsümü boyunca ərazidə lazımi miqdarda qar kütləsinin yaradılmasına nail olmaq üçün bütün dağ-xizək enmə zolaqlarında süni qar yaratma  sistemi  ilə  təchiz  edilmişdir.  Bu  isə  kompleksi  əlverişli  hava  şəraitində mövsüm boyunca qar və mükəmməl baxımlı yamaclarla təmin edir.

“Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksi qış mövsümündə xizək sürməni və il boyu kanatla gəzintini təhlükəsiz şəkildə təmin edir. Kanat yollarının dövri baxımı müvafiq sahə üzrə peşəkar və təlimlərdən keçmiş heyət tərəfindən beynəlxalq standardların tələblərinə uyğun həyata keçirilir.

Kanat yolu sistemi, xizəkçilərin və piyadaların ərazinin əlçatmaz sahələrinə ən məqbul üsulla çatdırılması üçün nəzərdə tutulmuşdur.

Kanat yolu L2 – “Riverside” Hündürlük:
  • Başlanğıc stansiya: dəniz səviyyəsindən 956 m.
  • Yuxarı stansiya: dəniz səviyyəsindən 1660 m.
Uzunluğu: 2,50 km

Kanat yolu L4 – Qəbələ” Hündürlük:

  • Başlanğıc stansiya: dəniz səviyyəsindən 1251 m.
  • Yuxarı stansiya: dəniz səviyyəsindən 1660 m.
Uzunluğu: 1,0 km

Kanat yolu L5 – “Duruca” Hündürlük:

  • Başlanğıc stansiya: dəniz səviyyəsindən 1251 m.
  • Yuxarı stansiya: dəniz səviyyəsindən 1410 m.
Uzunluğu: 1,17 km

Kanat yolu L6 – “Yatmış gözəl” Hündürlük:

  • Başlanğıc stansiya: dəniz səviyyəsindən 1410 m.
  • Yuxarı stansiya: dəniz səviyyəsindən 1920 m.

Uzunluğu: 1,13 km

“Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksi ilin hər fəsli həm yerli, həm də xarici turistlər üçün bənzərsiz istirahət məkanıdır.

.

Links